Altı günlük müharibə ilə bağlı mübahisələr

Altı günlük müharibə ilə bağlı mübahisələrOrta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş KrallıqSSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar.

Önləyici vuruş və ya ədalətsiz hücum

[redaktə | mənbəni redaktə et]

Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı:

" Dərhal BMT Təhlükəsizlik Şurasını Misirin İsrailə qurudan və havadan hücumu barədə məlumatlandır.[1] "

3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misirİsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər.[2][3]

SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir. Eyni zamanda Misir qırıcıları Sinaydakı hava limanlarından havaya qalxmış və İsrailə tərəf uçmuşdur. Qəzzədəki Misir artilleriyası kissifim, Nahal-Oz və Eyn Haşeloşa adlı İsrail kəndlərini bombalamışdır." Həqiqətdə isə bu düzgün deyildi.[4] ABŞ Kəşfiyyat Ofisi müəyyən etmişdi ki, ilk atəş İsrail tərəfindən atılmışdır və müharibə İsrailin Misirin quru qoşunlarını havadan müdafiəsiz buraxılması ilə nəticələnən qəfil hava hücumu ilə başlamışdır.[5]

İlk o hücum etməsinə baxmayaraq, İsrail ilk əvvəllər özünün birinci hücuma məruz qaldığını bildirirdi. Az sonra isə, özünün ilk hücum etdiyini etiraf etdi, lakin bunun planlanan işğalı önləmək üçün etdiyini bildirdi.[6]İsrail ilk hücum etməsini haqlı olduğunu bildirmək üçün bu arqumentləri göstərmişdi:[7][8]

  • İqtisadi boğulma. Belə ki, İsrail öz neft ehtiyatının 90 faizini Misirin qapatdığı Tiran boğazından təmin edirdi,
  • Müharibənin 3 cəbhədə olacağı və yüz minlərlə Ərəb ordusunun sərhədlərə yığılması,
  • Müharibənin müddətinin uzanması zamanı İsrailin mülki əhalidən təşkil etməli olduğu ordunun ölkənin sosial və iqtisadi həyatına güclü mənfi təsirinin olacağı.[9][10]

Ərəblərin düşüncələri hücumun İsrail tərəfindən başladıldığınına əsaslanırdı. Misirin BMT-dəki daimi nümayəndəsi M. A. Əl Koni bildirmişdi:

" İsrailin hücumu Birləşmiş Ərəb Respublikasına (Misir) qarşı əvvəlcədən planlanmış işğalçı hücumdur. Elə bi vaxtda ki, biz elan etmişdik ki, bizim mövqeyimiz regiondakı gərginliyi artıracaq hadisələrdən yana deyil və biz gərginliyi azaldacaq danışıqlara hazırıq.[11] "

Müharibədən sonra bəzi İsrail rəsmiləri etiraf etdilər ki, onlar Misir tərəfindən hücum gözləmirdilər.[12][13] İyunda İsraildə hökumətə daxil olan Mordeçay Bentov ona verilən "ektremizm təhlükəsinin olub-olmaması" haqqında suala cavab olaraq bildirmişdi ki, "heç bir yox olma təhlükəsiz yox idi, bu yeni Ərəb torpaqları əldə etmək üçün uydurulmuş yalan idi".[14][15] ABŞ tərəfi müharibədən əvvəl İsrailə verdiyi kəşfiyyat materiallarında bildirmişdi ki, Misir ordusunun yayılması müdafiə xarakteri daşıyır və İsrailə hücuma hazırlıq hiss edilmir.[16] Müharibə dövründə İsrailin XİN rəhbəri olmuş Abba Eban öz xatirələrində yazırdı ki, Nasir İsrailə hücum etməyi inandırıcı deyildi:

" Nasir müharibə istəmirdi. O, müharibəsiz qələbə istəyirdi.[17] "

İsrailli hərb tarixçisi Martin van Krevelda görə müharibənin əsl səbəbləri hələ də bilinmir, lakin müharibədən əvvəl İsrail hərbi qüvvələrinin müharibə üçün çalışdıqları və digər tərəfi provakasiyaya çəkmək üçün səylə çalışdığı hiss edilir.[18] Ceyms Thuo Qathii bildirir ki, İsrailin hücumu Karolina testinə[a] uyuşmurdu, lakin bu testə ən yaxın hücum idi.[19]

