Bu məqalə qaralama halındadır. |
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.[1]
Ayaq | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standart xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.[2]
Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür:
Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir.
Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır.
Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir. Baş barmaq bədənimizin ən gec inkişaf edən hissələrindən biridir[3].
Ayaqda hərəkət edən əzələlər, qıçın alt hissəsinin ön və ya arxa tərəfini birləşdirən xarici əzələlərə və ayağın dorsal (üst) və ya plantar (əsas) aspektlərindən qaynaqlanan daxili əzələlərə təsnif edilə bilər.