Ananyino mədəniyyəti — eramızdan əvvəl 8-3-cü əsrlərdə Kama, qismən Volqa, Vyatka və Belaya çayları hövzələrində yayılmış İlk Dəmir dövrünə aid mədəniyyət.[1]
Ananyino mədəniyyəti ərazilərinin öyrənilməsində 1858-ci ildə aparılan arxeoloji qazıntılar böyük əhəmiyyət daşıyır. Həmin arxeoloji qazıntılar zamanı dən daşları, sümükdən hazırlanmış əmək alətləri, bəzək əşyaları, müxtəlif saxsı qablar, Misir allahı Amonun heykəlciyi və s. tapılmışdır.[2]
Ananyino mədəniyyəti tayfaları skif, sarmat, Sibir və Qafqaz tayfaları ilə ticarət əlaqələri saxlayırdılar. Əkinçilik, maldarlıq, ovçuluq, balıq tutmaqla, ticarət, toxuculuq və s. ilə məşğul olurmuşlar.[3]
Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə), I cild
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |