Yusif xan (şair)

Yusif xan (?-1625) — Şirvan bəylərbəyi, şair.

Yusif xan
Vəzifədədir
1604-cü ildən
ƏvvəlkiHüseyin xan Ziyadoğlu Qacar
SonrakıFirudin xan Çərkəz
bayraq
Ov ustası (mir şikar başi)
bayraq2
1609 – 1610
ƏvvəlkiƏli bəy Ustaclı
SonrakıFərhad bəy Çərkəz
bayraq
Şamaxı bəylərbəyliyi
bayraq2
1610 – ?
ƏvvəlkiZülfiqar Qaramanlı
SonrakıAllahverdi xan
1610 – 1624
ƏvvəlkiZülfiqar Qaramanlı
SonrakıQazaq xan Çərkəz
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti şair
Dini islam
Rütbəsi general

Yusif xan qulam qvardiyasından çıxan sahibmənsəblərdən idi. Qızılbaş olmasa da, Səfəvi sərkərdəsi təyin olunmuşdu. I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində quşçu, mirşikar (ovçubaşı) vəzifələrinə təyin edilmişdi.

Yusif xan şahın nəzərində ucalmış, 1604-cü ildə Astrabad valisi, 1611-ci ildə Şirvan bəylərbəyi təyin edilmişdi.

Yusif xan 1625-ci ildə gürcü Mirav (Georgi Saakadze) tərəfindən Qaraçaqay xanla bərabər öldürüldü.

Yusif xan şair idi. Azərbaycan və fars dillərində incə təbli şeirlər yazırdı. O, Şirvanda yaşayarkən sarayına bir çox şairlər cəlb etmişdi. Müşairələr təşkil edirdi. Özü vəziri Molla Həsən, Niyazi Ərəqi, Ərəşli Kəsbi və başqaları ilə deyişmişdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şirvandan əgər nifrət edib olsan dur,
Məzuri-sənin ey mərdi-məanəd məzur.
Şirvan dediyin mətlə xurşidi-dirəd,
Xurşid şüaində olur şəbpərəx kur.