Fəzail İbrahimli

Fəzail Feyruz oğlu İbrahimli (12 aprel 1951, Çanaxbulaq, Yardımlı rayonu) — Millət vəkili, Milli Məclisin sədr müavini, professor. Vətəndaş Həmrəyliyi Partiyasının üzvü və sədr müavini (1992).

Fəzail İbrahimli
Vəzifədədir
10 mart 2020-ci ildən
SədrSahibə Qafarova
ƏvvəlkiBahar Muradova
Vəzifədədir
2006-cı ildən
Seçki dairəsi2006 — 69 saylı Cəlilabad-Masallı-Biləsuvar
2010 — 69 saylı Cəlilabad-Masallı-Biləsuvar
2015 — 69 saylı Cəlilabad-Masallı-Biləsuvar
2020 — 69 saylı Cəlilabad-Masallı-Biləsuvar
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin (ideoloji məsələlər üzrə) birinci müavini
bayraq2
Vəzifədədir
14 fevral 2021-ci ildən
SədrSabir Rüstəmxanlı
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin ideoloji məsələlər üzrə müavini
bayraq2
1992 – 14 fevral 2021
SədrSabir Rüstəmxanlı
SonrakıVəzifə ləğv edildi.
2000 – 2005
Seçki dairəsi2000 — Proporsional
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 12 aprel 1951(1951-04-12) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Şöhrət" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləyib. 1977–1979-cu illərdə hərbi xidmətdə olub.

1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında[1][2] müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib və 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) üzrə müavinidir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 12 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "VHP-nin sədr müavini vitse-spiker oldu - Fəzail İbrahimli kimdir?". bakupost.az (az.). 20 mart 2020. 1 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  2. "Fəzail İbrahimli parlamentin sədr müavini SEÇİLDİ". modern.az (az.). 10 mart 2020. 1 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021. 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
  3. "F.F.İbrahimlinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.