Hərhalda, İsrail öz hücumunun haqlı olmasını Misirin Tiran boğazını qapaması ilə əsaslandırırdı. Çünki, bu boğaz 1958-ci ildəki Cenevrə konvensiyasının Dənizlər haqqında qanununa əsasən beynəlxalq su ərazisi hesab edilirdi, lakin bütün bunlara baxmayaraq, bu qanuna nə Misir, nə də onun müttəfiqləri qoşulmamışdı. Misirin mövqeyinə görə, Tiran boğazı açıq dənizin iki beynəlxalq su ərazisi hesab edilə bilməzdi. Çünki, Aqaba körfəzi açıq dənizin iki regionunu birləşdirən beynəlxalq su ərazisi deyil. Buna baxmayarq, Qərbi Avropa ölkələri və BMT Misirin bu qərarı ilə razılaşmırdı. Digər tərəfdən, Misirin mövqeyi III dünya ölkələri tərəfindən dəstəklənirdi.[20]

Misirlilərin digər misirliləri öldürməsi iddiası

[redaktə | mənbəni redaktə et]

Atəşkəs qüvvəyə mindikdən sonra Misirin 7 diviziyası Sinay yarımadasında İsrail qüvvələrinin əhatəsində qalmışdı. Minlərlə misirli hərbçiəsgər çaşqnlıq və təlaş içərisində İsrail qüvvələrini yararaq Süveyş kanalına çatmaq üçün hücuma keçdilər. İsrailin bu qədər əsiri saxlamaq üçün təchizatı yox idi, buna görə də misirli qüvvələrin Süveyşə çatması üçün şərait yaratdılar. Süveyş kanalına çata bilən hərbçilər kanalı üzərək Misir tərəfə keçmək niyyətində idilər, lakin hərbçilər təxminən, çayın ortasına çatanda Misir tərəfindən avtomatlardan atəş açıldı.[21]

Bəzilərinin iddiasına görə, bu əmri orduya Camal Əbdül Nasir vermişdir. O, qorxurdu ki, bu hərbçilər Misirə daxil olarlarsa, xalq Misirin hansı formada darmadağın edilməsini başa düşə bilər.

Sağ qalan şəxslər əvəvlcə Süveyş kanalının Misir tərəfində tikanlı məftillərlə əhatələnmiş düşərgələrdə saxlanıldı, daha sonra isə Qantaraya sürgün edildilər. Məşhur Britaniya baş naziri olan Vinston Çörçilin Randalf Çörçill qeyd etmişdi ki, "geriyə — Misirə geri dönə bilən Misir əsgərləri onu özlərinə heç vaxt ev edə bilmədilər, əvəzində xalq arasında ruh düşkünlüyünə səbəb olmasınlar deyə düşərgələrdə saxlanıldılar".[21]

İsrail ordusunun Baş Qərərgah Rəisi general-leytenant Yitzak Rabin (sağda), İsrail Müdafiə naziri Moşe Dayan (ortada) və Uzi Narkiss (solda) Yerusəlimin qədim şəhər hissəsinin girişində.

İsrail Müdafiə Nazirliyinin misirli əsirləri öldürməsi iddiaları

[redaktə | mənbəni redaktə et]

Müharibədən dərhal sonra İsrailin misirli silahsız əsirləri güllələməsi xəbərləri yayılmağa başladı. Xeyli sayda israilli əsgər misirli əsirlərin edamının şahidi olduğunu bildirirdi. Yediot Aharonot (azərb. Ən Yeni Xəbərlər‎) qəzetinin jurnalisti Qabby Bron bildirmişdi ki, o, özü 5 misirli əsirin edamının şahidi olmuşdur.[22] İsrailli tarixçi, novelist Maykl Bar-Zohar demişdi ki, o, özü şahid olmuşdur ki, 3 misirli əsir israilli aşpaz tərəfindən edam edilmişdir.[23] İsrailli siyasətçitarixçi Meir Pa'il demişdir ki, dəfələrlə əsirlərin və Ərəb mülki şəxslərin edamına şahid olmuşdur.[24] Tarixçi Uri Milşteyn isə bildirmişdir ki, 1967-ci il müharibəsi zamanı İsrail əsgərləri dəfələrlə təslim olan Ərəb hərbçilərini öldürmüşdülər.[25] O, əlavə edirdi:

