Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tatlar — irandilli etnoslardan biri. Abşeron yarımadasında, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar.[5]
Ümumi sayı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
37 000[1] | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Dini | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.[6]
Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.
Tat dilində danışırlar.
Tatların əksəriyyəti İslam dininə etiqad edir. Yəhudi, Zərdüşt və Xristian tatlar da vardır.
Yaşayış məntəqəsi | 1999 sa.[7] | 2009 sa.[2] |
---|---|---|
Bütün ölkə üzrə | 10 922[8] | 25 218[2] |
Quba rayonu | 1 088 | 13 880 |
Xaçmaz rayonu | 8 853 | 9 108 |
Şabran rayonu | 5 | 1 766 |
Sumqayıt | … | 96 |
Hacıqabul rayonu | … | 30 |
Abşeron rayonu | … | 10 |
Şamaxı rayonu | … | 6 |
Xızı rayonu | … | 5 |
Siyəzən rayonu | 42 | … |
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |