Bəsti Qasımova

Bəsti Qasımova (25 noyabr 1993, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı müğənni, AzTV-nin solisti.

Bəsti Qasımova
Ümumi məlumatlar
Ləqəbi Best Gasimova
Doğum tarixi 25 noyabr 1993(1993-11-25) (30 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, solist[d]
Fəaliyyət illəri 2004-cü ildən
Janr klassik musiqi
Musiqi alətləri skripka, piano
Təhsili
Youtube kanalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəsti Vasif qızı Qasımova 1993-cü il noyabr 25-i Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2003–2005 illərdə Naxçıvan Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Rəsm ixtisası (Təsviri incəsənət) üzrə Ələsgər Əsgərlinin sinfində təhsil almışdır.[1] 2005–2009 illərdə Naxçıvan şəhər 3 saylı Musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 2006–2008 illərdə Naxçıvan şəhər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs dərsi almışdır. 2006–2010-cu illərdə Naxçıvan Qızlar Lisseyində orta təhsil almışdır. 2010–2014-cü illərdə Naxçıvan Musiqi Kollecinin İfaçılıq fakultəsinin Vokal sənəti üzrə təhsil almışdır. 2014–2016 illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır. 2016–2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakultəsinin Solo oxuma ixtisası üzrə təhsil almışdır. 2018–2019 cu illərdə Bakı Musiqi Akademiyasının İfaçılıq Fakultəsinin Solo oxuma ixtisası üzrə Natəvan Şeyxovanın sinfində təhsil almış və məzun olaraq bakalavır təhsilini başa vurmuşdur. 2019-cu ildə Aztv Teleradio Akademiyasında aparıcı, müxbir ixtisasları üzrə təhsil almışdır. 1 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, T-network, Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə layihəsi olan Təhsildə Yeni Çağırğışlar II Beynəlxalq Forumunda Professor, yazıçı və tədqiqatçı Filip Kotler, PİSA-nın direktoru Andreas Şleyxer, edX platformasının qurucusu, MİT-in professoru Anant Aqarval, professor, "Dərin Öyrənmə" nəzəriyyəsinin yaradıcısı Maykl Fullan, Khan Academy-nin yaradıcısı və CEO-su Sal Khan və yazıçı, besteller müəllifi Azra Kohen-dən təlim keçmişdir, sertifikat almışdır.[2] Aztv — nin nəzdində fəailiyyət göstərən Teleradio Akademiyasının , Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin, TİKA və Türkiyənin Nişantaşı Üniversitetinin birgə təşkilatçılığı ilə baş tutan "Qabaqcıl Televiziya proqramlaşdırması" adlı layihədə Nişantaşı universitetinin müəllimləri prof. Huseyn Çelik, dr. Ahmet Sınav, Mustafa Çelik, Funda Karayel, Atv proqramlar müdiri Mehmet Çam, Hulki Cevizoğlu və dr. Begümhan Göktürkdən 2 ay kurs keçmiş və sonda yüksək bal toplayaraq sertifikata layiq görülmüş və Türkiyə telekanallarında təcrübə keçmək şansı əldə etmişdir. 2012–2016 ci illərdə Naxçıvan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışmışdır. 2014–2016 ci illərdə Naxçıvan Dövlət Televiziyasında, 2019-cu ildə Mədəniyyət tv-də aparıcısı, müxbir vəzifəsində fəaliyyət göstərmişdir.[3] 2015–2016 ci illərdə Naxçıvan Musiqi Kollecində çalışmışdır. 2016–2017 ci illərdə Fidan Hacıyeva musiqi məktəbində Vokal müəlliməsi olaraq çalışmışdır. 2017-ci ildən bu yana Aztv — də (Azərbaycan Televiziyası) Solist vəzifəsində çalışır. 2021–2022 ildə Mədəniyyət kanalında "Müəllif proqramları və xüsusi layihələr" departamentinin təqdim etdiyi "Həmişə qrimdə" verilişinin aparıcısı olaraq çalışmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Nizami Romans" festivalının qalibi olmuşdur[4]
