Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aleksandr İvanoviç Kulikov (rus. Александр Иванович Куликов; 1938, Kazan – 24 iyul 1988) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsinin müdiri (1986–1988), Azərbaycan KP MK partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, MK-nın birinci katibinin köməkçisi (1983–1986), Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi (1980–1983), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.
Aleksandr Kulikov | |
---|---|
1980 – 1983 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 1988 |
Vəfat səbəbi | boğulma |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Aleksandr İvanoviç Kulikov 1938-ci ildə Tatarıstan MSSR-in Kazan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1956-cı ildə Bakı şəhərində Paris kommunası adına gəmi təmiri zavodunda çilingər şagirdi kimi başlamışdır. Novoçerkassk Politexnik İnstitutunu bitirdikdən sonra Sumqayıt şəhərində işə göndərilmiş və burada "Azərneftkimyaquraşdırma" trestinin quraşdırma idarəsində işləmiş, ustalıqdan baş mühəndis vəzifəsinədək yüksəlmişdir. 1973-cü ilin iyun ayında o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin katibi seçilmişdir.[1]
1975-ci ildə Aleksandr Kulikov Azərbaycan KP MK aparatında kimya və neft sənayesi şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildən 1983-cü ilədək o, Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi olmuş, 1983-cü ilin əvvəlində Azərbaycan KP MK aparatına qayıtmışdır. Burada o, partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, Mərkəzi Komitənin birinci katibinin köməkçisi və 1986-cı ilin noyabr ayından Azərbaycan KP MK ümumi şöbəsinin müdiri vəzifələrində işləmişdir.[1]
Aleksandr Kulikov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXX və XXXI qurultaylarında MK üzvlüyünə namizəd olmuşdur. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir.[1]
Aleksandr Kulikov 1988-ci il iyulun 25-də 50 yaşında dənizdə boğularaq vəfat etmişdir.[1]