Yaponiya şəhərləri

Şəhərlər — Yaponiyanın bələdiyyə səviyyəli inzibati vahidləri. Qəsəbəkəndlərdən fərqli olaraq şəhərlər qəzaların tərkibinə daxil deyillər və birbaşa prefekturalara tabedirlər. Şəhərlərin hüquqları "Yerli idarəetmə haqqında Yaponiya Qanunu" ilə müəyyənləşdirilir.

Əhalisinin sayı 50 min nəfəri keçən yaşayış məntəqələri bu statusu ala, əhalisinin sayı azalıb 50 mindən aşağı düşən yaşayış məntəqələri isə bu statusu itirə bilər. Yaponiyanın əhalisinin sayı ən az olan şəhərində — Utasinayda cəmi 6 min nəfər yaşayır. Amma məsələn, həmin prefekturaya daxil olan Otofuke qəsəbəsinin əhalisinin sayı 40 minə yaxındır. Ən iri şəhərlər xüsusi (əhalisi 200 mindən çox), mərkəzi (əhalisi 300 mindən çox) və ya hökumət qərarı ilə müəyyənləşdirilimiş (əhalisi 500 mindən çox) şəhər statusu ala bilərlər.

2010-cu il aprel ayının 1-nə olan məlumata görə Yaponiyada 786 şəhər var[1].

  1. "データベース検索結果" (jp). M. Higashide. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]