Cəmaləddin Səməd oğlu Rzayev (5 mart1924, Bakı – 17 may1973, Bakı) — Azərbaycan dövlət və partiya xadimi, Şaumyan Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973), Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan Kommunist PartiyasınınOktyabr (1959–1962) və Dzerjinski (1956–1959) rayon komitələrinin birinci katibi.
Cəmaləddin Rzayev
Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
Cəmaləddin Səməd oğlu Rzayev 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. 17 yaşı olarkən Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə yaralanaraq ordudan tərxis olunmuşdur.[1]
1944–1947-ci illərdə Azərbaycan LKGİSumqayıt Rayon Komitəsinin katibi, 1947-ci ildən Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1948–1949-cu illərdə ÜİLKGİ MK yanında Mərkəzi Komsomol Məktəbinin dinləyicisi olmuş, 1950-ci ildən Azərbaycan LKGİ MK-da şöbə müdiri, Kür–Araz Su Qurğuları Tikintisi İdarəsində siyasi şöbə rəisinin komsomol işi üzrə köməkçisi vəzifələrində çalışmışdır. 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, birinci katibin köməkçisi olmuşdur. Sov.İKP MK yanında Qiyabi Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[2]
Cəmaləddin Rzayev 1956-cı ildə Azərbaycan KP Dzerjinski Rayon Komitəsinin birinci katibi seçilmiş, 1959–1962-ci illərdə Azərbaycan KP Oktyabr Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1962-ci ilin may ayında Azərbaycan Daxili İşlər Nazirliyində rəhbər işə keçirilmiş, burada idarə rəisi olmuş, Azərbaycan SSR daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 1971-ci ildən sovet işində fəaliyyətini davam etdirmişdir.[1]
Qeyd 1: Xətai rayonu 1904-cü ildə Zavodski (Zavod) rayonu adı ilə təşkil olunmuşdur. 1920-ci ildə Zavodski rayonunun adı Fabrik-Zavod (Fabrik) rayonu olaraq dəyişdirilmişdir. 1932-ci ildə Fabrik-Zavod rayonunun adı inqilabçı Stepan Şaumyanın şərəfinə Şaumyan rayonu olaraq dəyişdirilmişdir. 5 yanvar 1990-cı ildə Şaumyan rayonunun adı Şah İsmayıl Xətainin şərəfinə Xətai rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Sovet hakimiyyətinin ilk illərində partiya təşkilatlarının "birinci katib" postu "icraçı katib" olaraq adlanırdı. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Yasamal rayonu 1932-ci ildə Oktyabr rayonu adı ilə təşkil olunmuşdur. 24 yanvar 1939-cu ildə Oktyabr rayonunun ərazisinin bir qismi hesabına Caparidze rayonu təşkil olunmuşdur. 4 dekabr 1956-cı ildə Caparidze rayonu ləğv edilərək Oktyabr rayonuna birləşdirilmişdir. 29 aprel 1992-ci ildə Oktyabr rayonunun adı Yasamal rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.