Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Azərbaycan ictima-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini (2000–2020, 2024-cü ildən), Milli Məclisin I, II,III, IV, V,VI və VII çağırış deputatı
Ziyafət Əsgərov | |
---|---|
Vəzifədədir | |
23 sentyabr 2024-cü ildən | |
Sədr | Sahibə Qafarova |
24 noyabr 2000 – 10 mart 2020 | |
Sədr | Murtuz Ələsgərov Oqtay Əsədov |
Vəzifədədir | |
24 noyabr 1995-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir.[1]
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
2005-ci il noyabrın 6-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədridir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]
2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri təyin olunub.[3]
Evlidir, 2 övladı var.