Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı — Azərbaycan Respublikasının Milli Məclisinin sədarətində təmsil olunan 1 nəfər sədrin birinci müavini və 3 nəfər sədr müavinlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini | |
---|---|
Vəzifədədir Əli Hüseynli (birinci müavin) Yeni Azərbaycan Partiyası Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi Partiyası | |
Vəzifənin təsis tarixi | 5 fevral 1991 |
Vəzifənin bərpa tarixi | 12 noyabr 1995 |
Rəsmi saytı | meclis.gov.az |
Milli Məclisin Sədri vəzifəsi müvəqqəti boşaldıqda Milli Məclisin Sədrinin birinci müavini, o olmadıqda Milli Məclisin Sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin Sədrinin müavini Milli Məclisin Sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirirlər.
Milli Məclisin Sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Milli Məclisin Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin Sədri və hər deputat Milli Məclisin Sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Milli Məclis Sədrinin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinləri aşağıdakı kimidir:
Siyasi partiya | Şəkil | Ad | Başlanğıc tarixi | ||
---|---|---|---|---|---|
YAP | Yeni Azərbaycan Partiyası | Əli Hüseynli | 10 mart 2020 | ||
VHP | Vətəndaş Həmrəyliyi Partiyası | Fəzail İbrahimli | 10 mart 2020 |
Çağırış | Sədrin birinci müavinləri | Başlama tarixi | Bitmə tarixi | Siyasi partiya |
---|---|---|---|---|
Azərbaycan Respublikası Ali Soveti |
Telman Orucov | 5 fevral 1991[1] | 16 Ekim 1991 | Azərbaycan Kommunist Partiyası |
Bitərəf | ||||
Ziyad Səmədzadə | 16 oktyabr 1991[2] | 18 may 1992[3] | Bitərəf | |
Tamerlan Qarayev | 18 may 1992[4] | 3 sentyabr 1993 | Azərbaycan Xalq Cəbhəsi | |
Doğru Yol Partiyası | ||||
Arif Rəhimzadə | 14 oktyabr 1994[5] | 12 noyabr 1995 | Yeni Azərbaycan Partiyası | |
I çağırış | ||||
12 noyabr 1995 | 2000 | |||
II çağırış | ||||
2000 | 2 dekabr 2005 | |||
III çağırış | ||||
Ziyafət Əsgərov | 2 dekabr 2005[6] | 22 oktyabr 2010[7] | ||
IV çağırış | ||||
29 noyabr 2010[8] | 20 oktyabr 2015[9] | |||
V çağırış | ||||
24 noyabr 2015[10] | 3 dekabr 2019[11] | |||
VI çağırış | ||||
Əli Hüseynli | 10 mart 2020[12] | Hal-hazırda |
Çağırış | Sədr müavini | Başlama tarixi | Bitmə tarixi | Siyasi partiya |
---|---|---|---|---|
Azərbaycan Respublikası Ali Soveti |
Afiyəddin Cəlilov | 5 fevral 1991[13] | 25 may 1991 | Azərbaycan Kommunist Partiyası |
Tamerlan Qarayev | 7 fevral 1991[14] | 18 may 1992[15] | Azərbaycan Xalq Cəbhəsi | |
Afiyəddin Cəlilov | 18 may 1992[16] | 29 sentyabr 1994 | Bitərəf | |
Yaşar Əliyev | 14 oktyabr 1994[17] | 12 noyabr 1995 | Yeni Azərbaycan Partiyası | |
I çağırış | ||||
12 noyabr 1995 | 5 noyabr 2000 | |||
II çağırış | ||||
Zakir Zeynalov | 5 noyabr 2000 | 6 dekabr 2000 | ||
Ziyafət Əsgərov | 2 dekabr 2005 | |||
Gövhər Baxşəliyeva | Bitərəf | |||
III çağırış | Bahar Muradova | 2 dekabr 2005[6] | 22 oktyabr 2010[7] | Yeni Azərbaycan Partiyası |
Valeh Ələsgərov | Bitərəf | |||
IV çağırış | Bahar Muradova | 29 noyabr 2010[8] | 20 oktyabr 2015[9] | Yeni Azərbaycan Partiyası |
Valeh Ələsgərov | Bitərəf | |||
V çağırış | Bahar Muradova | 24 noyabr 2015[10] | 3 dekabr 2019[11] | Yeni Azərbaycan Partiyası |
Valeh Ələsgərov | Bitərəf | |||
VI çağırış | Adil Əliyev | 10 mart 2020[12] | 9 iyul 2024[18] | |
Fəzail İbrahimli | Hal-hazırda | Vətəndaş Həmrəyliyi Partiyası |