" Bu rəsmi dövlət siyasəti deyildi, lakin orada elə bir ab-hava var idi ki, bunu (əsirləri öldürmək) etmək olar. Bəzi komandirlər bunu edirdilər, bəziləri isə bunu qəbul etmirdilər, lakin hər kəsin bu barədə məlumatı var idi.[26] "

İddia olunur ki, öldürülən misirli əsgərlərin hamısı sənədlərdə elə göstərilmişdir ki, guya onlar qaçmağa cəhd edərkən öldürülmüşdürlər. İsrailli tarixçijurnalist Tom Segev "1967" adlı əsərində bu barədə yazır:

" Bizim əsgərlərimiz qaçmaq istəyən əsirlərin içinə kəşfiyyatçı göndərirdi və onları güllələyirdilər. Bu əmr idi və bütün bunlar baş verərkən onlar həqiqətən də qaçmağa cəhd göstərirdilər.[27]

"

1995-ci ilin 21 sentyabrında New York Times bildirdi ki, Misir hökuməti Sinay yarımadasının Əl Ariş şəhərində çoxda dərində olmayan 2 toplu məzarlıq aşkar etmişdir. Misir hökumətinin iddiasına görə, bu məzarlıqda İsrail tərəfindən 1967-ci il müharibəsi zamanı qanunsuz olaraq güllələnən 30–60 arası misirli əsir dəfn edilmişdir. İsrail isə cavab olaraq, öz XİN nümayəndəsi Eli Dayanı Misirə göndərdi. Eli Dayan bildirdi ki, onlar bu məsələni Misirlə müzakirə etməyə hazırdırlar və ölənlərin ailələrinə təzminat verə bilərlər. Nazir həmçinin, bildirdi ki, hadisənin baş verməsindən 20 il keçdiyi üçün onların bunu edənlər haqqında araşdırma başlatma hüquqları yoxdur.

Daha sonra Misirdəki qəzetlərdən biri olan Əl Şaab İsrailin Misirdəki səfiri David Sultanın 100 misirli əsirin öldürülməsində iştirak etdiyini iddia etdi. İsrail səfirliyi və XİN-i bu iddianı rədd etdi və bildirdi ki, David Sultanın o dövrdə orduda olduğu belə aydın deyildir.[28]

İsrail Müdafiə Nazirliyi sənədlərinin sinifləndirilməsinə əsasən bilinir ki, İsrail ordusunun Baş Qərərgahının Əməliyyatlar şöbəsi 1967-ci ilin 11 iyununda əsirlər barədə yeni əmrlər imzaladı. Bu əmrin verilməsi o dövrki mövcud əmrlərin bir-biriləri ilə ziddiyət təşkil etdiyinə görə əsaslandırılırdı:[29]

  • Təslim olan hərbçilər və mülki şəxslər heç bir halda ziyan görməməlidirlər
  • Silahlı olan və təslim olmayan hərbçilər və mülki şəxslər öldürülə bilər.

İsrail mənbələrinə görə 4338 nəfər misirli hərbçi İsrail ordusu tərəfindən əsir alınmışdı. 11 İsrail hərbçisi isə Misir ordusu tərəfindən əsir alınmışdı. Əsirlərin dəyişdirilməsi 1968-ci ilin 23 yanvarında sonlanmışdır.[30]

Döyüş dəstəyi

[redaktə | mənbəni redaktə et]

Tarixçi Corc Lenczovskiyə gprə, ABŞ prezidenti Conson may ayının 23-də ABŞ rəsmilərinə İsrailə müxtəlif yollarla silah yardımı etmək üçün icazə vermişdir. Qeyd etmək lazımdır ki, həmin dövrdə Orta Şərqə silah göndərilməsinə və satılmasına embarqo qoyulmuşdu.[10][31]

