Aleksandr Myasnikov (siyasətçi)

Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան, rus. Алекса́ндр Фёдорович Мяснико́в; 28 yanvar (9 fevral) 1886[1], Naxçıvan-na-Donu, Rusiya imperiyası[1]22 mart 1925[1], Tiflis[1]) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib.

Aleksandr Myasnikov
erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar (9 fevral) 1886[1]
Doğum yeri
Vəfat tarixi 22 mart 1925(1925-03-22)[1] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi aviasiya qəzası[d][1]
Dəfn yeri
Partiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d] (–1911)[1]
Fəaliyyəti dövlət xadimi, hərbi qulluqçu, ədəbiyyat tənqidçisi
Dini ateizm
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Myasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur. Myasnikov SSRİ MİK Rəyasət Heyətinin üvü idi. RK(b)P-nin XII–XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilmişdir. O, Marksizm-leninizm nəzəriyyəsi, inqilabi hərəkat tarixi və erməni ədəbiyyatına dair əsərləri var.[2]

Ermənistanda Myasnikovun təxəllüsü olan "Martuni" adını daşıyan bir şəhər mövcuddur.[3][4] Sovet hakimiyyəti dövründə Azərbaycanın Xocavənd şəhərinə "Martuni" adı verilmişdir.[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Հայկական սովետական հանրագիտարան (erm.). Երևան: 1981. C. 7. S. 646–647.
  2. 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.
  3. Мартуни // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 379.
  4. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  5. Saparov, Arsen. "Contested spaces: the use of place-names and symbolic landscape in the politics of identity and legitimacy in Azerbaijan". Central Asian Survey. 36 (4). 1 sentyabr 2017: 534–554. doi:10.1080/02634937.2017.1350139.[ölü keçid]

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Салин Л. Жизнь, отданная народу / В кн.: Солдаты партии. — М., 1971.
  • Мнацаканян А. Н. Беззаветное служение народу. — Ер., 1976.
  • Шатирян М. А. Генерал, рожденный революцией: Повесть об Александре Мясникове (Мясникяне). — М.: Политиздат, 1977. — (Пламенные революционеры). — 430 с., ил.
  • Залесский С. Пример революционной доблести (К 80-летию со дня рождения А. Ф. Мясникова). // Военно-исторический журнал. — 1966. — № 1. — С. 123—126.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]