Azərbaycan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında

Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu.

Azərbaycan
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İdmançı sayı12 idmançı (7 idman növündə)
BayraqdarŞaban Şahpələngov (açılış mərasimi)
Medallar
Yer: 11




5 3 0 8
Yay Olimpiya Oyunları
201020142018
Qış Olimpiya Oyunları
2012201620202024

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu.

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı.

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu.

Ağır atletika

[redaktə | mənbəni redaktə et]
Nicat Rəhimov Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olan birinci ağır atlet olaraq düşdü
  • DNF — bitirmədi

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Nicat Rəhimov.[1] Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı.

Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Nicat Rəhimov 134 кiloqramlıq ştanqı qaldıra bildi və bu mərhələni birinci pillədə başa vurdu.[2] Təjanla qaldırmada isə Nicat Rəhimov birinci cəhdində 154 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 161 кiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 166 кiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi.[2] Bununla belə Nicat Rəhimov ümumi nəticədə 295 кiloqram nəticə göstərdi və Sinqapur Olimpiadasının qızıl medalına sahib oldu.[2]

İdmançı
Yarış
Birdən qaldırma
Təkanla qaldırma
Ümumi
Yer
1.
2.
3.
Nəticə
1.
2.
3.
Nəticə
Nicat Rəhimov Oğlanlar, -69 Kq.
125
130
134
134
154
161
166
161
295
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı üç idmançı təmsil elədi: Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev.[1] 2010-cu ilin mayında Azərbaycandə baş tutan yeniyetmələr arasında Dünya Çempionatının nəticələrinə əsasən Salman Əlizadə, Şaban ŞahpələngovElvin İsayev Sinqapur Olimpiadasına vəsiqə qazandı.[3] Salman ƏlizadəŞaban Şahpələngov yeniyetmələr arasında Dünya Çempionatının qalibi idilər.[3]

Salman Əlizadə yarım-final mərhələsində Sinqapur nümayəndəsi Mohd Həmid ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Salman Əlizadə rəqibinə 10:1 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı.[5] Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Ryan Burnet oldu.[6] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Salman Əlizadə rəqibinə 6:14 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[6]

Yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Şaban Şahpələngov isə Sinqapur Olimpiadasında birinci görşündə Misir nümayəndəsi Heşam Abdeləziza 4:8 hesabı ilə məğlub oldu və mübarəzini beşinci pillə uğrunda görüşdə davam elədi.[4][7] Bu görüşdə isə Şaban Şahpələngov Rusiya nümayəndəsi Vasili Vehina 8:11 hesabı ilə məğlub oldu və Sinqapur Olimpiadasını altıncı pillədə başa vurdu.[8]

Elvin İsayev isə Sinqapur Olimpiadasında birinci görüşündə Monqolustan nümayəndəsi Anand Daşdorj ilə üz-üzə gəldi.[4] Nəticədə Elvin İsayev rəqibinə 14:2 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Fradimil Masayo oldu.[5] Həmin görüşdə Elvin İsayev 10:6 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı.[5] Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Artur Bril oldu.[6] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin İsayev rəqibinə 4:11 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[6]

İdmançı
Yarış
1/4 final
1/2 final
Final / BM
Yer
Salman Əlizadə -48 Kq.
N/A
Sinqapur Həmid
Qəl. RSC
İrlandiya Burnet
Məğ. 6:14
Şaban Şahpələngov -51 Kq.
Misir Abdelal
Məğ. 4:8
N/A
Rusiya Vethin
Məğ. RSC
6
Elvin İsayev -57 Kq.
Monqolustan Daşdorj
Qəl. 14:2
Venesuela Macayo
Qəl. 10:6
Almaniya Bril
Məğ. 4:11
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Cəlil Cəlilov.[1][9]

Cəlil Cəlilov Sinqapur Olimpiadasının 1/8 final mərhələsində Andorra nümayəndəsi Patris Ferreyra Martinsa ipponla qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Maxamillian Şneyrera ipponla məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[10][11] Təsəlliverici qrupun birinci görüşündəcə Cəlil Cəlilov Danimarka nümayəndəsi Fus Kaiya məğlub oldu və turniri medalsız başa vurdu.[11]

İdmançı
Yarış
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici qrup
Final / BM
Yer
1-ci görüş
2-ci görüş
3-cü görüş
Cəlil Cəlilov Oğlanlar, -66 Kq.
Andorra Martins
Qəl. 100:000
ABŞ Şneyder
Məğ. 000:111
N/A
Danimarka Kai
Məğ. 000:010
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu
  • Q — növbəti mərhələyə adladı

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında güləş idman növü üzrə turnirlərdə Azərbaycanı beş idmançı təmsil elədi: Murad Bazarov, Elman Muxtarov, Kənan Quliyev, Əli Məhəmmədəbirov və Patimat Bəhəmmədova.[1][12]