Stefen Qrin öz kitabında yazır ki, ABŞ müharibə zamanı İsrailə kəşfiyyat təyyarələri göndərmişdir. Bu təyyarələrin vəzifəsi gecə vaxtı uçuş edərək Misir quru qoşunlarının hərəkətini izləmək və sabahkı hava hücumu üçün material toplamaq olmuşdur. Müəllif buna sübut kimi isə, İsrail Hərbi Hava Qüvvələrinin mükəmməl hücumlarını göstərmişdir.[32]ABŞ XİN rəsmisi və Orta Şərq üzrə ekspert Riçard Parker bu iddianı qəti şəkildə rədd edərək, bunu bekar bir adamn fərziyəsi adlandırmışdı.[33]

Müharibənin ikinci günü Ərəb ölkələrinin hökumət yönümlü qəzetləri yazırdılar ki, amerikan və britaniyalı qoşunlar İsrail tərəfdən döyüşürlər. Qahirə radiosu və rəsmi dövlət qəzeti olan Əl-Əhram isə bu iddia ilə yanaşı başqa iddialar da irəli sürürdü. Qəzetin iddiasına görə:

Camal Əbdül Nasir dövründə Əl-Əhram qəzetinin rəhbəri olan Məhəmməd Həssaneyn Heykal da bu iddiaları Əl-Cəzirə kanalında təkrarlamışdır.

Muəmmər Qəddafi Liviyadakı bazasından ABŞ-nin Misirə hücum etməsinin yalan olmasını qəbul etdi və bunun sadəcə 1969-cu ildəki hərbi çevrilişə rəvac vermək üçün ortaya atıldığını bildirmişdi. Həmçinin, ABŞBöyük Britaniya dövlətləri də rəsmi şəkildə bu iddiaları rədd etmişdilər.

Sinay yarımadasındakı Mitla keçidində dağıdılmış Misir zirehli texnikaları və tankları.

Buna bənzər iddiaları Dəməşq radiosuƏmman radioları da təkrarlayırdı. Hətta, Misir mətbuatı yazırdı ki, guya İordaniya kralı Kral Hüseyn radarlardan Britaniya qırıcılarının Britaniya təyyarədaşıyan gəmilərindən havalanmasının şahidi olmuşdur.

Bütün bu iddialar Ərəb dövlətlərindən başqa heç bir yerdə ciddiyə alınmırdı. ABŞ, Böyük Britaniyaİsrail bütün iddiaları rədd edirdi. Bundan əlavə, 8 iyunda Misirin nüfuzuna xeyli ziyan vuran hadisə baş verdi. İsrail Camal Əbdül Nasir ilə Kral Hüseyn arasında radio-telefon vasitəsilə baş tutmuş telefon danışığının səs qeydlərini mətbuatda yaydı:[34]

" Nasir: ABŞ- da daxil edək mi ? Siz bunu bilirsiniz mi, biz ABŞ-nin İsraillə əlbir olduğunu elan edək ?

Hüseyn: Salam. Mən eşitmirəm, bağlantı çox pisdir. Sənin və Kralın sarayı, hansı ki, kral indi danışır, arasındakı xətt çox pisdir.

Nasir:Salam. Biz ABŞİngiltərə deyək yoxsa sadəcə ABŞ ?

Hüseyn: ABŞİngiltərə.

Nasir: Britaniyanın təyyarədaşıyan gəmiləri var mı ?

Hüseyn: (cavab anlaşılmır)

Nasir: Kral Hüseyn bəyanat yayacaq və mən də bəyanat yayacam. Sağ olun...Əlahəzrətləri amerikanlarınbritaniyalıların iştirak barədə bəyanat yayacaq ?

Hüseyn: (cavab anlaşılmır)

Nasir: Allahım ! Mən deyirəm ki, mən bəyanat verəcəm və sən bəyanat verəcəksən. Biz bunu suriyalılara da deyəcəyik. Amerikanların və britaniyalıların təyyarədaşıyan gəmilərdən təyyarələrlə bizə qarşı müharibədə iştirak etdiklərini elan edəcəyik. Biz bəyanat yayımlayacayıq və bunun üzərində vurğu edəcəyik.

"

Müharibənin sonunda Ərəb dövlətləri acınacaqlı şəkildə məğlub oldular. Ərəb müharibələri bu dərəcə ağır dərəcədə baş vermiş məğlubiyyətlərini ABŞ-nin İsrailə dəstək verməsi ilə əsaslandırırdılar. 1967-ci ilin 9 iyununda Camal Əbdül Nasir öz istefa məktubunda (istefası qəbul edilmədi) yazırdı:

" İndi yaranan şey ABŞBritaniya təyyarədaşıyan gəmilərinin düşmən hücumlarını dəstəkləməsinin nəticəsidir. Gün boyunca Britaniya qırıcıları SuriyaMisirin mövqelərinə hücum etmiş, əlavə olaraq da, ABŞ təyyarələri bizim bəzi mövqelərimizdə kəşfiyyat uçuşları etmişdir. Bu vəziyyətdə, heç bir şişirtmə olmadan deyə bilərik ki, düşmənin gücü normal gücündən 3 dəfə çox idi. "

Kral Hüseyn daha sonra ABŞ dəstəyinin olduğu fikrindən imtina etdi. 30 iyun 1967-ci ildə Nyu-Yorkdakı çıxışında o bildirdi ki, hal-hazırda o əmindir ki, nə ABŞ, nə də Britaniya təyyarəsi müharibədə iştirak etməmişdir.[35]

Sentyabr ayında The New York Times məlumat yaydı ki, Nasir Ərəb ölkələri zirvəsində iddialarının real olmadığını bildirmişdir.

Bütün bunlara baxmayaraq, Ərəblərin müharibədə təkcə İsrailə qarşı yox, həm ABŞ-yə, həm də Britaniyaya qarşı döyüşməsi fikri bütün Ərəb dünyasına hakim oldu. Böyük Britaniyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki nümayəndəsinin bildirdiyi kimi Misirlə hər hansı müharibə Yəmən müharibəsi kimi nəticələnəcəkdi:

" Prezident Camal Əbdül Nasirin iddiaları burada radio dinləyən və ya mətbuatı izləyən hər bir Ərəb tərəfindən qəbul edilir. Bizim yayınlarımız az kütlə tərəfindən dinlənilir və inanılmır. İddiaları inkar etmək üçün belə yerli mətbuatda nəsə yayımlaya bilmirik. Hətta, bizim dostlarımız olan, yüksək təhsilli şəxslər belə bu iddialara inanmış kimi görünürlər. Mənim bu iddiaları inkar etmək üçün rəsmi sənəd verdiyim və sözlü olaraq danışdığım yüksək rütbəli şəxslər belə mənim sözlərimə şübhəylə yanaşırdılar. Mən hesab edirəm ki, bu iddia bizim Ərəb dünyasındakı raputasiyamıza xeyli ziyan vurmuşdur və gələcəkdə bizə qarşı ola biləcək bir çox şeylərin əsasında duracaqdır. Bizim tərəfimizdən daha da çox inkarlar və ya insanların düşüncəsini dəyişməyə yönəlmiş cəhdlər əks nəticə verəcəkdir. Ərəblər öz biabırcasına məğlubiyyətləri barədə əvvəlcədən ehtimal edildiyi kimi, çox həssasdırlar və biz bu dəqiqə, onların gözündə bütün bunların səbəbkarıyıq. "

Müharibə bitəndən sonra da Misir hökuməti və onun mətbuat orqanları bu iddiaları müdafiə etməyə davam edirdi. Əl-Əhram da daxil olmaqla, Misirin bütün böyük qəzetləri gündəlik bu barədə məqalələr yazırdılar. Məhəmməd Heykal da Qahirə radiosunda bu iddiaları müdafiə etməyə başladı. Onun bildirdiyinə görə, SuriyaMisirə qarşı gizli ABŞ-İsrail müqaviləsi vardır.[36]

İsrailli tarixçi Elie Podeh yazır:

" 1967-ci il müharibəsindən sonra Misir tarix kitabları iddiaları təkrarlayaraq yazırdılar ki, İsrail BritaniyaABŞ-nin dəstəyi ilə müharibəni başlatmışdır. Tarixçilər narrativ mənbələrlə Ərəb dünyası üzərində imperialist nəzarət qurma cəhdləri arasında birbaşa əlaqə qururdular və bu mübarizədə İsrailin imperialistlərə yardım etdiyini bildirirdilər.[37] "

ABŞ-İsrail tarixçisi Maykl Oren bildirir ki, Ərəb liderlərinin müharibəyə ABŞBritaniyanın birbaşa daxil olması iddiasını belə səylə müdafiə etməsinin əsas səbəbi Sovet İttifaqının dəstəyini təmin etmə istəyi olmuşdur. Digər səbəb kimi isə, Ərəb dövlətlərinin İsrailə biabırcasına məğlub olmasından sonra xalqda yarana biləcək nifrəti özlərindən uzaq tutma istəyi olaraq göstərir.[38] Çünki, ABŞBritaniyaya qarşı məğlub olduqlarını düşünən xalq öz liderlərini başa düşə bilərdi.

Bu iddialardan sonra neft istehsalçısı olan Ərəb dövlətləri ABŞBritaniyaya neft ixracına embarqo tədbiq etdi. Bunun nəticəsində də, neftin qiyməti dünyada görünməmiş dərəcədə qalxdı.

6 ərəb ölkəsi ABŞ ilə diplomatik münasibətləri kəsdi, Livan ABŞ-dəki səfirini geri çağırdı.[39] Daha geniş müstəvidə isə, bu müharibə Orta Şərqdə anti-amerikan solçu hərəkatların, dini-funtamentalist qruplaşmaların fəallaşmasına və son nəticədə terrorizmin yüksəlməsinə səbəb oldu. Anti-amerikan əhvali-ruhiyyə tədricən Ərəb dövlətlərini aşaraq İranda, Pakistanda və ümumən III dünya ölkələrində əsasən xalq arasında hakim rol oynamağa başladı. Bu da həmin dövlətlərin BMT-də anti-amerika siyasəti izləmələrinə səbəb oldu.[40]

Britaniyalı mütəxəsislərin firincə "Ərəblər məğlubiyyətin səbəbi ola biləcək bütün versiyaları rədd edirdilər, onlar inanmırdılar ki, İsrail onları kənardan yardım olmadan uda bilər".[41]

Qeyri-döyüş dəstəyi

[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Conson Prezident Kitabxanasına şifahi arxiv müsahibəsi verən və müharibə zamanı ABŞ-nin Müdafiə Naziri olmuş Robert MakNamara bildirmişdi:

" ABŞ donanmasının yükdaşıma döyüş qrupu olan VI donanma bu zaman Qibraltar yaxınlığında təlimdə idi və biz onları Aralıq dənizinin şərq hissəsinə gətirmişdik. Adminstrasiya fikirləşirdi ki, İsrailin vəziyyəti gərgindir, İsraildən qorxan suriyalılar İsrailə hücum edə bilər və ya Ruslar qüvvələr balansını qorumaq üçün Suriyanı İsrailə hücum etməyə sövz edə bilərlər. "

Sovetlər bunu öyrəndikdən sonra Sovet İttifaqının rəhbərlərindən olan Kosigin Kremldən qırmızı xətlə ABŞ-la əlaqə yaratmış, ABŞ-nin hər hansısa hücumu fonunda onları müharibə ilə hədələmişdi.[42]

Sovet İttifaqı öz Ərəb müttəfiqlərini dəstəkləyirdi. 1967-ci ilin may ayında Sovet İttifaqı Şərqi Aralıq dənizi hövzəsinə öz hərbi dəniz donanmasını göndərməyə başladı. Onun donanması ABŞ və Britaniya donanmasını izləyirdi.[43] Buradakı Sovet donanması ABŞ donanması ilə döyüşməyə tam qadir vəziyyətdə idi.[44] Sovetlərin məqsədi isə müharibəyə ABŞ-nin və ya digər Qərb dövlətinin birbaşa müdaxiləsinin qarşısını almaq idi. 1983-cü ildə Boston Globeyə verdiyi müsahibədə o dövrki ABŞ Müdafiə naziri Maknamara demişdi ki, "biz müharibəyə olduqca yaxın idik və Kosigin bizim gəmilərimizin Aralıq dənizində olmasına hədsiz əsəbləşmişdi".[45]

