Arzuxan Əlizadə

Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Milli Məclisinin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.

Arzuxan Əlizadə
Vəzifədədir
2024-cü ildən
Seçki dairəsi2024 — 27 saylı Sabunçu ikinci seçki dairəsi
Vəzifədədir
16 avqust 2020-ci ildən
ƏvvəlkiArzuxan Əlizadə (özü)
27 oktyabr 2015 – 16 avqust 2020
ƏvvəlkiYusif Bağırzadə
SonrakıArzuxan Əlizadə (özü)
2005 – 2006
Təmsil etdiyiAzərbaycan Milli İstiqlal Partiyası
ƏvvəlkiYusif Bağırzadə
Şəxsi məlumatlar
Doğum tarixi 18 mart 1965(1965-03-18) (59 yaş)
Doğum yeri
Partiya Azərbaycan Milli İstiqlal Partiyası
Təhsili
Fəaliyyəti siyasətçi

Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub.

1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir. İnsan hüquq və azadlıqlarına dair bir sıra elmi məqalə və broşurların müəllifidir.

Evlidir. Üç övladı, iki nəvəsi var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsi

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə Milli Azadlıq Hərəkatına qoşulmuşdur. 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü, AXC Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olmuşdur. 1998-ci ildə AMİP Mərkəzi Aparatında sektor müdiri,1999-cu ildə təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş.

1998-ci ildə AMİP Mərkəzi Şurasının, 2001-ci ildə AMİP Siyasi Şurasının üzvü seçilmişdir.

2005-ci ilin martında AMİP baş katibi seçilmiş, bir qədər sonra MSK üzvü kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq tutduğu vəzifədən istefa vermişdir. 2010-cu ildə yenidən Partiyanın baş katibi seçilmiş, 2015-ci ilin oktyabr ayında eyni zamanda Partiyanın sədr əvəzi olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının 15 avqust 2020-ci il tarixli XI Qurultayında AMİP sədri seçilmişdir.[1]

Mərkəzi Seçki Komissiyasında

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının namizədi olaraq Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü seçilmiş[2], 2005–2006-cı illərdə eyni partiyadan Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

2004, 20092014-cü il bələdiyyə seçkilərində ardıcıl üç dəfə Bakıxanov bələdiyyəsinin üzvü seçilmiş, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri olmuşdur.2024-cü il növbədənkənar parlament seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsindən seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini (sədr:Sadiq Qurbanov) Regional məsələlər komitəsinin üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]

Arzuxan Əlizadə özünün azərbaycançılıq, türkçülük, milliyətçilik, dövlətçilik ideologiyasını daşıdığını bildirmişdir.[4]

  1. "Arxivlənmiş surət". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  2. "Arxivlənmiş surət". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
  4. https://cebheinfo.az/siyaset/razi-nurullayev-sosial-demokratdirsa-bes-digerleri