Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973[1], Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı,[2] jurnalist, "Qızıl qələm" media mükafatı (2011)[3] və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini,[4] Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən).[5]
Araz Yaquboğlu | |
---|---|
Araz Yaqub oğlu Hacıyev | |
Doğum adı | Araz |
Təxəllüsü | Yaquboğlu |
Doğum tarixi | 1 avqust 1973[1] (51 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Gülbəniz Hacıyeva (Kərimova) |
Uşağı | 2 |
Atası | Yaqub Hacıyev[d] |
Anası | Əsmətel Hacıyeva |
Təhsili |
|
İxtisası | Sənaye və mülki tikinti |
Fəaliyyəti | jurnalist, mühəndis, şair, tədqiqatçı, dizayner, yazıçı, vikipediyaçı |
Fəaliyyət illəri | 1992-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | poeziya, publisistika, tədqiqat, esse, memuar |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
Araz Yaquboğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub.[6]
Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur.
2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir.
Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30 sentyabr, 1994 – 31 dekabr, 1994).
O, 1994–1996-cı illərdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
1995-ci ildə Bakı Ali Menecer Kollecinin İnşaatçı menecment ixtisasını bitirmişdir.
Haqqında "İnşaatçı kadrlar uğrunda" qəzetinin 26 oktyabr 1994-cü il tarixli, № 6(245) sayında Dilarə Mikayılovanın "Nümunəvi tələbə" başlıqlı məqaləsi dərc olunmuşdur.
1992-ci ildən şeirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaxlarda çap olunur.[7] Bir çox kitabların redaktoru və tərtibçisidir.[8]
2012-ci ilin 1 yanvarından Laçın yurdu jurnalında baş redaktorun müavinidir.[9]
12 iyul 2023-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə, 17 iyul 2023-cü ildə isə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilmişdir.[10]
Ailəlidir, bir oğlu və bir qızı var.
Araz Yaquboğlu 30 aprel 2010-cu ildən "Araz Yaquboglu" istifadəçi adı ilə Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyada inzibatçıdır.[11] 2017-ci ildə olan məlumata görə 6000 məqalənin müəllifidir.[12]
Həmçinin Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın, Vikisitatın və Vikimənbənin də inzibatçısıdır.[13]