BBC jurnalisti Ceremi Boven özünün Altı gün kitabında yazır ki, müharibə başlamamışdan əvvəl İsrail gəmisi olan Miryam avtomatları, 1055 mm tank mərmilərini və zirehli texnikanı Felikstovda buraxmış və müharibə başladıqdan sonra isə İsrail yük təyyarələri məkik uçuşları quraraq ABŞ və Britaniya bazalarından silah-sursat daşımışdır.[46]

  1. Beynəlxalq hüquqa aid termindir. II Dünya müharibəsindən sonra qadağan edilmişdir
  1. Sydney Bailey,(1990).. London: ISBN. Four Arab-Israeli Wars and the Peace Process. London: The MacMillan Press. 1990. səh. 225. ISBN 0-312-04649-9.
  2. Michael B. Oren. The Revelations of 1967: New Research on the Six Day War and Its Lessons for the Contemporary Middle East. X. Israel studies. 2006. səh. 238.
  3. "Six Days of War: June 1967 and the Making of the Modern Middle East" by Michael B. Oren, 2002, s. 196
  4. "The Case for Palestine: An International Law Perspective; John B Quigley, p. 163". 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-22.
  5. David S. Robarge (2007). , , Vol. 49 No. 1. Getting It Right: CIA Analysis of the 1967 Arab-Israeli War. 49. Center for the Study of Intelligence. 2007.
  6. BBC Panorama. "The Panorama Middle East Archives: Six-Day War" (İngiliscə). news.bbc.co.uk. 2011-05-12 tarixində arxivləşdirilib.
  7. Avi Shlaim; William Roger Louis. The 1967 Arab-Israeli War: Origins and Consequences. Cambridge University Press. səh. 224. ISBN 978-1-107-00236-4..
  8. John Pimlott. The Middle East Conflicts 1945 to Present. Nyu-York. 1983. səh. 53.
  9. "The United States has often walked a fine line between preemption and prevention. In fact there have only been a handful of clear-cut cases of military preemption by any states in the last 200 years. (Israeli preemption in the Six Day War of 1967 is perhaps the most cited example)" U. S. National Security Strategy: a New Era Arxivləşdirilib 2020-02-22 at the Wayback Machine U. S. Department of State (2002).
  10. 1 2 "Classic examples of preemptive wars include the July Crisis of 1914 and the Six Day War of 1967 in which Israel preemptively attacked Egypt…" Mueller Karl P. (2007). Striking first: preemptive and preventive attack in U. S. national security Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine. (PDF). Rand Corporation. ISBN 978-0-8330-3881-4.
  11. UN Security Council meeting 1347 Arxivləşdirilib 2011-03-19 at the Wayback Machine (5 June 1967
  12. "Various Israeli officials said later… that 'Israel had not in fact anticipated an imminent attack by Egypt when it struck June 5'". The Case for Palestine: An International Law Perspective, p. 164; John B Quigley Arxivləşdirilib 2020-05-24 at the Wayback Machine
  13. 'Armed Attack' and Article 51 of the Un Charter: Evolutions in Customary Law, by Tom Ruys, page 280 "It has been observed that several official Israeli sources admitted after the war that Egypt did not have the intention of attacking Israel"link Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine
  14. Quigley, John. Palestine and Israel: A Challenge to Justice. Duke University Press (May 1990). 1990. 170. ISBN 0-8223-1023-6. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-22.
  15. "The Myth of Annihilation and the Six-Day War, by Joseph Ryan (Carnegie Council, September 1, 1973)". November 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2019.
