Ann Filip (fr. Anne Philipe; 20 iyun 1917[1][2][…], Brüssel[d][4] – 16 aprel 1990[1][3][…], XII arondisman[4]) — fransız yazıçısı.
Ann Filip | |
---|---|
Doğum adı | Anne Marie Nicole Ghislaine Navaux[4] |
Doğum tarixi | 20 iyun 1917[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1990[1][3][…] (72 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | yazıçı, aktrisa, jurnalist |
Əslində Ann Filipdə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı. İnsan ömrünü bircə an adlandıran qadının kitabı az müddətdə bir çox dillərə tərcümə olundu və nəhayət 1971-ci ildə “Bir göz qırpımı” adı ilə azərbaycancaya çevrildi.
“Bir göz qırpımı” əsərini yazmazdan əvvəl Ann Filip jurnalistika ilə məşğul olmuş, müxtəlif mövzulu məqalələrlə yanaşı “Asiya karvanları” adlı xatirələr kitabını da nəşr etdirmişdir (1955). Lakin nə Çinə həsr olunmuş bu kitab, nə məqalələr, nə də etnoqrafiya mövzulu filmlərin çəkilişində iştirakı Ann Filipə “Bir göz qırpımı” kitabının səmimiyyətindən gələn rəğbəti qazandıra bilməmişdi.
Müəllifin 1966-cı ildə nəşr etdirdiyi “Təpədə görüşlər” əsəri də səmimi hisslər üzərində qurulub. Burada da insanın ən ali hissi olan məhəbbət hissi, bir ananın öz qızına məhəbbəti və münasibəti poetik dillə verilib. Amma bu hisslər sevimli ərinin şirin xatirəsinə öz daxilində həm sadə, həm də fəlsəfi dillə ağı deyən Ann Filipin hisslərinə tay deyil.
Fransız aktyoru Jerar Filip gənc yaşında, yaradıcılığının çiçəkləndiyi bir dövrdə vəfat etmişdir. Ann onun xərçəng xəstəliyinə tutulduğunu və bir necə gündən sonra öləcəyini bilirdi. Jerarın özü isə xəbərsiz idi, tezliklə sağalacağını güman edirdi. Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu ölmüş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsil məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır.
Yazıçı ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |