Azərbaycan İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında. Azərbaycan birinci dəfə 2005-cu ildə Məkkəda İslam Həmrəyliyi Oyunlarına qatılb. I İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. 2013-cü ildə isə İndoneziyanın Palembanq şəhərində baş tutan II İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ən yaxşı nəticə 2013-cü ilə təsadüf etdi. Azərbaycan həmin il medal sıralanmasında 8-ci yeri tutdu.

Azərbaycan
İslam Həmrəyliyi Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İslam Həmrəyliyi Oyunları
2005, 2009, 2013, 2017

Əsas məqalə: Azərbaycan 2005 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan

Azərbaycan

Palembanq—2013

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə:Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan növbəti dəfə İslam Həmrəyliyi Oyunlarına 2013-cü ildə qatıldı. Azərbaycan 8 il əvvəl Məkkədə baş tutan oyunlarla müqayisədə bu səfər daha az idmançı ilə qatıldı, 53 idmançı 8 idman növündə. Azərbaycan Palembanqdan vətənə 24 medalla döndü. Ağır atletika idman növündə mübarizə aparan 9 idmançıdan 5-i medal qazandı. Əfqan Bayramov, İntiqam Zairov və Silviya Anqelova gümüş, Zülfüqar Süleymanov və Namiq Cəmilov isə Palembanqdan Azərbaycana bürünc medalla qayıtdı. Ağır atletlərlə yanaş karateçilərdə uğurla çıxış etdi. 75 kq. mübarizə aparan Rəfael Ağayev və 84 kq. çıxış edən Ayxan Mamayev qızıl medal qazandı. 67 kq. və +84 kq. isə müvafiq olaraq Niyazi Əliyev və Şahin Atamov yalnızca finalda məğlub olaraq gümüş medal qazandı. Şəxsi yarışlarla yanaşı komanda yarışlarında da Azərbaycan medal qazandı. Asiman Qurbanlı, Ayxan Mamayev, Niyazi Əliyev, Şahin Atamov, Rafiz Həsənov və Rəfael Ağayevdən ibarət yığma finalda İran İslam Respublikasının nümayəndələrini məğlub etdi və III İslam Həmrəyliyi Oyunlarında tarixi nailiyyətə imza atdı. Kamandan oxatma idman növündə Roman Vengerov, Aleksey Kopnin və Zaur Qəhrəmanovdan ibarət yığmada medal qazandı, gümüş medal. Taekvondo idman növündə mübarizə aparan 8 idmançıdan 4-ü medal qazandı. Mikayıl Əliyev (54 kq.), Türkanə Tahirli (46 kq.), Patimat Abakarova (49 kq.) bürünc medal və Günay Ağakişiyeva (57 kq.) gümüş medal qazandı.

Əsas məqalə:Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan 2017-ci ildə tarixində 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarına qatılacaq. IV İslam Həmrəyliyi Oyunları elə Azərbaycan paytaxtında, Bakı şəhərində baş tutacaq.

Medal cədvəli

[redaktə | mənbəni redaktə et]
İl İdmançı Cəmi Yer Bayraqdar
Səudiyyə Ərəbistanı 2005 Məkkə 103 4 4 7 15 8 İlkin Şahbazov
İran 2009 Təhran baş tutmadı
İndoneziya 2013 Palembanq 53 6 9 9 24 8 İntiqam Zairov
Azərbaycan 2017 Bakı
Cəmi 10 13 16 39

İdman növləri

[redaktə | mənbəni redaktə et]
Sıra İdman növü Cəmi
1 Karate 4 4 1 9
2 Ağır atletika 2 5 6 13
3 Yüngül atletika 2 0 2 4
4 Üzgüçülük 1 1 1 3
5 Basketbol 1 0 0 1
6 Kamandan oxatma 0 1 0 1
7 Taekvondo 0 1 4 5
8 Uşu 0 1 1 2
9 Qılıncoynatma 0 0 1 1
Cəmi 10 13 16 39

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]
Sıra Medal Medalçı İdman növü Yarış növü İl
1 Rəfael Ağayev Karate Səudiyyə Ərəbistanı 2005 Məkkə
2 Yusif Cəfərov Karate Səudiyyə Ərəbistanı 2005 Məkkə
3 Rəşad Hüseynov Karate Səudiyyə Ərəbistanı 2005 Məkkə
4 Ceyhun Ağasıyev Karate Səudiyyə Ərəbistanı 2005 Məkkə
5 Babək İsgəndərov Taekvondo Səudiyyə Ərəbistanı 2005 Məkkə
6 Qılıncoynatma Səudiyyə Ərəbistanı 2005 Məkkə
7 Natiq Həsənov Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
8 Natiq Həsənov Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
9 Natiq Həsənov Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
10 Əlibəy Səmədov Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
11 Əlibəy Səmədov Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
12 Nizami Paşayev Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
13 Nizami Paşayev Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
14 Nizami Paşayev Ağır atletika Səudiyyə Ərəbistanı 2005 Məkkə
15
  • Aleksandr Rindin
  • Aleksey Kitayev
  • Anar Hacıyev
  • Anar Sarıyev
  • Emil Mirzəyev
  • Fərid Əmirov
  • Fuad Niftəliyev
  • Namiq Ağayev
  • Tahir Baxşıyev
  • Zaur Paşayev
Basketbol Səudiyyə Ərəbistanı 2005 Məkkə

2 və daha artıq medal qazanan idmançılar

[redaktə | mənbəni redaktə et]
Sıra İdmançı İdman növü Cəmi
1 Rəfael Ağayev Karate 2 0 1 3
2 Ayxan Mamayev Karate 2 0 0 2
3 Natiq Həsənov Ağır atletika 1 2 0 3
4 Nizami Paşayev Ağır atletika 1 0 2 3
5 Niyazi Əliyev Karate 1 1 0 2
Şahin Atamov Karate 1 1 0 2
7 Yevgeni Lazuka Üzgüçülük 0 1 1 2
8 Əlibəy Səmədov Ağır atletika 0 0 2 2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]