  16. U. S. Secretary of Defense Robert McNamara told Israeli Foreign Minister Abba Eban that the U. S. intelligence assessment was that "the Egyptian deployments were defensive in character and anticipatory of a possible Israeli attack". Memorandum of Conversation, Washington, may 26, 1967, 10:30 a.m. Arxivləşdirilib aprel 9, 2021, at the Wayback Machine; The Israeli ambassador to the U. S. Michael B. Oren has acknowledged that "By all reports Israel received from the Americans, and according to its own intelligence, Nasser had no interest in bloodshed…" Israel's assessment was that "Nasser would have to be deranged to take on an Israel backed by France and the U. S. Sixth Fleet. War, according to the Israelis, could only come about if Nasser felt he had complete military superiority over the IDF, if Israel were caught up in a domestic crisis, and, most crucially, was isolated internationally—a most unlikely confluence." Six Days of War: June 1967 and the Making of the Modern Middle East, Oren 2002, pp. 59–60).
  17. Abba Eban: An Autobiography, Random House, 1977. (s. 360)
  18. "The Sword And The Olive: A Critical History Of The Israeli Defense Force (Martin van Creveld) s. 172". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-22.
  19. ASSESSING CLAIMS OF A NEW DOCTRINE OF PRE-EMPTIVE WAR UNDER THE DOCTRINE OF SOURCES (James Thuo Gathii, OSGOODE HALL LAW JOURNAL VOL. 43, NO. 1 & 2, 2005) p. 75. link Arxivləşdirilib 2021-02-12 at the Wayback Machine"The closest case that might have, but is now regarded as not having met the Caroline test, was Israel’s first strike against Egypt in the 1967"
  20. John Quigley, The Six-Day War and Israeli Self-Defense (s. 50)
  21. 1 2 Randolph S. Churchill, Winston Churchill. The Six Day War... Houghton Mifflin Company. ISBN 0-395-07532-7.
  22. Bron, Gabby 'Egyptian POWs Ordered to Dig Graves, Then Shot By Israeli Army', Yedioth Ahronoth, 17 avqust 1995.
  23. Bar-Zohar, Michael 'The Reactions of Journalists to the Army's Murders of POWs', Maariv, 17 avqust 1995.
  24. Laub, Karin 'Historians: Israeli troops killed many Egyptian POWs', Associated Press, 16 avqust 1995. Retrieved from the Wayback Machine. 14 oktyabr 2005.
  25. Prior 1999, pp. 209–210; Bar-On, Morris and Golani 2002; Fisher, Ronal 'Mass Murder in the 1956 War', Ma'ariv, 8 avqust 1995.
  26. "Israel Reportedly Killed POWs", 17 avqust 1995
  27. Segev, T., 2007, p. 374
  28. Ibrahim, Youssef 'Egypt Says Israelis Killed P. O. W.'s in '67 War', New York Times, 21 sentyabr 1995.
  29. Bowen 2003, p. 276 (quoting IDF 100/438/1969 order issued 11 June 1967 at 2310, sent to all three territorial commands, to G1 branch and some other departments of the General Staff).
  30. Background on Israeli POWs and MIAs Arxivləşdirilib 2007-02-22 at the Wayback Machine. Retrieved 14 oktyabr 2004.
  31. Mansour, 1994. səh. 89
  32. Green, 1984. səh. 69
  33. Parker, 1996. səh. 128
  34. Six-Day War – Net Texts
  35. Smith, 1967. səh. 15
  36. Green, 1999. səh. 284
  37. Podeh, 2004. səh. 128
  38. Oren, 2002. səh. 216-218
  39. Smith, 1967. səh. 16
  40. Green, 1999. səh. 254
  41. Podeh, 2004. səh. 154
  42. Lyndon Baines Johnson Library. "Transcript, Robert S. McNamara Oral History" (PDF) (İngiliscə). 1994. 2001-07-07 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  43. "Mediterranean Eskadra". fas.org. 2010-07-19 tarixində arxivləşdirilib.
  44. John B.Hattendorf. Naval Strategy and Power in the Mediterranean: Past, Present and Future. Taylor & Francis. 2000. səh. 437. ISBN 0-7146-8054-0.
  45. Boston Globe. McNamara: Us Near War in '67. 1983.
  46. Jeremy Bowen. Six Days: How the 1967 War Shaped the Middle East. London: Simon & Schuster. 2003. səh. 234. ISBN 0-7432-3095-7.