İqor Aşurbəyli (tam adı: İqor Rauf oğlu Aşurbəyli; 9 sentyabr 1963, Bakı) — Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri[1]; "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri[2] (2001–2011). Texnika elmləri doktoru. Socium Holdinq İdarə Heyətinin prezidenti. Asgardia Kosmos Millətinin qurucusudur.
İqor Aşurbəyli | |
---|---|
İqor Rauf oğlu Aşurbəyli | |
Doğum tarixi | 9 sentyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | təşkilati təsisçisi[d], mühəndis, iş adamı, alim, sahibkar, siyasətçi |
Elmi dərəcəsi | |
Partiyası | |
ashurbeyli.ru |
Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.[3]
1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib.[4] Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub.[5] Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib.[5] Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri"dir.[5]
2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib.[1] Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.
İ. Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli "Moskva knyazı müqəddəs Daniil" (2000, 2002, 2008), "Şərəf" (2007) ordenləri, "Georgi Jukov" (1995), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi" (1995), "Rusiya Donanmasının 300 illiyi" (1996), "Moskvanın 850 illiyi" (1997) xatirə medalları ilə təltif olunub. Akademik V. Utkin adına qızıl medalın (2005), "SSRİ EA-nın akademiki A. A. Raspletin" gümüş medalının (2008) sahibidir. İki dəfə "İlin meneceri" Moskva müsabiqəsinin (2000, 2009), "Müəssisə Sahibi — Alim il" nominasiyasında "Rusiya Milli Olimpi" mükafatının (2003), "Rusiya iqtisadiyyatının lideri" milli mükafatının (2004), akademik A. Proxorov adına mükafatın (2008), "İlin adamı" milli mükafatının (2009) və s. laureatıdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |