Andreas Qurski

Andreas Qurski (alm. Andreas Gursky‎; 15 yanvar 1955[1][2][…], Leypsiq[3]) — alman fotoqraf.[4]

Andreas Qurski
alm. Andreas Gursky
Düsseldorf, 1 mart 2013.
Düsseldorf, 1 mart 2013.
Doğum tarixi 15 yanvar 1955(1955-01-15)[1][2][…] (69 yaş)
Doğum yeri
Milliyyəti alman
Təhsili
  • Essen Universiteti[d]
Fəaliyyəti incəsənət xadimi, fotoqraf, universitet müəllimi[d], fotojurnalist, müəllim
Fəaliyyət illəri 1980-ci ildən
andreasgursky.com/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andreas Qurski 15 yanvar 1955-ci ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Andreas Qurski ilk işinə reklam fotolarını çəkməklə başlamışdır.[4]

Həyatı boyu Qahirə, Nyu-York, Braziliya, Tokio, Stokholm, Çikaqo, İsveç, İngiltərə, İtaliya, Fransa, Afina, Sinqapur da daxil olmaqla, demək olar ki, dünyanın əksər ölkələrinə səyahət etmişdir.[4] Gəzdiyi ölkələrdə diqqətini çəkən ən maraqlı məqamları kamerası ilə lentə alan fotoqrafın 1989-cu ildən bu günə kimi ABŞ, İsveç, İngiltərə, İtaliya, Fransa, AlmaniyaTürkiyədə çoxsaylı sərgiləri təşkil olunmuşdur.[4]

Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür.[4] Belə ki, onun çəkdiyi "II Reyn" adlı foto 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.[4]

  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Andreas Gursky (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 ZKM Center for Art and Media Karlsruhe. 1997.
  4. 1 2 3 4 5 6 Dürrə Həsən. Dünyanın ən bahalı fotoqrafı Arxivləşdirilib 2015-02-03 at the Wayback Machine. kult.az, 30.01.2015  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]