2015 Avropa Oyunları | ||||
---|---|---|---|---|
Bədii Gimnastika | ||||
Komanda, Çoxnövçülük | Qadınlar | |||
Komanda, Lent | Qadınlar | |||
Komanda, Gürzə və Həlqə | Qadınlar | |||
Fərdi, Çoxnövçülük | Qadınlar | |||
Fərdi, Həlqə | Qadınlar | |||
Fərdi, Top | Qadınlar | |||
Fərdi, Gürzə | Qadınlar | |||
Fərdi, Lent | Qadınlar |
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — 17, 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında keçirildi. Yarışlarda idmançılar 8 dəst medal uğrunda yarışdı.
Yarışlarda fərdi çıxış edən idmançıların sayı 20, komanda kimi çıxış edən idmançıların sayı isə 75 bərabər idi. Ümumi olaraq Azərbaycan paytaxtına 95 gimnast gəldi. Onlar Avropanın 17 ölkəsini təmsil etdi. Yarışlara ən çox idmançı ilə ev sahibi Azərbaycan, həmçinin Belarus, Rusiya Federasiyası və Ukrayna qatıldı. Onlar 2015 Avropa Oyunlarında 8 gimnast ilə qatıldı.
İştirakçı gimnastlar arasında ən məşhuru Rusiya Federasiyasını təmsil edən 8 qat Dünya Çempionu Yana Kudryavtsevadır.
Bədii Gimnastika yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında keçirildi. Bu arena 2014-cü ildə istifadəyə verildi. Arena 6 min nəfər üçün nəzərdə tutulub.
Sıra | Ölkə | Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 | Rusiya Federasiyası (RUS) | 7 | 1 | 0 | 8 |
2 | Belarus (BLR) | 1 | 1 | 4 | 6 |
3 | Ukrayna (UKR) | 0 | 3 | 1 | 4 |
4 | İsrail (ISR) | 0 | 2 | 2 | 4 |
5 | Azərbaycan (AZE) | 0 | 1 | 0 | 1 |
6 | Gürcüstan (GEO) | 0 | 0 | 1 | 1 |
- | Cəmi | 8 | 8 | 8 | 24 |
2015 Avropa Oyunlarında 17 ölkənin 95 gimnastı iştirak etdi.