Aygün Kazımova - 30 il (konsert)

Konsert haqqında[redaktə | mənbəni redaktə et]

Konsertin afişası, 2017

22 sentyabr 2017-ci ildə "Bakı Kristal Zalı[1]"nda keçirilən canlı solo konsert. Konsertdə ilk dəfə "Kölgə ol" mahnısı Mircamal Haşımov ilə duet şəklində ifa olunub. Konsertin rejissorluğu üçün Fransadan Reda Bentifur dəvət olunmuşdur. Reda Bentifur Bakı Kristal Zalı səhnəsində keçirilən konsert üçün Azərbaycana dünya ulduzlarının konsertlərində çıxış edən 70 nəfərlik böyük komanda ilə gəldi, rəqqaslar əsasən Argentina, Meksika, Fransa, İtaliyaKolumbiyadandır. Müsahibələrində Azərbaycana ilk dəfə və məhz Aygün Kazımovanın dəvəti ilə gəldiyini bildirən Reda, daha əvvəl Azərbaycanın pop kraliçasının kliplərini sosial şəbəkələr vasitəsi ilə seyr etdiyini və onun yaradıcı və çox çalışqan ulduz olduğunu qeyd edib. “Aygün Kazımova - 30 il” adlanan konsertin əsas xoreoqrafiya məşqləri iyul ayından Heydər Əliyev adına İdman Arenasında başlayıb, iki ay Reda Bentifurun rəhbərliyi ilə Sarayda məşq edən Aygün və beynəlxalq rəqqas komandası ilə Bakı Kristal Zalın səhnəsində məşqlərini davam etdirmişdir.[2]

Libaslara uyğun Aygün Kazımovaya saç aksessuarları da hazırlanıb. Xalq artistinin paltarları üzərində modelyer Rüfət İsmayıl çalışıb. O, ağ, qara, qırmızı və qızılı tonlardan istifadə edib.[3] Maraqlı bir faktı qeyd edək ki, səhnəyə quraşdırılan dekor ağac müğənniyə baha başa gəlib. Belə ki, Pop Diva Aygün Kazımova ona 15 min manat ödəyib.[4][5]

Konsertin yaradıcı heyəti[redaktə | mənbəni redaktə et]

  • Konsertin təşkilat qrupu - Diva Group
  • konsertin rəhbəri - Şahin Qurbanov
  • musiqi rəhbəri - Rəşad Haşımov
  • konsertin rejissoru - Reda Bentifur
  • səs rejissoru - Jerar Albo
  • çəkiliş qrupu - "SONA-FİLM"
  • balet qrupu - "VERNİSAJ" bədii rəhbər "Tea Gobediişvili"
  • geyim - "Naz by Rufat İsmayıl" modalar evi, modelyer Rüfət İsmayılov
  • vizaj-stilist - Ruhəngiz Əliyeva

Konsertdə ifa olunan mahnılar[redaktə | mənbəni redaktə et]

Mahnının adı Mahnının söz yazarı Mahnının bəstəkarı
Bu Sevgi Vahid Əziz Eldar Mansurov
Sənsizliyim Vahid Əziz Rövşən Şərifli
Səssiz sinema Leyli Erol Hakan Erol
Я девушка восточная Elnur Məmmədov Vaqif Gərayzadə
Siqara İsmayıl Dadaşov Vaqif Gərayzadə
Sevgilim Süz Teymur Məmmədov Vaqif Gərayzadə
Карие Глаза Elnur Məmmədov Vaqif Gərayzadə
Coffee from Colombia
  • Maria Andrei Tiberiu,
  • Sprianu Stefan,
  • Cazan Serban Ionut,
  • Marcus Bell,
  • Fotios Stefos
  • Maria Andrei Tiberiu,
  • Sprianu Stefan,
  • Cazan Serban Ionut,
  • Marcus Bell
Bir Parça Keks Azər Şirin Elçin Cəfərov
Kölgə Ol (duet – Mircamal Haşımov) Xanım İsmayılqızı Xanım İsmayılqızı
Yenə tək Namiq Qaraçuxurlu Minayə İbrahimova
Şəklimi Çək İsmayıl Dadaşov Vaqif Gərayzadə
Matros Fərhad Şabranlı Vaqif Gərayzadə
Kişilər Xanım İsmayılqızı Xanım İsmayılqızı
Mən Aygünəm İkram Əliyev Eldar Mansurov
Şou Nömrə Bir Murad Arif Murad Arif
Mən Sənsiz Sevinc Şirin Sevinc Tağıyeva
S.U.S. Vüqar Əbdülov Stephane Mgebrishvili
Əvvəlki:
"Olduğum kimi"
Aygün Kazımovanın konsertləri

"Aygün Kazımova - 30 il"
Sonrakı:
"Duy"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  2. "Arxivlənmiş surət". 2019-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  3. "Arxivlənmiş surət". 2018-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  4. "Arxivlənmiş surət". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  5. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]