İhsan Doğramacı (3 aprel 1915[1], Ərbil – 25 fevral 2010[2][1][…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur.
İhsan Doğramacı | |
---|---|
türk. İhsan Doğramacı | |
Doğum tarixi | 3 aprel 1915[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 2010[2][1][…] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
Dəfn yeri | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
dogramaci.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib.
İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttəpə Universitetinin yaranmasında böyük rol oynamışdır.
İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttəpə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
1964–1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrəndi.
1981–1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi.
İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür.[4]
Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın "İstiqlal" ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunub. 2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |