Araz Supermarketlər Şəbəkəsi

Araz Supermarketlər Şəbəkəsi 2011-ci ildə 4 mağaza ilə fəaliyyətə başlamışdır. Araz-ın əsas prinsipi qida və qeyri-qida məhsullarını yüksək keyfiyyətlə və ən sərfəli qiymətlə istehlakçıya çatdırmaqdır. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan "Araz" öz portfelində 600-dən çox şəxsi məhsula malikdir, eyni zamanda bir çox özəl və yerli brend məhsullarını müştərilərinə təqdim etməyi hədəfləyir. Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə 170-dən artıq mağaza ilə xidmət göstərir. O, həmçinin "İstehlak Malları Forumu"nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir. Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association — SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12–16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görüldü.

Araz
Araz Supermarket
Loqonun şəkli
Siz Harada, Araz orada
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye pərakəndə
Məhsulu Ərzaq məhsulları
Təsis tarixi 7 may 2011
Baş qərargahın yeri Bakı şəhəri, 8 Noyabr pr. 15, Azure Business City, AZ 1025
Struktur
İşçi sayı 7000-dən çox
Ana şirkət Veysəloğlu
Rəhbərlik
Təsisçi Aydın Talıbov
Rəhbərlik Rəşad İbrahimov
Baş icraçı direktor Rəşad ibrahimov[d][1]
arazmarket.az

Hazırda "Araz" supermarketlər şəbəkəsi paytaxt Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Daşkəsən, Saatlı, İmişli, Kürdəmir, Qusar, Quba, Zaqatala, Şirvan, Yevlax, Sabirabad, Masazır, Şuşa və s. bölgələrində 370-dən artıq mağazası ilə fəaliyyət göstərir.

Araz baba adətən Yeni ilNovruz bayramında peydə olan personajdır. Yaz aylarında altdan yaşıl gödəkcə olmaqla milli geyimdə, qış aylarında isə yaşıl qalın palto və şalvar geyinən iri cüssəli, şən, ağ saqqallı bir kişidir. O, qiymətləri endirməyə gəlir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]