Avqustun 14-də yunan-roma güləşində Murad BazarovElman Muxtarov mübarizə apardı.[13] -42 Kq. turnirində mübarizə aparan Murad Bazarov qrup mərhələsinin birinci görüşdə Ukrayna nümayəndəsi Olehsey Jabshi ilə üz-üzə gəldi.[14] Həmin görüşdə Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (7:0, 4:0).[14] Növbəti görüşdə isə onun rəqibi Ekvador nümayəndəsi Henri Pilay oldu.[14] Bu görüşdə də Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (1:0, 3:0).[14] Bununla da Murad Bazarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[14] Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Yosvanis Pena Flores oldu.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Murad Bazarov oldu — 2:0 (2:0, 1:0).[14] Bununla da Murad Bazarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[14]

-50 Kq. turnirində mübarizə aparan Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi.[14] Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0).[14] Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu.[14] Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1).[14] Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[14] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu.[14] Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0).[14] Bununla da Elman Muxtarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[14] Nəticədə yunan-roma güləşi üzrə Azərbaycan yığması Sinqapur Olimpiadasını 2 qızıl medalla başa vurdu və 100 faizlıq nəticə göstərdi.

Avqustun 15-də qadın güləşində Patimat Bəhəmmədova mübarizə apardı.[15] -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi.[16] Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0).[16] Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu.[16] Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.[16] Qrup mərhələsinin sonuncu görüşündə isə Patimat Bəhəmmədova Quam nümayəndəsi Arianna Estaquo ilə üz-üzə gəldi və rəqibinə 2:0 (6:0, 7:0) hesabı ilə qalib gəldi. Bununla da Patimat Bəhəmmədova qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[16] Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Yuan Yuan oldu.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Patimat Bəhəmmədova oldu — 2:0 (4:2, 1:1).[16] Bununla da Patimat Bəhəmmədova Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[16]

Avqustun 17-də sərbəst güləşdə Kənan Quliyev və Əli Məhəmmədəbirov mübarizə apardı.[17] -54 Kq. turnirində mübarizə aparan Kənan Quliyev qrup mərhələsinin birinci görüşdə Kolumbiya nümayəndəsi Yerzon Hernandez ilə üz-üzə gəldi.[18] Həmin görüşdə Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (5:0, 2:1).[18] Növbəti görüşdə isə onun rəqibi Sinqapur nümayəndəsi Kester Çun Yu Lun oldu.[18] Bu görüşdə də Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (6:0, 7:0).[18] Qrup mərhələsinin üçüncü görüşündə Kənan Quliyev Avstraliya nümayəndəsi Cayden Lavrense üzərində təmiz qələbə qazandı.[18] Bununla da Kənan Quliyev qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[18] Həlledici görüşdə onun rəqibi Yaponiya nümayəndəsi Yuhi Tahahaşi oldu.[18] Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə qalib gələn tərəf Yuhi Tahahaşi oldu — 2:0 (4:0, 4:0).[18] Bununla da Kənan Quliyev Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[18]

-100 Kq. turnirində mübarizə aparan Əli Məhəmmədəbirov qrup mərhələsinin birinci görüşdə Monqolustan nümayəndəsi Oyunbold Enxtuqs ilə üz-üzə gəldi.[18] Həmin görüşdə Əli Məhəmmədəbirov rəqibinə qalib gəldi — 2:0 (1:0, 2:1).[18] Növbəti görüşdə isə onun rəqibi Gürcüstan nümayəndəsi Qeno Petriaşvili oldu.[18] Bu görüşdə də Əli Məhəmmədəbirov rəqibinə qalib gəldi — 2:0 (2:0, 3:0).[18] Qrup mərhələsinin sonuncu görüşündə Əli Məhəmmədəbirov Amerika Samoası nümayəndəsi Manolefoaqa üzərində təmiz qələbə qazandı.[18] Bununla da Əli Məhəmmədəbirov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[18] Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Abraham Ruano oldu.[18] Final görüşündə də qalib gələn tərəf Əli Məhəmmədəbirov oldu — 2:0 (1:0, 1:0).[18] Bununla da[Əli Məhəmmədəbirov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[18] Nəticədə güləş üzrə Azərbaycan yığması Sinqapur Olimpiadasını dörd qızıl və bir gümüş medalla başa vurdu və qeyri-rəsmi medal sıralanmasında birinci pillədə qərarlaşdı.

