Yusif Bağırzadə

Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006).

Yusif Bağırzadə
10 iyul 2010 – 27 oktyabr 2015
ƏvvəlkiFuad Muxtarov
SonrakıArzuxan Əlizadə
13 iyun 2003 – 7 fevral 2006
Təmsil etdiyiAzərbaycan Demokrat Partiyası
12 noyabr 1995 – 5 noyabr 2000
Seçki dairəsi1995 — 33 saylı Birinci Nizami (Gəncə)
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 19 fevral 1961(1961-02-19) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Özbəkistan Milli Universiteti[d]
Fəaliyyəti hüquqşünas, siyasətçi

Yusif Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olmuşdur. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, özbək və fransız dillərini bilir.

Evlidir, 3 övladı var

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini olmuşdur.

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[1] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[2][3] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[2]

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[2][3] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[4]

O, 2000-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.[5]

2003-cü il prezident seçkilərindən öncə yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasının tərkibinə parlamentdənkənar siyasi partiyaların da iştirakının təmini səbəbi ilə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal PartiyasıMüsavat Partiyası tərəfindən üzvlər irəli sürülmüşdür. Azərbaycan Demokrat Partiyası tərəfindən əsas üzvlüyə Yusif Bağırzadə təqdim olunmuşdur. 13 iyun 2003-cü ildə təqdim olunan üzvlər təsdiqlənmiş və Yusif Bağırzadə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[6] 2005-ci il seçkilərindən sonra səlahiyyətləri sona çatsa da yeni tərkib 7 fevral 2006-cı ildə seçilmişdir.[7]

Daha sonra Yusif Bağırzadə bitərəf olaraq siyasətə davam etmişdir.

2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub. Yusif Bağırzadə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmaq üçün Siyasi Şuraya özü müraciət etmişdir. Sabiq deputatın partiyaya qəbulu haqda qərar Siyasi Şuranın iclasında yekdilliklə çıxarılıb.

2010-cu ilin 10 iyul tarixində Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə partiya sədri seçilmişdir.[8] 27 oktyabr 2015-ci ildə parlament seçkilərinə 5 gün qalmış sədr postundan və partiyadan istefa verən Yusif Bağırzadə siyasətdən getdiyini elan etmişdir.

Yusif Bağırzadə 2010-cu il parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası sədri və namizədi olaraq 39 saylı Kəpəz (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və 4495 səs (24.7%) toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Xanlar Fətiyevin ardınca seçkiləri ikinci sırada tamamlamışdır.[9] Yusif Bağırzadə 2015-ci il parlament seçkilərində yenidən deputatlığa namizəd olmuşdur.[5]

23 dekabr 2023-cü ildə keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasından sonra sədr Məzahir Pənahov prezidentliyə namizədliklə bağlı komissiyaya daha 8 müraciətin daxil olduğunu bildirmişdir.[10] Kütləvi informasiya vasitələrində bu şəxslərdən birinin də Yusif Bağırzadə olduğu məlum olmuşdur[11] 26 dekabr 2023-cü ildə keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasında Yusif Bağırzadə daxil 8 nəfərin namizədliyi qeydə alınmışdır.[12]

  1. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  2. 1 2 3 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  3. 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. elli. "Azərbaycanda seçki xronikası: "Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir"". MEYDAN.TV (az.). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. 1 2 Gudratli, Rufat. "Prezidentliyə namizəd: "Səs toplamaq potensialım var"". Cebhe Info (az.). 2024-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  6. "Arxivlənmiş surət". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  7. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  8. "Arxivlənmiş surət". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  9. "39 KƏPƏZ BIRINCI (GƏNCƏ) SEÇKI DAIRƏSİ". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  10. "Azərbaycanda prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb". Report İnformasiya Agentliyi (az.). 2023-12-23. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  11. modern.az. "Prezidentliyə namizəd olmaq istəyən 15 nəfər - SİYAHI". modern.az (az.). 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  12. "Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-26. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.