Azər Qocayev

Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü.

Azər Qocayev
bayraq
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
13 may 2020-ci ildən
ƏvvəlkiAqil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1985(1985-09-07) (38 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı — 2020 "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.

2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb.

2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib. 2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb. 2019–2020-ci illər ərzində isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.[2]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 2 övladı var.

Əslən Kəlbəcər rayonundandır. Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın nəslindəndir, Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşirin qardaşı nəvəsidir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İcra Hakimiyyətinin Başçısı". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  2. "A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]