İdmançı
Yarış
Qrup mərhələsi
Final / BM
Yer
1-ci görüş
2-ci görüş
3-cü görüş
Yer
Yunan-roma güləş
Murad Bazarov -42 Kq.
N/A
Ukrayna Jabshi
Qəl. 2:0
Ekvador Pilay
Qəl. 2:0
1 Q
Kuba Flores
Qəl. 2:0
Elman Muxtarov -50 Kq.
N/A
Belarus Pihuza
Qəl. 2:0
Kuba Bunqela
Qəl. 2:0
1 Q
Özbəkistan Haqqulov
Qəl. 2:0
Sərbəst güləşi
Kənan Quliyev -54 Kq.
Kolumbiya Hernandez
Qəl. 2:0
Sinqapur Yu Lun
Qəl. 2:0
Avstraliya Lavrense
Qəl. 1:0[a]
1 Q
Yaponiya Tahahaşi
Məğ. 0:2
Əli Məhəmmədəbirov -100 Kq.
Monqolustan Enxtuqs
Qəl. 2:0
Gürcüstan Petriaşvili
Qəl. 2:0
Amerika Samoası Sualevai
Qəl. 1:0[b]
1 Q
Kuba Ruano
Qəl. 2:0
Qadın güləşi
Patimat Bəhəmmədova -52 Kq.
Əlcəzair Azzuz
Qəl. 2:0
Özbəkistan Qadayeva
Qəl. 1:0[c]
Quam Estaqio
Qəl. 2:0
1 Q
Çin Yuan
Qəl. 2:0
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Radoslav Kutsev.[1] 2010-cu ilin aprelində Mingəçevir şəhərində (Azərbaycan) baş tutan reqatanın nəticələrinə əsasən Andrey Kraytor Sinqapur Olimpiadasına vəsiqə qazandı. Amma Andrey Kraytorun 1992-ci il təvəllüdlü olduğundan və turnirdə 1994-cü il təvəllüdlü idmançılar mübarizə aparacağından, bu vəsiqə Radoslav Kutseva verildi.[19]

Kanoe slalom turnirində çıxış edən Radoslav Kutsev, əvvəlcə təsnifat mərhələsində mübarizə apardı.[20] Nəticələrə əsasən Radoslav Kutsev 1:56.56 dəqiqə nəticə göstərdi və 16 idmançı sırasında mərhələni 7-ci pillədə başa vurdu.[20] Turnirin birinci mərhələsində onun rəqibi Ermənistan nümayəndəsi Edqar Babayan oldu.[20] Nəticədə Radoslav Kutsev 1:54.30 dəqiqə, Edqar Babayev isə 2:06.44 dəqiqə nəticə göstərdi və Radoslav Kutsev qalib gəldi.[20] Turnirin növbəti mərhələsində isə onun rəqibi Polşa nümayəndəsi Patris Sohol oldu.[20] Nəticədə Radoslav Kutsev 1:52.52 dəqiqə, Patris Sohol isə 1:56.60 dəqiqə nəticə göstərdi və növbəti dəfə Kutsev qalib gəldi.[20] Bununla da Radoslav Kutsev ümumi nəticələrə əsasən 1/4 final mərhələsinə adladı.[20] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Anatoli Melni oldu.[21] Nəticədə bu səfər Radoslav Kutsev rəqibinə məğlub oldu.[21] Kutsev 1:58.30 dəqiqə, Melni isə 1:48.36 dəqiqə nəticə göstərdi.[21]

İdmançı
Yarış
Təsnifat mərhələsi
1-ci mərhələ
1-ci mərhələ
1/4 final
1/2 final
Final
Yer
Nəticə
Yer
Radoslav Kutsev Kanoe
1:56.56
7
Ermənistan Babayan
Qəl. 1:54.30-2:06.44
Polşa Sohol
Qəl. 1:52.52-1:56.60
Ukrayna Melni
Məğ. 1:58.30-1:48.36
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı Radoslav Kutsev təmsil elədi.[1]

Kanoe sprint turnirində çıxış edən Radoslav Kutsev, əvvəlcə təsnifat mərhələsində mübarizə apardı.[22] Nəticələrə əsasən Radoslav Kutsev 1:48.88 dəqiqə nəticə göstərdi və 16 idmançı sırasında mərhələni 9-cu pillədə başa vurdu.[22] Turnirin birinci mərhələsində onun rəqibi Moldova nümayəndəsi Alexandru Tiqanu oldu.[22] Nəticədə Radoslav Kutsev 1:48.33 dəqiqə, Alexandru Tiqanu isə 1:52.08 dəqiqə nəticə göstərdi və Radoslav Kutsev qalib gəldi.[22] Turnirin növbəti mərhələsində isə onun rəqibi Meksika nümayəndəsi Pedro Kastaneda oldu.[22] Nəticədə Radoslav Kutsev 1:54.96 dəqiqə, Pedro Kastaneda isə 1:50.45 dəqiqə nəticə göstərdi və rəqib qalib gəldi.[22] Bununla belə Radoslav Kutsev ümumi nəticələrə əsasən 1/4 final mərhələsinə adladı.[22] Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Osvaldo Kardenas oldu.[23] Nəticədə bu səfər də Radoslav Kutsev rəqibinə məğlub oldu.[23] Kutsev 1:52.30 dəqiqə, Kardenas isə 1:48.24 dəqiqə nəticə göstərdi.[23]

