Azərbaycan — 2020-ci ildə İsveçrənin Lozanna şəhərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası 8–22 yanvar tarixlərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu.
Azərbaycan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 1 idmançı (1 idman növündə) | ||||||||
Bayraqdar | Yekaterina Ryabova (açılış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
2010 • 2014 • 2018 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
2012 • 2016 • 2020 • 2024 |
Tarixdə birinci dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu. Lozanna Olimpiadasının açılış mərasimində Azərbaycan bayrağını Yekaterina Ryabova apardı.[1]
Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bu idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yekaterina Ryabova.
Ryabova 2019-cu ilin 4–10 martında Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında 12-ci pillənin sahibi oldu. Həmin turnirin nəticələrə əsasən Ryabova Lozanna Olimpiadasına vəsiqə qazandı. Bununla da Ryabova Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.[2][3]
Yanvarın 11-də Lozanna Olimpiadasında qısa proqram baş tutdu. 16 idmançının mübarizə apardığı mərhələdə Ryabovanın çıxışı 60.30 balla qiymətləndirildi. Həmin nəticələrə əsasən qısa proqramdan sonra Ryabova 9-cu pillədə qərarlaşdı.[4] 2 gün sonra baş tutan sərbəst proqramda isə Ryabovanın çıxışı 110.08 balla qiymətləndirildi. Bu nəticələrə əsasən 16 yaşlı Ryabova ümumi nəticədə 170.38 balla Yeniyetmələrin III Qış Olimpiya Oyunlarını 16 idmançı sırasında 8-ci pillədə başa vurdu.[5]
Yekaterina Ryabova | Qızlar |