Martuni[1][2][3], Aşağı Qaranlıq[3] — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi.
Martuni | |
---|---|
40°08′24″ şm. e. 45°18′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1830 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.510 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1401, 1402 |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].
1963-cü ildən şəhər tipli qəsəbədir.[5]
Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü[6] əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.[5]
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[5]
Oykonimin adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulmuşdur.[5]