Keldış Mstislav Vsevolodoviç (28 yanvar (10 fevral) 1911[4][5], Riqa, Rusiya imperiyası[6] – 24 iyun 1978[1][7], Moskva, SSRİ[8]) — riyaziyyat və mexanika sahəsində görkəmli sovet alimi. SSRİ Elmlər Akademiyasının akademiki, 1953-cü ildən etibarən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1960-1961-ci illərdə vitse-prezidenti, 1961-1974-cü illərdə prezidenti və 1974-1978-ci illərdə yenidən SSRİ EA Rəyasət Heyətinin üzvü olmuşdur.[9]
Mstislav Keldış | |
---|---|
rus. Келдыш, Мстислав Всеволодович | |
Doğum adı | Мстислав Всеволодович Келдыш |
Doğum tarixi | |
Doğum yeri | Riqa, Rusiya imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Elm sahələri | riyaziyyat, mexanika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | akademik |
İş yeri | SSRİ Elmlər Akademiyası |
Təhsili |
|
Tanınmış yetirməsi | Cəlal Allahverdiyev |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
M.V.Keldış 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961, 1971) adına layiq görülmüşdür.
Keldış Mstislav Vsevolodoviç 1931-ci ildə MDU-nu bitirmiş, sonradan MAHİ-da (Mərkəzi Aerohidrodinamika İnstitutu), MDU-da (1937-ci ildən professor) və SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda işləmişdir.
1953-1978-ci illərdə SSRİ EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun direktoru olmuşdur. M.B.Keldışın uçuş aparatları riyaziyyat, mexanika və aeroqazodinamika sahəsində böyük əməyi olmuşdur. SSRİ-də M.B.Keldış hesablama və maşın riyaziyyatı sahəsinin inkişafında yaxından iştirak etməklə, atom və kosmik texnikası üzrə hesablama məsələlərinin effektiv metodlarını yaratmaqla elmə böyük töhfələr vermişdir. O, kosmos tədqiqatları, raket-kosmik sistemlərinin yaradılması və bu işlərin geniş yayıması üzrə təşəbbüskarlardan biridir. 50-ci illərin ortalarında süni peyklərin Yer ətrafı orbitə çıxarılması, gələcəkdə Aya və Günəş sisteminin digər planetlərinə uçuşların nəzəri əsaslarının işlənməsinə rəhbərlik etmişdir. Yerin ilk süni peyklərinin yaradılması üzrə Elmi Tədqiqat İnstitutunun (ETİ) və konstruktor-bürosunun (KB) fəaliyyətinin əlaqələndirilməsi üzrə Elmi-texniki Şuraya rəhbərlik etmişdir. M.B.Keldış Yer ətrafı kosmik fəza üzrə tədqiqatların aparılması, elmi problemlərin qoyuluşu, planetlərarası mühit, Ay və planetlərin öyrənilməsi, pilotlu uçuşlar proqramlarının həyata keçirilməsinə və həmçinin kosmik uçuşlar və idarəetmə nəzəriyyəsi, naviqasiya və istilik dəyişməsi mexanikasının bir çox problemlərinin həllinə öz bacarıq və əməyini sərf etmişdir. M.B.Keldış "İnterkosmos" proqramı üzrə xarici ölkələrlə əməkdaşlıq edərək elmi işlərə rəhbərlik etmişdir.
1942-1946-cı illərdə SSRİ Dövlət mükafatı və 1957-ci ildə Lenin mükafatına layiq görülmüşdür. 7 Lenin ordeni, 3 Qırmızı Əmək Bayrağı ordeni, medallar və bir çox xarici ordenlərlə təltif edilmişdir.
1978-ci ildə SSRİ EA tətbiqi riyaziyyat və mexanika sahəsində, eləcə də kosmik fəzanın öyrənilməsində nəzəri tədqiqatlar üzrə elmi işlərinə görə M.V.Keldış adına qızıl medal təsis etmişdir.
M.V.Keldış AMEA-nın fəxri üzvü seçilmişdir.[10]