Ayvor Qoldsmid Semyuel Montegu (ing. Ivor Goldsmid Samuel Montagu; 23 aprel 1904[1][2], London[3] – 5 noyabr 1984[1], Uotford, Hartfordşir) — İngiltərə ictimai xadimi, publisisti, kinossenaristi və rejissoru. Ümumdünya sülh tərəfdarları hərəkatının fəal iştirakçısı olan Montegu stolüstü tennis üzrə beynəlxalq idman xadimidir.
Ayvor Montegu | |
---|---|
Doğum tarixi | 23 aprel 1904[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 noyabr 1984[1] (80 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, film prodüseri, montajçı[d], ssenarist, sindikatçı[d], rejissor |
Partiyası |
Ayvor Qoldsmid Semyuel Montegu 23 aprel 1904-cü ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində anadan olmuşdur. 1932–1933-cü illər və 1937–1947-ci illərdə "Deyli Uorker" qəzetinin əməkdaşı olmuşdur. 1948–1967-ci illərdə Ümumdünya Sülh Şurasının katibi, 1969-cu ildən isə onun Rəyasət Heyətinin üzvüdür. Montegu kino nəzəriyyəsi və tarixinə dair əsərlərin müəllifi, bir sıra filmlərin quruluşçu rejissorudur. Montegu 5 noyabr 1984-cü ildə, 80 yaşında, İngiltərənin Uotford şəhərində vəfat etmişdir.[4]
Montegu 1959-cu ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatına layiq görülmüşdür. O, Georgi Dimitrovun nasistlərin əlindən xilas edilməsi uğrunda mübarizədə xidmətlərinə görə BXR-in I dərəcəli Azadlıq ordeni, Monqolustan haqqında oçerklərinə görə isə MXR-nin "Qütb ulduzu" ordeni ilə təltif olunmuşdur.[4]