Azərbaycanda bələdiyyə seçkiləri (2009) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 3-cü ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
← 2004 2014 → | ||||
Azərbaycanda bələdiyyə seçkiləri | ||||
---|---|---|---|---|
23 dekabr 2009 | ||||
Seçici fəallığı | 32.04[1] | |||
Rəhbər | İlham Əliyev | Fəzail Ağamalı | Fazil Mustafa | |
Partiya | Yeni Azərbaycan Partiyası | Ana Vətən Partiyası | Böyük Quruluş Partiyası | |
Tutulan yerlər | 10 431 | 214 | 142 | |
Dəyişən yerlərin sayı | ▲ 74 | ▲ 142 | ||
Əvvəlki yerlərin sayı | 140 | Yeni | ||
Rəhbər | Xanhüseyn Kazımlı | Sabir Rüstəmxanlı | Qüdrət Həsənquliyev | |
Partiya | Azərbaycan Sosial Rifah Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | |
Tutulan yerlər | 133 | 115 | 95 | |
Dəyişən yerlərin sayı | ▲ 12 | ▲ 95 | ||
Əvvəlki yerlərin sayı | 103 | Yeni |
Seçkilərdə öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamına əsasən ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin bir çoxu birləşdirilərək yenidən təşkil olunmuşdur. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-ədək azaldılmışdır. Bu seçkilərdə, həmçinin, 6 oktyabr 2006-cı ildə Azərbaycanda keçirilmiş təkrar, əlavə və yəni bələdiyyə seçkilərində seçilmiş, səlahiyyətləri 2011-ci ildə bitməli olan 81 bələdiyyə də seçki qərarı alaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş və bu bələdiyyələrdə də seçkilər keçirilmişdir.[2][3]
Naxçıvan Muxtar Respublikası üzrə isə 215 bələdiyyə birləşdirilərək 171-ə endirilmişdir.[4]
Seçkilərə 1 ay qalmış, 29 noyabr 2009-cu ildə Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova ölmüşdür.[5]
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.[6]
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.[6]
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.[6]
Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.[6]
Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.[6]
1995-ci ildə rəsmi dövlət qeydiyyatı ləğv olunmuş Azərbaycan İslam Partiyası üzvləri bu seçkilərə fərdi şəkildə qatılmışdır. Bu partiyadan 2004-cü il bələdiyyə seçkilərində 15 bələdiyyə üzvü seçilmişdir.[7]
Azadlıq Partiyası 2009-cu ildə keçirilməli olan qurultayını bələdiyyə seçkiləri səbəbi ilə təxirə salmışdır.[8]
Mətləb Mütəllimlinin sədrlik etdiyi Sosial Ədalət Partiyası qurultaya hazırlaşdığı üçün bələdiyyə seçkilərinə qatılmamaq qərarı almışdır.[9]
Azərbaycan Demokrat Partiyası partiya şəkildə seçkilərdə iştirakdan imtina edərək üzvlərini fərdi təşəbbüslə namizəd olmağa səsləmişdir.[10]
Müsavat Partiyası seçkilərdə həm partiya şəklində, həm də partiya üzvlərinin şəxsi təşəbbüsü ilə iştirakı haqqında qərar almışdır.[11]
Qulamhüseyn Əlibəylinin sədrlik etdiyi Aydınlar Partiyası,[12] rəsmi dövlət qeydiyatı olmayan Azərbaycan Yaşıllar Partiyası,[13] Vəhdət Partiyası üzvlərini fərdi qaydada seçkiyə qatılmağa səsləmişdir.[14]
Böyük Quruluş Partiyası 25 oktyabr 2009-cu ildə keçirilmiş sayca III qurultayında bələdiyyə seçkilərində iştirakla bağlı qərar almışdır.[15]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə partiya şəklində qatılmışdır və üzvlərinə fərdi şəkildə namizəd olma haqqı tanımışdır.[16]
Seçkilərə 1 ay qalmış, 25 noyabr 2009-cu ildə Aydınlar Partiyası rəsmi dövlət qeydiyyatına alınmışdır.[17]
Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi 8 oktyabr 2009-cu ildə başlamış və 23 noyabr 2009-cu il tarixinədək davam etmişdir. 1718 bələdiyyənin 15682 üzv yeri üçün seçkilərdə 35 076 nəfər mübarizə aparmaq üçün namizədliyini irəli sürmüş, onlardan 31861 nəfərinin namizədliyi təsdiq edilmişdir. Ümumilikdə, dairə seçki komissiyaları 3215 nəfərin namizədliyini qeydə almaqdan imtina etmişdir.[3] Seçki gününə olan məlumatlara əsasən namizədliyi qeydə alınan 30975 şəxsdən 14073 nəfərinin seçkilərə namizədliyini özü tərəfindən, 16755 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdür. Seçkilərə partiya şəklində 18 siyasi partiya qatılmışdır. Siyasi partiyalardan Yeni Azərbaycan Partiyası 15 637,[18] digər 17 siyasi partiya isə 3872 nəfərin namizədliyini irəli sürmüşdür. Seçkilərə qatılan 11147 nəfər bitərəf olmuş, 319 nəfəri isə partiya mənsubiyyətini göstərməmişdir. Namizədlərdən 15773-ü ali təhsilli olmuşdur. Həmçinin, onlardan 24867-si kişi, 6108-i isə qadın olmuşdur.[19]
