Allen Mirqədirov (ing. Allen Mirkadyrov; əvvəlki adı: Ələkbər Mirqədirov; 5 may 1979, Bakı) — Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti.[1][2]
Allen Mirqədirov | |
---|---|
Ələkbər Mirqədirov | |
Doğum tarixi | 5 may 1979 (45 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | zabit |
Fəaliyyət illəri | 2010-cu ildən |
Allen (Ələkbər) Mirqədirov 1979-cu il may ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, ailəsi ilə birgə Bakının 8-ci kilometr şəhər tipli qəsəbəsində yerləşəm Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. Birinci sinifdən altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb.[3]
1991-ci ilin yayında ailəsi ilə birlikdə Bakını tərk edib ABŞ-yə köçüb. O, ABŞ-nin bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb.[3]
Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışdır. O, təhsilini başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir.[3]
2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.[3]
2014-cü ildə Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib.[4][5] Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb. Ümumi vəzifələrdən başqa, onun öz təcrübəsi də olub. O, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub.[6]
Mirqədirovun sözlərinə görə, onun həyatına Yuri Qaqarinin həyat yolu böyük təsir etmişdir. Futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir.[3]
Onun sevimli yazılı əsərlərinə Lev Tolstoyun "Dirilmə", Daniel Defonun "Robinzon Kruzo", Aleksandr Puşkinin şeirlərinin tam külliyyatını və Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələr daxildir.[3]