Andrey Daryeviç Mirzəbəyov (1937, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü. Akademik.
Andrey Mirzəbəyov | |
---|---|
Andrey Daryeviç Mirzəbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Elmi adı | Akademik |
Mükafatları |
Andrey Daryeviç Mirzəbəyov 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. REA-nın V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun direktoru olmuşdur.
A.Mirzəbəyov 300-dən çox çap olunmuş işlərin və ixtiraların müəllifi, molekulyar biologiya sahəsində görkəmli alimdir.
1969-cu ildə Mirzəbəyov valinli RNK-nın ilkin strukturununqurulması üzrə elmi işdə iştirakına görə Dövlət mükafatına layiq görülmüşdür. 1981-ci ildə onun xidmətləri "Qırmızı əmək bayrağı" ordeni, 1999-cu ildə "Şərəf nişanı" ordeni ilə qiymətləndirilmişdir. Xromatin üzrə tədqiqatlara görə REA 1999-cu ildə Mirzəbəyovu V.A.Engelqardt adına Qızıl medalla təltif etmişdir. 1995-2001-ci illlərdə bioloji mikroçiplərin istehsalının orjinal texnologiyasının işlənməsi və təcrübədə tətbiqi üzrə işlər Molekulyar Biologiya İnstitutunun Arqon Milli laboratoriyası (ABŞ) ilə birlikdə aparılmışdır.
A.Mirzəbəyov 25 ildən artıq müddət ərzində Bioloji Mikroçiplər Mərkəzinərəhbərlik etmişdir. Onun rəhbərliyilə 35-dən çox namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Alimin elmi-pedaqoji fəaliyyətinə Moskva Fizika-Texnika İnstitutunda molekulyar biofizika kafedrasına 10 illik rəhbərliyi də daxildir.
A.Mirzəbəyov Avropa Akademiyasının (1990-cı il), Almaniya Elmlər Akademiyasının (1999-cu il) üzvü seçilmiş, Avropa Cəmiyyəti Federasiyasının mükafatına, medallara layiq görülmüş (1978-ci il), Qreqora Mendel adına Leopoldin Akademiyasının vitse-prezidenti olmuşdur (1989-cu il). 2000-ci ildə Valensiya Fundamental Tədqiqatlar Akademiyası Zati Aliləri Kral Həzrətləri Don I Xuan Karlosun fəxri sədrliyi ilə Mirzəbəyovu özünün fəxri üzvü seçmiş, nailiyyətlərinə görə medalla təltif etmişdir.
2002-ci ildə akademik A.D.Mirzəbəyov Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçilmişdir.[1]