Anatoli Lyadov

Anatoli Konstantinoviç Lyadov (11 may 1855[2][3], Sankt-Peterburq[4]28 avqust 1914[2][3], Boroviçi, Novqorod quberniyası[d]) — XIX əsrin II yarısında fəaliyyət göstərən görkəmli rus bəstəkarlarından biridir. O, özünü həmçinin istedadlı dirijor, pedaqoq, musiqili – ictimai xadim kimi də doğrultmuşdur. Lyadov yaradıcılığının əsasını rus eposunun və folklor musiqisinin nağıl fantastik obrazları təşkil edir. Onun əsərləri üçün dolğun lirika, təbiətin incə təsviri xarakterikdir.

Anatoli Lyadov
Anatoli Konstantinoviç Lyadov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1873-cü ildən
Janr klassik musiqi
Musiqi alətləri piano[1], skripka[1]
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Konstantinoviç Lyadov 12 may 1855 -ci ildə Sankt-Peterburq şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşında ikən Peterburq Konservatoriyasının daxil olaraq burada Rimski-Korsakovdan praktiki bəstəkarlıq dərsləri almışdır.  Lakin dərsləri ötürdüyünə görə 1876-cı ildə təhsil ocağından xaric olunmuşdur. 1878-ci ildə Lyadov yenidən konservatoriyaya daxil olaraq buranı uğurla bitirir. Diplom işi F.Şillerin “Messinskaya nevesta” əsərinin sonuncu səhnəsinə bəstələdiyi musiqi olur.

70-ci illərin ortalarında Lyadovun  “Qüdrətli dəstə” üzvləri ilə tanışlığı baş verir və görkəmli sənətkarlarla ünsiyyət onun yaradıcılığının formalaşmasında xüsusi amilə çevrilir. Bəstəkarın maraq dairəsi genişlənir və Lyadov fəlsəfə, sosiologiya, estetika, klassik və müasir ədəbiyyatlar maraqlanmağa başlayır.

1878-ci ildən etibarən Lyadov Peterburq konservatoriyasında pedoqoji fəaliyyətə başlayır və burada ifaçılara nəzəri dərslər keçir.

70-80-ci illərdə Lyadov dirijor fəaliyyətinə başlayır və musiqi həvəskarları üçün bir sıra konsertlər verir. Onu bir dirijor kimi Rimski-Korsakov, Rubinşteyn və Q.Laroş yüksək qiymətləndirmişdir.

Bu illərdə Lyadov Çaykovski, Qlazunov ilə tanış olur və “belyayevski cümə”lərin iştirakçısına çevrilir. Məhz bu illərdə o, həmçinin bəstəkar kimi şöhrət qazanmağa başlayır. 1874-cü ildən etibarən Lyadovun ilk əsərləri: 4 romans məcmuəsi və “Biryulki” (opus 2) məcmuəsi işıq üzü görür. Lyadovun romansları “qüdrətli dəstə”nin təsiri altında bu janrda yazılmış ilk və yeganə təcrübədir.

“Biryulki” məcmuəsi Lyadovun ilk fortepiano bəstələrindəndir və özündə bir neçə kiçik müxtəlif xarakterli  lakin silsilə şəklində əlaqələndirilmiş pyesləri ehtiva edir. Artıq burada bəstəkarın kameralılıq, yüngüllük və  ecazkarlıq xüsusiyyətləri öz əksini tapır. 1900-cü ilin əvvələrinədək Lyadovun 50 məcmuəsi çap edilmişdir. Bunların çoxu fortepiano üçün yazılmış kiçik pyeslərdir: intermessolar, arabeskalar, prelüdiyalar, ekspromtlar, etüdlər, mazurkalar, valslar və s. Oyuncaq-gəlincik aləminin incə və qeyri adi obrazlarının təsvirini özündə ehtiva edən «Музыкальная табакерка» əsəri xüsusilə tanınmışdır. Predlyudiyalar arasında isə Preludiya op. 11-si minor xüsusilə seçilir. Bəstəkarın melodiyası Balakirevin “40 rus xalq mahnısı” məcmuəsindəki «И что на свете прежестоком» adlı xalq oxumasına yaxındır.

İri həcmli f-no əsərləri sırasına 2 variasiya məcmuəsi daxildir (Qlinkanın “Venesiya gecəsi” romansının və polşa mövzusuna). Məşhur pyeslərdən biri  «Про старину» balladasıdır. Bu əsər Qlinkanın «Руслан и Людмила» operasındakı  və Borodinin “Boqatırskaya simfoniya”sındakı epik obrazlarla eynilik təşkil edir.

80-ci illərin sonlarında bəstəkar yenidən vokal musiqiyə müraciət edərək xalq  lətifələri, nağılları, oxmalarının sözlərinə 3 uşaq mahnılarından ibarət məcmuə bəstələyir.

XIX əsrin 90-cı illərinin sonlarınadək Lyadov xalq mahnılarının işləmələri olə məşqul olur və f-no və səs üçün 4 məcmuə tərtib edir, Balakirev və Rimski-Korsakov ənənələrini davam etdirərək səsaltı polifoniya priyomlarından geniş istifadə edir.

XX əsrin əvvəlllərində Lyadov konservatoriyada nəzəri və bəstəkarlıq siniflərində pedaqoq kimi çalışmağa başlayır. Onun tələbələri sırasında S.Prokofyev, N.Mayakovski, B.Asafyev kimi şəxsiyyətlər də var idi.

1900-cü illərdən başlayaraq Lyadov simfonik musiqiyə müraicət edərək XIX əsr rus klassik musiqi ənənələrinin davamşısı kimi çıxış edir. Bu orkestr miniatürlərində rus xalq nağıllarının süjet və obrazları (Baba-Yaqa, Kikimora) və təbiətin gözəllikləri (Sehirli göl) öz təsvirini tapmışdır. Lyadov bu əsərləri “nağıllı şəkillər” adlandırırdı. Qlinka və “Qüdrətli dəstə” ənənələrinin davamı “8 rus xalq mahnısının orkestr üçün işlənməsi” əsərində öz əksini tapmışdır. Burada bəstəkar xalq mahnılarının – epik, lirik, rəqsvari, mərasim, xorovodniye və s. növlərinin axıcı oxumalarından istifadə edərək rus vətəndaşının daxili aləminin müxtəlif tərəflərini təsvir etmişdir.

Bəstəkar həyatının son illərində ağır itkilər yaşamış və ən yaxın dostları olan əvvəl Belyayev, sonra isə Rimski-Korsakovu itirmişdir. Anatoli Lyadov 28 avqust 1914-cü ildə vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 The New Grove Dictionary of Music and Musicians (ing.). / S. Sadie, N. Fortune OUP, 1980.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Anatoli Konstantinowitsch Ljadow // Brockhauz Ensiklopediyası (alm.).
  4. Лядов Анатолий Константинович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.