"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.[2]
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı | |
---|---|
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı | |
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 13 fevral 2018 |
Ardıcıllıq | |
Yüksək mükafat | Nizami Gəncəvi adına Qızıl medal[1] |
Aşağı mükafat | "Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" yubiley medalı[1] |
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təltif edir.
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir.