Azərbaycan — 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə 10 idman növündə təmsil olundu.
Azərbaycan 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 17 idmançı (10 idman növündə) | ||||||||
Bayraqdar | Nurlan Səfərov (açılış mərasimi) | ||||||||
Medallar Yer: 35 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
2010 • 2014 • 2018 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
2012 • 2016 • 2020 • 2024 |
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər Turan Bayramov (qızıl) və Şahanə Nəzərova (bürünc), cüdoçu Vüqar Talıbov (qızıl), ağır atlet Tarmenxan Babayev (gümüş), taekvondoçu Cavad Ağayev (bürünc) və boksçu Nurlan Səfərov (bürünc) medala sahib oldu.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 35-ci pillədə, medalların sayına görə isə 38-ci pillədə qərarlaşdı.
2018-ci il Buenos-Ayres Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğursuz nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2014-cü illərdə baş tutan olimpiadaların nəticələrindən geri qaldı.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Vüqar Talıbov və güləşçi Turan Bayramov Olimpiadanın qalib oldu.
|
İdman növləri üzrə medal sıralanması
|
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Tarmenxan Babayev və Lalə Rzazadə.[1] Tarmenxan Babayev 2017-ci ilin aprelində Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının nəticələrinə əsasən Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı. Lalə Rzazadə isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən təqdim olunan dəvətə əsasən Buenos-Ayres Olimpiadasında mübarizə apardı.
Tarmenxan Babayev 2018-ci ilin iyulunda İtaliyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi olduğu üçün Buenos-Ayres Olimpiadasının favoritlərindən biri hesab olunurdu.[2]
Qızların turnirində mübarizə aparan Lalə Rzazadə birdən qaldırmada əvvəlcə 64 кiloqramlıq, sonra isə 68 кiloqramlıq ştanqın öhdəsindən gələ bilsə də, sonuncu cəhdində 70 кiloqramlıq ştanqı qaldıra bilmədi və bu mərhələni altıncı pillədə başa vurdu.[3] Təjanla qaldırmada isə Lalə Rzazadə birinci cəhdində 76 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 80 кiloqramlıq ştanqı qaldıra bilməsə də, üçüncü cəhdində həmin ştanqın öhdəsindən gələ bildi.[3] Bu nəticələrə əsasən Lalə Rzazadə ümumi nəticədə 148 кiloqram nəticə göstərdi və Buenos-Ayres Olimpiadasını altıncı pillədə başa vurdu.[3]
Oğlanların turnirində mübarizə aparan Tarmenxan Babayev isə birdən qaldırma turnirində əvvəlcə 138 кiloqramlıq, sonra isə 142 кiloqramlıq ştanqın öhdəsindən gələ bilsə də, sonuncu cəhdində 146 кiloqramlıq ştanqı qaldıra bilmədi və bu mərhələni 2-ci pillədə başa vurdu.[4] Təjanla qaldırmada isə Tarmenxan Babayev birinci cəhdində 160 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 174 кiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 178 кiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi.[4] Bu nəticələrə əsasən Tarmenxan Babayev ümumi nəticədə 316 кiloqram nəticə göstərdi və Buenos-Ayres Olimpiadasının gümüş medalına sahib oldu.[4] Tarmenxan Babayev 8 ildən sonra bu idman növündə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. 2010-cu il Sinqapur Olimpiadasında Nicat Rəhimov qızıl medala sahib olmuşdu.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastların turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelizaveta Luzan.[1] Yelizaveta Luzan 2018-ci ilin fevralında Rusiyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[5]
Yelizaveta Luzan təsnifat mərhələsinin birinci günündə halqala çıxışında 12.550 balla 26-cı pillədə, topla çıxışında isə 13.425 balla 21-ci pillədə qərarlaşdı.[6] Təsnifat mərhələsinin növbəti günündə isə Yelizaveta Luzan gürzlə çıxışında 14.700 balla 17-ci pillənin, lentlə çıxışında isə 12.750 balla 15-ci pillənin sahibi oldu. Bununla da Yelizaveta Luzan Buenos-Ayres Olimpiadasını ümumi nəticədə 52.725 balla 36 gimnast sırasında 22-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə aparan gimnastların hər biri "ulduz idmançı"ların adına olan qarışıq qruplarda mübarizə apardı. Turnirin nəticələrinə əsasən Yelizaveta Luzanın da təmsil olunduğu Simona Baylzın qrupu Buenos-Ayres Olimpiadasının qalibi oldu.[7]
Yelizaveta Luzan | Fərdi |
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Nurlan Səfərov və Nicat Həsənov.[1] 2018-ci ilin aprelində İtaliyadə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının nəticələrinə əsasən Nurlan Səfərov və Nicat Həsənov Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[8][9]
Nurlan Səfərov 1/4 final mərhələsində Kanada nümayəndəsi Spenser Vilcox ilə üz-üzə gəldi.[10] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nurlan Səfərov 3:2 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Tailand nümayəndəsi Atiçai Foemsap oldu.[11] Həmin görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Nurlan Səfərov, mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi.[11] Bürünc medal uğrunda görüşdə onun rəqibi Misir nümayəndəsi Marvan Mamduh oldu.[12] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nurlan Səfərov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının bürünc medalına sahib oldu.[12]
Nicat Həsənov 1/4 final mərhələsində Amerika Samoası nümayəndəsi Falaniho Tauta ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Nicat Həsənov rəqibi üzərində təmiz qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Mərakeş nümayəndəsi Yassin Eluarz oldu.[11] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə məğlub olan Nicat Həsənov, mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi.[11] Bürünc medal uğrunda görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Cahongir Rəhmonov oldu.[12] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nicat Həsənov rəqibinə 5:5 hesabı ilə məğlub oldu və Buenos-Ayres Olimpiadasını dördüncü pillədə başa vurdu.[12]
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Vüqar Talıbov və Vüsalə Kərimova.[1]
Qızların turnirində mübarizə aparan Vüsalə Kərimova 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Alexa Georgiyeva ilə üz-üzə gəldi.[13] Həmin görüşdə Vüsalə Kərimova rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi Xorvatiya nümayəndəsi Ana Victoria Puljiz oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüsalə Kərimova rəqibinə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[13] Təsəlliverici qrupun birinci görüşündə Vüsalə Kərimova Butan nümayəndəsi Yanqçen Vanqmoya ipponla qalib gəldi və növbəti mərhələyə adladı.[13] Bu mərhələdə onun rəqibi Kosovo nümayəndəsi Erza Muminoviq oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüsalə Kərimova rəqibinə məğlub oldu və turniri yeddinci pillədə başa vurdu.[14]
Oğlanların turnirində mübarizə aparan Vüqar Talıbov isə 1/8 final mərhələsində Yəmən cüdoçusu Əhəd Al-Saqer ilə üz-üzə gəldi.[14] Həmin görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[14] Bu mərhələdə onun rəqibi Tacikistan cüdoçusu Cəmşid Süleymani oldu.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə qalib gəldi və yarım-final mərhələsinə adladı.[14] Bu mərhələdə Vüqar Talıbov Dominikan Respublikası cüdoçusu Antonio Tornala da qalib gəldi və final mərhələsinə adladı.[14] Həlledici görüşdə onun rəqibi Rusiya cüdoçusu Abreh Naquçev oldu.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi oldu.[14] Vüqar Talıbov həmdə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medala sahib olan birinci Azərbaycan cüdoçusu oldu.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Turan Bayramov və Şahanə Nəzərova.[1] 2018-ci ilin mayında KYRM-da baş tutan gənclər arasında Avropa Çempionatının nəticələrinə əsasən Turan Bayramov və Şahanə Nəzərova Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[15]
Qızların turnirində çıxış edən Şahanə Nəzərova "B" qrupunda mübarizə apardı.[16] Birinci görüşdə onun rəqibi Braziliya nümayəndəsi Heloisa Martinez oldu.[16] Həmin görüşdə Şahanə Nəzərova rəqibinə 11:0 hesabı ilə qalib gəldi.[16] Növbəti görüşdə onun rəqibi Nigeriya nümayəndəsi Kristiana Oqunsanya oldu.[16] Bu görüşdə də Şahanə Nəzərova rəqibinə qalib gəldi — 6:0.[16] Üçüncü görüşdə Şahanə Nəzərova Birləşmiş Ştatlar nümayəndəsi Emili Şilson ilə üz-üzə gəldi və rəqibinə 2:12 hesabı ilə məğlub oldu.[16] Qrup mərhələsinin sonuncu görüşündə isə Şahanə Nəzərova Fransa nümayəndəsi Castin Viqurux ilə üz-üzə gəldi.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şahanə Nəzərova rəqibinə 1:0 hesabı ilə qalib gəldi.[16] Bu nəticələrə əsasən Şahanə Nəzərova qrup mərhələsini 2-ci pillədə başa vurdu və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[16] Bu görüşdə onun rəqibi Monqolustan nümayəndəsi Enxluz Batbaatar oldu.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şahanə Nəzərova rəqibinə 7:6 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının bürünc medalına sahib oldu.[16]
Sərbəst güləşçilərin turnirində çıxış edən Turan Bayramov isə "A" qrupunda mübarizə apardı.[17] Birinci görüşdə onun rəqibi Yeni Zelandiya güləşçisi Vesterli Ainsley oldu.[17] Həmin görüşdə Turan Bayramov rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[17] Növbəti görüşdə isə onun rəqibi Pakistan güləşçisi İnayat Ullah oldu.[17] Həm İnayat Ullah, həm də Turan Bayramov birinci görüşlərində qalib gəlmişdi.[17] Bu görüşdə qalib gələn güləşçi, turnirin final görüşünə vəsiqə qazanacağdı.[17] Görüşün əvvəlindən üstün tərəf olan Turan Bayramov, rəqibinə 8:0 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının final görüşünə vəsiqə qazandı.[17] Həlledici görüşdə onun rəqibi İran güləşçisi Məhəmməd Kərimi oldu.[17] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Turan Bayramov rəqibinə 6:1 hesabı ilə qalib gəldi.[17] Bununla da Turan Bayramov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[17]
Turan Bayramov | -65 Kq. | Qəl. 10:0 |
Qəl. 8:0 |
Qəl. 6:1 |
||||
Şahanə Nəzərova | -43 Kq. | Qəl. 11:0 |
Qəl. 6:0 |
Məğ. 2:12 |
Qəl. 1:0 |
Qəl. 7:6 |
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idman gimnastlarının turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Səməd Məmmədli.[1] 2018-ci ilin iyununda Azərbaycanda baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Səməd Məmmədli Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[18][19]
Səməd Məmmədli turnirin birinci günündə döşəmə və gimnastiкa atında mübarizə apardı.[20] Nəticədə Səməd Məmmədli döşəmə turnirini 12.900 balla 19-cu pillədə, gimnastiкa atı turnirini isə 11.400 balla 21-ci pillədə başa vurdu.[20] Birinci günün sonunda Səməd Məmmədli 22-ci pillədə qərarlaşdı.[20]
Turnirin növbəti günündə halqalar və dayanqla tullanma turniri baş tutdu.[21] Halqalar turnirii 9.933 balla 34-cü pillədə başa vuran Səməd Məmmədli, dayaqla tullanma turnirində 12.766 balla 28-ci pillənin sahibi oldu.[21] Günün sonunda Səməd Məmmədli 34-cü pillədə qərarlaşdı.[21]
Turnirin sonuncu günündə parallel qollar və turniк turniri baş tutdu.[22] Səməd Məmmədli parallel qollar turnirində 13.066 balla 14-cü pillədə, turniк turnirində isə 12.266 balla 16-cı pillədə qərarlaşdı.[22] Ümumi nəticədə Səməd Məmmədli təsnifat mərhələsini 72.331 balla 25-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.[22] Ayrı-ayrı alətlərdə də Səməd Məmmədli final mərhələsinə vəsiqə qazana bilmədi.[22]
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında stolüstü tennis idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Yu Xinhan və Nin Cin.[1] 2018-ci ilin martında Tunisdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Yu Xinhan və Nin Cin Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[23][24]
Oğlanların turnirində çıxış edən Yu Xinhan "G" qrupunda mübarizə apardı.[20] Birinci görüşündə onun rəqibi Misir nümayəndəsi Yusif Abdeləziz oldu.[20] Həmin görüşdə Yu Xinhan rəqibinə 1:4 hesabı ilə məğlub oldu.[20] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Yeni Zelandiya nümayəndəsi Natan Xu oldu.[21] Həmin görüşdə Yu Xinhan rəqibinə 4:1 hesabı ilə qalib gəldi və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını son görüşə saxladı.[21] Üçüncü görüşdə onun rəqibi Rumıniya nümayəndəsi Kristian Pletea oldu.[21] Həmin görüşdə Yu Xinhan rəqibinə 1:4 hesabı ilə məğlub oldu və qrup mərhələsini üçüncü pillədə başa vurdu.[21] Bu nəticəyə əsasən Yu Xinhan pley-off mərhələsinə vəsiqə qazana bilmədi.[21]
Qızların turnirində çıxış edən Nin Cin isə "C" qrupunda mübarizə apardı.[20] Birinci görüşündə onun rəqibi Çin Taybeyi nümayəndəsi Su Pe-Li oldu.[20] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nin Cin rəqibinə 3:4 hesabı ilə məğlub oldu.[20] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Nigeriya nümayəndəsi Ester Oribamise oldu.[21] Həmin görüşdə Nin Cin rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını son görüşə saxladı.[21] Üçüncü görüşdə onun rəqibi Rumıniya nümayəndəsi Andrea Draqoman oldu.[21] Həmin görüşdə Nin Cin rəqibinə 4:2 hesabı ilə qalib gəldi və qrup mərhələsini 2-ci pillədə başa vurdu.[21] Bu nəticəyə əsasən Nin Cin pley-off mərhələsinə vəsiqə qazana bildi.[21] Turnirin 1/8 final mərhələsində Nin Cin Puerto-Riko nümayəndəsi Adriana Diaza 4:1 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Hindistan nümayəndəsi Arçana Kamata gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində 3:4 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu.[25]
