Rövşən Bağırov

Bağırov Rövşən Elmidar oğlu (1966, Bakı) — sabiq Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2007–2021). Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2021).

Rövşən Bağırov
bayraq
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
29 aprel 2021-ci ildən
ƏvvəlkiVahid Tağıyev
bayraq
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 aprel 2007 – 29 aprel 2021
ƏvvəlkiFüzuli Hacıyev
SonrakıƏkbər Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi (56 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

R. E. Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır.

1983–1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987–1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989–1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990–1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991–1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992–1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995–1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994–2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003–2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006–2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]