Naxçıvan Muxtar Respublikasında isə 171 bələdiyyədə 1437 yer üçün mübarizə getmişdir.[4]
İqbal Ağazadə seçkilərdə Azərbaycan Ümid Partiyasının 3154, Müsavat Partiyasının 900, Azərbaycan Xalq Cəbhəsi Partiyasının isə 153 nəfərin bələdiyyə üzvlüyünə namizədliyini irəli sürdüyünü açıqlamışdır.[20]
23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin partiya mənsubiyyəti aşağıdakı kimi olmuşdur:[3]
Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 4813 seçki məntəqəsi üzrə keçirilmiş, 15 min 682 bələdiyyə üzvünün seçilməsi üçün 1718 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində — Dağlıq Qarabağ regionunda, Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur. Seçkilər zamanı aşkarlığın təmin olunması üçün qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış və səsvermə günü 52 beynəlxalq müşahidəçi, 28 informasiya agentliyi, 12 xarici KİV, 18 teleradio şirkəti, 39 yerli qəzet və jurnal nümayəndələri seçkilərin gedişini izləmişdir.[3]
Quraşdırılmış veb-kameralardan 189-u Bakıda, 25-i Naxçıvan Muxtar Respublikasında, 289-u isə digər rayonlarda quraşdırılmışdır. Seçkiləri 48388 yerli müşahidəçi müşahidə etmişdir.[21]
Seçki günü səsvermə Bakı saatı ilə 08:00-da başlamış, 19:00-da başa çatmışdır.[22]
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, deputat Mehriban Əliyeva, qızları Arzu Əliyeva və Leyla Əliyeva ilə birgə 29 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsi olan Bakı şəhəri 6 nömrəli məktəb-liseydə səs vermişdir.[23]
Seçkilərdə seçki dairələri üzrə ən yüksək aktivlik 53 saylı Quba-Qusar seçki dairəsində 51,65%-lə qeydə alınmış, ən aşağı seçici aktivliyi isə 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 25,01%-lə qeydə alınmışdır.[24]
Saat | Ümumi | Gəncə |
---|---|---|
10:00 | 8.77%[25] | 7.38%[26] |
12:00 | 16.79%[27] | 15.41%[28] |
15:00 | 24.23%[29] | 23.39%[30] |
17:00 | 28.51%[31] | 28.59%[32] |
Yekun | 31.86%[33] | 31.17%[34] |
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri baş tutmuşdur. Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 32,4%-i səsvermədə iştirak etmiş və bunun nəticəsində də seçkilər baş tutmuş hesab olunmuşdur.
11 yanvar 2010-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının iclası baş tutmuş, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsinin nəzərə alınması haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə (Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələri) seçkilərin etibarsız hesab edilməsi, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş bütün 1709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması haqqında qərar çıxarılmışdır. Komissiya bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan edilməsi barədə qərar qəbul etmişdir. Seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə 50 saylı Qobustan-Quba-Xızı seçki dairəsi və 72 saylı Yardımlı-Masallı seçki dairəsinin sədrləri tutduğu vəzifəyə uyğunsuzluğu müəyyən edilmiş, eyni səbəbdən 70 saylı Masallı şəhər seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin komissiyaları buraxılmışdır.[3]
Seçki nəticələri ləğv olunan bələdiyyələrə 3 ay ərzində seçkilərin keçirələcəyi elan edilmişdir. Mərkəzi Seçki Komissiyasında Azərbaycan Ümid Partiyasını təmsil edən Akif Qurbanov seçkilərdə namizədlərin qeydə alınma, təbliğat-təşviqat, səsvermə və digər mərhələlərin ciddi qanun pozuntuları müşahidə olunmaqla keçirildiyini bildirmiş və yekun seçki protokoluna imza atmaqdan imtina etmişdir. Beləliklə, yekun protokol 15 üzvdən 14-nün imzası ilə təsdiqlənmişdir.[35]
Etibarlı | Etibarsız | Ümumi | |
Bələdiyyə sayı | 1709 | 9 | 1718 |
Üzv sayı | 15 591 | 91 | 15 682 |
Dairə sayı | 118 | 0 | 118 |
Seçici sayı | - | - | 4 612 727 |
Səslər | 1 466 734 | 11 452 | 1 478 186 |
Seçici fəallığı | - | - | 32.04% |
Seçilmiş bələdiyyə üzvlərinin 9 min 979-u ali, 2711-i orta ixtisas, 2825-i orta, 76-sı isə natamam ali təhsillidirlər. Bələdiyyə üzvlərinin 11517-ni kişilər, 4074-nü qadınlar təşkil edirlər. Bələdiyyə üzvlərinin 4243-ü 21–30, 2615-i 31–40, 4781-i 41–50, 3293-ü 51–60 yaş qrupuna daxildirlər. 659 nəfərinin yaşı 60-dan yuxarıdır. Ümumilikdə isə 15 min 591 nəfər bələdiyyə üzvü seçilmişdir.