İdmançı
Yarış
Təsnifat mərhələsi
1-ci mərhələ
1-ci mərhələ
1/4 final
1/2 final
Final
Yer
Nəticə
Yer
Radoslav Kutsev Kanoe
1:48.88
9
Moldova Tiqanu
Qəl. 1:48.33-1:52.08
Meksika Kastaneda
Məğ. 1:54.96-1:50.45
Kuba Kardenas
Məğ. 1:52.30-1:48.24
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Səbuhi İsmayılzadə.[1] Səbuhi İsmayılzadə 2010-cu ilin martında yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu və Sinqapur Olimpiadasına vəsiqə qazandı.[24][25]

Oğlanların turnirində mübarizə aparan Səbuhi İsmayılzadə 1/8 final mərhələsində Surinam nümayəndəsi Toş van Dij ilə üz-üzə gəldi.[26] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbuhi İsmayılzadə rəqibinə 6:7 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı.[27]

İdmançı
Yarış
1/8 final
1/4 final
1/2 final
Final
Yer
Səbuhi İsmayılzadə Oğlanlar, -73 Kq.
Surinam van Dij
Məğ. 6:7
N/A
  1. Kənan Quliyev rəqibi üzərində birinci hissədəcə təmiz qələbə qazandı
  2. Əli Məhəmmədəbirov rəqibi üzərində birinci hissədəcə təmiz qələbə qazandı
  3. Patimat Bəhəmmədova rəqibi üzərində birinci hissədəcə təmiz qələbə qazandı
  1. 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Они представят Азербайджан на Олимпиаде (СПИСОК)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. 1 2 3 Azerisport.com idman portalı. "Ниджат Рагимов приносит четвертое «золото»". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. 1 2 Azerisport.com idman portalı. "Второе золото Азербайджана (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  4. 1 2 3 Azerisport.com idman portalı. "Сингапурец, египтянин и монгол против азербайджанских боксеров". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  5. 1 2 3 Azerisport.com idman portalı. "Салман Ализаде и Эльвин Исаев приносят Азербайджану еще две медали (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  6. 1 2 3 4 Azerisport.com idman portalı. "Азербайджан завоевал два серебра Олимпиады (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  7. 1 2 Azerisport.com idman portalı. "Эльвин Исаев - в полуфинале, Шабан Шахпеленгов проигрывает в первом бою (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  8. Azerisport.com idman portalı. "Шабан Шахпеленгов стал шестым на Олимпиаде (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  9. Azerisport.com idman portalı. "Дзюдоисты определились с участником Олимпиады в Сингапуре". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  10. Azerisport.com idman portalı. "Джалил Джалилов начнет с андорца". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  11. 1 2 Azerisport.com idman portalı. "Джалил Джалилов не использовал бронзовый шанс (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  12. Azerisport.com idman portalı. "Азербайджан определил олимпийский состав". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  13. Azerisport.com idman portalı. "Азербайджанские «классики» узнали соперников". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  14. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Azerisport.com idman portalı. "Азербайджан начал Олимпиаду с двумя золотыми наградами (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  15. Azerisport.com idman portalı. "Патимат Багомедова начнет с алжирки". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  16. 1 2 3 4 5 6 7 8 Azerisport.com idman portalı. "Патимат Багомедова приносит Азербайджану третье «золото» Олимпиады (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  17. Azerisport.com idman portalı. "Азербайджанские вольники начнут против колумбийца и монгола". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  18. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Azerisport.com idman portalı. "Али Магомедабиров - золото, Кянан Гулиев - серебро (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  19. Azerisport.com idman portalı. "Радослав Куцев будет представлять Азербайджан на Олимпиаде". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  20. 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Радослав Куцев обошел Патрик Сокола и вышел в четвертьфинал (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  21. 1 2 3 Azerisport.com idman portalı. "Радослав Куцев не вышел в полуфинал (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  22. 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Радослав Куцев вышел в олимпийский четвертьфинал (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  23. 1 2 3 Azerisport.com idman portalı. "Радослав Куцев не смог выйти в полуфинал (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  24. Azerisport.com idman portalı. "Азербайджанское таэквондо будет представлено в Сингапуре". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  25. Azerisport.com idman portalı. "Азербайджан выиграл золото на ПМ в Тихуане". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  26. Azerisport.com idman portalı. "Суринамец в соперники азербайджанскому таэквондисту". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  27. Azerisport.com idman portalı. "Таэквондист Сабухи Исмаилзаде провалил Олимпиаду (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.