Alfred Jarri (fr. Alfred Jarry, 8 sentyabr 1873[1][2][…], Laval[8] – 1 noyabr 1907[3][4][…], Paris[9]) — fransız yazıçı, romançı, dramaturq, absurdizmin əsas sələfi , patafizika terminin yaradıcısı.
Alfred Jarri | |
---|---|
Təxəllüsü | Docteur Faustroll[5], Père Ubu[6], Alain Jans[7] |
Doğum tarixi | 8 sentyabr 1873[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1907[3][4][…] (34 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | dramaturq, şair, romançı, yazıçı, rəssam-qravürçü[d], tənqidçi, vizual incəsənət rəssamı |
Əsərlərinin dili | fransız dili |
Alfred Jarri Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bretanda tacir ailəsində anadan olmuşdur. 1879-cu ildə valideynlər ayrılarkən, uşaqlar anası ilə qaldı. Rennde təhsil aldı, sonra Parisdə IV Henri liseyində (müəllimlər arasında — Anri Berqson , sinif yoldaşları arasında — gələcək şair Leon-Pol-Farq və gələcək filoloq — Alber Tibode var idi). Ekol Normal məktəbində imtahanlar uğursuz keçdi,daha sonra Sorbonnada eyni nəticə aldı, heç bir zaman ali təhsil almadı.
Merkur de Frans metropoliten nəşriyyat evinə daxil olaraq Marsel Şvob və Remi de Qurmon ilə tanış olub, davamlı olaraq nüfuzlu yazar Raşildin evini ziyarət etmişdir. 1894-cü ildə burada "Kral Ubü" adlı kukla dramı ilk dəfə olaraq oxundu. 1896-cı ildə rejissor Orelyen Lünye-Po dramı səhnələşdirdikdən sonra mübahisə yaşanmışdır. Jarri Kolridjin və Stivensonun tərcümə etmişdir, K. D. Qrabbenin «Zarafat, satira, ironiya» komediyasını bərpa etmişdir.
Jarrinin yaradıcılığı Apolliner və sürealistlər yenidən bərpa etmişdilər. 1926-cı ildə Antonen Arto Vitrak Roje və Aron Rober ilə birgə «Alfred Jarri teatrı» əsasını qoymuşdular. Laval şəhərində Osip Tsadkinin əsəri olan Jarriyə heykəl ucadılmışdır.