Qarışıq qrup turnirində çıxış Yu Xinhan və Nin Cin "F" qrupunda mübarizə apardı.[26] Birinci görüşdə onların rəqibi Hindistan nümayəndələri Manav Tahhar və Arçana Kamat oldu.[26] Həmin görüşdə Yu Xinhan və Nin Cin rəqibinə 3:0 hesabı ilə qalib gəldi.[26] Qrup mərhələsinin növbəti görüşündə onların rəqibi Argentina nümayəndəsi Santiaqo Lorenzo və San-Marino nümayəndəsi Kiarra Maorri oldu.[26] Həmin görüşdə də Yu Xinhan və Nin Cin rəqibinə 3:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə vəsiqəni təmin elədi.[26] Üçüncü görüşdə onları rəqibi Fransa nümayəndələri Bastien Rembert və Lusie Qutiyer oldu.[26] Həmin görüşdə də Yu Xinhan və Nin Cin rəqibinə 3:0 hesabı ilə qalib gəldi və qrup mərhələsini birinci pillədə başa vurdu.[26] Turnirin 1/8 final mərhələsində Yu Xinhan və Nin Cin Birləşmiş Ştatlar nümayəndələri Kana Ya və Ami Vana 2:1 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Yaponiya nümayəndələri Tomohazu Harimoto və Miu Hiranoya 0:2 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu.[26]
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Cavad Ağayev və Minayə Əkbərova.[1] 2018-ci ilin aprelində Tunisdə baş tutan gənclər arasında Dünya Çempionatının nəticələrinə əsasən Cavad Ağayev və Minayə Əkbərova Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[27][28]
Qızların turnirində mübarizə aparan Minayə Əkbərova 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Assel Usmanovaya 10:14 hesabı ilə məğlub oldu və Buenos-Ayres Olimpiadasında mübarizəsini dayandırdı.
Oğlanların turnirində mübarizə aparan Cavad Ağayev isə 1/8 final mərhələsində Cənubi Sudan nümayəndəsi Stefen Kol Atemdən mübarizəsiz[a] üstün oldu və 1/4 final mərhələsinə adladı.[29] Bu mərhələdə İran nümayəndəsi Həmid Əsgəri Mahiabadiyə 9:8 hesabı ilə qalib gələn Cavad Ağayev, yarım-final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Von-Hi ilə üz-üzə gəldi.[29] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavad Ağayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[29]
Cavad Ağayev | -63 Kq. | Qəl. DSQ |
Qəl. 9:8 |
Məğ. 14:15 |
||
Minayə Əkbərova | -44 Kq. | Məğ. 10:14 |
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında üzgüçülərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Alsu Bayramova. 2018-ci ilin martında baş tutan beynəlxalq turnirin nəticələrinə əsasən Alsu Bayramova Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.[30] Amma Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən turnirdə Alsu Bayramovanın əvəzinə Fatimə Alkərəmovanın mübarizə aparması qərara alındı.[1]
200 metr məsafəyə sərbəst üsulla üzmə turnirin təsnifat mərhələsində mübarizə aparan Fatimə Alkərəmova 2:08.99 dəqiqə nəticə göstərdi.[31] Bu nəticəyə əsasən Fatimə Alkərəmova final mərhələsinə vəsiqə qazana bilmədi.[31]
Fatimə Alkərəmova | Qızlar, 200 m., sərbəst |
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüngül atletlərin turnirlərində Azərbaycanı 2 idmançı təmsil elədi: Rüstəm Məmmədov və Fəxriyyə Tağızadə.[1]
Qızların 100 metr məsafəyə qaçış turnirində mübarizə aparan Fəxriyyə Tağızadə 1-ci mərhələdə 12.50 saniyə nəticə göstərdi.[32] Üç gün sonra baş tutan 2-ci mərhələdə isə Fəxriyyə Tağızadə 12.08 saniyə nəticə göstərdi.[33] Bununla da ümumi nəticədə Fəxriyyə Tağızadə 24.58 saniyə nəticə göstərdi və Buenos-Ayres Olimpiadasını 42 atlet sırasında 18-ci pillədə başa vurdu.[33]
Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Rüstəm Məmmədov isə 1-ci mərhələdə 15.16 metr nəticə göstərdi.[34] Üç gün sonra baş tutan 2-ci mərhələdə isə Rüstəm Məmmədov 15.30 metr nəticə göstərdi.[35] Bununla da ümumi nəticədə Rüstəm Məmmədov 30.46 metr nəticə göstərdi və Buenos-Ayres Olimpiadasını 15 atlet sırasında 9-cu pillədə başa vurdu.[35]
Rüstəm Məmmədov | Üçtəkanla tullanma | ||||
Fəxriyyə Tağızadə | 100 m. |