2009-cu il dekabrın 23-də keçirilmiş seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərdən 10 min 705-nin namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi təşəbbüs qrupları, 4809 nəfərin namizədliyi isə özləri tərəfindən irəli sürülmüşdür.[3]
Bələdiyyələrə üzv seçilmiş şəxslərdən 10 min 290-ı Yeni Azərbaycan Partiyası, 132-si Böyük Quruluş Partiyası, 81-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, 62-si Ana Vətən Partiyası, 61-i Vətəndaş Həmrəyliyi Partiyası, 41-i Azərbaycan Ümid Partiyası, 15-i Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, 14-ü Vətəndaş Birliyi Partiyası, 5-i Azərbaycan Sosial Rifah Partiyası, 4-ü isə Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər olmuşdur. Həmçinin seçilmiş üzvlərdən 4157-si bitərəf, 157-si isə partiya mənsubiyyətini göstərməmiş şəxs olmuşdur.[3]
Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə seçilmiş üzvlərin siyasi partiyalara görə bölgüsü aşağıdakı kimi olmuşdur:[36]
Siyasi partiya | Sədr | Bələdiyyə üzvü sayı | |||
---|---|---|---|---|---|
Partiya namizədi | Şəxsi təşəbbüs | Ümumi | |||
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 10.290 / 15.591
|
141 / 15.591
|
10.431 / 15.591
| |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 62 / 15.591
|
152 / 15.591
|
214 / 15.591
| |
Böyük Quruluş Partiyası | Fazil Mustafa | 132 / 15.591
|
10 / 15.591
|
142 / 15.591
| |
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Kazımlı | 5 / 15.591
|
128 / 15.591
|
133 / 15.591
| |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 61 / 15.591
|
54 / 15.591
|
115 / 15.591
| |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Qüdrət Həsənquliyev | 81 / 15.591
|
14 / 15.591
|
95 / 15.591
| |
Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | 41 / 15.591
|
2 / 15.591
|
43 / 15.591
| |
Azərbaycan Kommunist Partiyası | Ələsgər Xəlilov | 0 / 15.591
|
25 / 15.591
|
25 / 15.591
| |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Asim Mollazadə | 15 / 15.591
|
3 / 15.591
|
18 / 15.591
| |
Azərbaycan Milli İstiqlal Partiyası | Fuad Muxtarov | 0 / 15.591
|
15 / 15.591
|
15 / 15.591
| |
Vətəndaş Birliyi Partiyası | Sabir Hacıyev | 14 / 15.591
|
14 / 15.591
|
14 / 15.591
| |
Ədalət Partiyası | İlyas İsmayılov | 0 / 15.591
|
13 / 15.591
|
13 / 15.591
| |
Müasir Müsavat Partiyası | Hafiz Hacıyev | 0 / 15.591
|
5 / 15.591
|
5 / 15.591
| |
Müsavat Partiyası | İsa Qəmbər | 4 / 15.591
|
3 / 15.591
|
3 / 15.591
| |
Demokratik Azərbaycan Dünyası Partiyası | Məmməd Əlizadə | 0 / 15.591
|
3 / 15.591
|
3 / 15.591
| |
Azərbaycan Demokrat Partiyası | Sərdar Cəlaloğlu | 0 / 15.591
|
2 / 15.591
|
2 / 15.591
| |
Klassik Xalq Cəbhəsi Partiyası | Mirmahmud Mirəlioğlu | 0 / 15.591
|
2 / 15.591
|
2 / 15.591
| |
Milli Vəhdət Partiyası | Yunus Oğuz | 0 / 15.591
|
2 / 15.591
|
2 / 15.591
| |
Azərbaycan Xalq Cəbhəsi Partiyası | Əli Kərimli | 0 / 15.591
|
1 / 15.591
|
1 / 15.591
|
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 29 dekabr 2009-cu il tarixli iclasında Naftalanda seçki prosesinə Nafatalan Rayon İcra Hakimiyyətinin başçısı Musa Musayev tərəfindən müdaxilələr olduğu elan edilmişdir.[37] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2010-cu il tarixli 695 saylı sərəncamı ilə Musa Musayev vəzifəsindən azad edilmişdir.[38]