UTC±00 | ||
UTC+03:00 | ||
UTC+05:00 | ||
UTC+06:00 | ||
UTC+07:00 | ||
UTC+08:00 | ||
UTC+10:00 | ||
UTC+12:00 | ||
UTC+13:00 | ||
UTC−06:00 | ||
UTC−04:00 | ||
UTC−03:00 |
Antarktidanı Yer kürəsinin bütün meridianları kəsir və sonda materikin mərkəzində birləşirlər. Nəzəri baxımdan materikdə bütün saat qurşaqları yerləşir. Ancaq bu saat qurşaqlarından praktiki olaraq istifadə etmək əlverişsizdir. Cənub Qütb dairəsində qütb gecələrinin və qütb gündüzlərinin 24 saatdan, qütblərdə altı aya qədər davam etməsi yerli saatdan istifadəyə çətinlik yaradır. Materikdə olan stansiyalar fərqli saat hesabı aparırlar. Bu hesabda daha çox məxsus olduğu dövlət və stansiyanı yerləşdiyi ərazi önəmli götürülür.
Bu cədvəldə bir çox stansiyaların Antarktidanın saat qurşaqlarına uyğunlaşdırılmış vaxtı göstərilir[1]:
Stansiya | Vaxt | Koordinatları | Yerləşdiyi ərazi | |
---|---|---|---|---|
Palmer | −04:00 | 64°77′ c. e., 64°05′ q. u. | Palmer Torpağı | |
Rotera | −03:00 | 67°34′ c. e., 68°08′ q. u. | Qreyam Torpağı | |
Troll | +00:00[2] | 72°00′ c. e., 2°32′ ş. u. | Kraliça Mod Torpağı | |
Şova | +03:00 | 69°00′ c. e., 39°35′ ş. u. | Kraliça Mod Torpağı, Enderbi Torpağı | |
Mouson | +05:00 | 67°36′ c. e., 62°52′ ş. u. | Mak-Robertson Torpağı | |
Vostok | +06:00 | 78°27′ c. e., 106°50′ ş. u. | Vostok gölü | |
Deyvis | +07:00 | 68°34′ c. e., 77°58′ ş. u. | Uilks Torpağı | |
Keysi | +08:00 | 66°17′ c. e., 110°31′ ş. u. | Uilks Torpağı | |
Dyumon-Dyurvil | +10:00 | 66°40′ c. e., 140°01′ ş. u. | Adel Torpağı, Viktoriya Torpağı | |
Makkuori | +11:00 | 54°30′ c. e., 158°57′ ş. u. | Makkuori adası | |
Mak-Merdo | +12:00 | 77°51′ c. e., 166°40′ ş. u. | Ross asılı ərazisi | |
Amundsen-Skott | +12:00 | 90°00′ c. e., 0°00′ ş. u. | Cənub qütbü |