  • 2021-ci ilin oktyabrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının təşkilatçılığı ilə baş tutan II — Beynəlxalq Vokalçılar Festivalının ifaçısıdır.[5]
  • 15 iyun 2020-ci ildə Naxçıvan şəhərində baş tutan Milli Qurtuluş gününə həsr olunmuş konsertdə ifa etmişdir.[6][7]
  • 28 may 2020-ci ildə Naxçıvan şəhərində baş tutan Respublika gününə həsr olunmuş tədbirdə ifa etmişdir.[7][8]
  • 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibəti ilə Bakı şəhərində keçirilən konsertin ifaçısı olmuşdur[9]
  • 2019-cu ildə Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Kamal Əhmədovun müəllif konsertinin ifaçısı olmuşdur.[10]
  • 13 iyul 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının " Qoşa qanad : VI Fizika və Lirika " konfransında ifa etmişdir.[11][12]
  • 25 iyun 2019-cu ildə Heydər Əliyev Sarayında baş tutan Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Oktay Kazıminin mahnılarından ibarət konsertdə ifa etmişdir.[13]
  • 22 may 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqında baş tutan Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş Elmi konfransda "Hər gün" əsərini ifa etmişdir.[14][15]
  • 20 fevral 2019-cu ildə Xalq Artisti Süleyman Ələsgərovun Heydər Əliyev adına sarayda baş tutan 95 illik yubiley konsertində ifa etmişdir.[16]
  • 8 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Akademik Dövlət Dram Teatrında səhnələşdirilən Azər Paşa Zəfər oğlunun bədii rəhbərlik etdiyi "Buratino axmaqlar ölkəsində" adlı tamaşada "Malvina" obrazının mahnısını səsləndirmişdir.[17][18]
  • 2018-ci il 15 – 20 iyul tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türksoy və Türk Dünyası Müzik Eğitimi-nin birgə təşkilatçılığı ilə keçiriləcək İSME (İnternational Society for Music Education) 2018 – 33-cü Ümumdünya Konfransında işirak etmiş və "Sertifikat" -la teltif olunmuşdur.[19]
  • 22.06.2018-ci ildə Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğində əvəzsiz xidmətlərinə görə, Azərbaycan hərb tarixi müzeyində hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə fəal iştirakına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yübileyi münasibəti ilə təltif olunur.[20]
  • 2018 ci il aprelin 11 -nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində 22 mart-Ağdam, 24 mart-Goranboy, 26 mart-Şamaxı, 28mart-İsmayıllı, 30 mart-Göyçay, 1 aprel-Balakən, 3 aprel-Zaqatala, 5 aprel-Şəki, 7 aprel-Qəbələ və 9 aprel Gəncədə həyata keçirilən konsertlərdə solist kimi iştirak etmişdir.
  • 17 oktyabr 2017-ci ildə Azərbaycan Televiziyası Mədəniyyət kanalının və Azərbaycan radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində baş tutan "Romans Axşamı" adlı konsert proqramında Sevinc Əliyevanın "Dəniz" romansını ifa etmişdir.[21]
  • 7 iyun 2017-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan "Odlar ölkəsi" adlı gənc estrada ifaçılarının konsertində Niyazinin "Arzu" romansını ifa etmişdir.[22][23]
  • 2016 ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliyi tərəfindən "Gənc müğənni" nominasiyası üzrə təltif olunmuşdur.[24]
  • 2015-ci ildə Naxçıvan Dövlət Universitetində Milli Musiqi Gününə həsr olunmuş konsertdə ifa etmişdir[25]
  • 18 sentyabr 2015-ci ildə Naxçıvanda Milli Musiqi Günü münasibətilə keçirilən konsertdə ifa etmişdir[26]
  • 2015 ci ildə Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 ci il dönümünə həsr olunmuş ali məktəb tələbələrinin XII Bədii Yaradıcılıq Festivalının Qala konsertində ifa etmiş, I yerə layiq görülmüş I dərəcəli Diplom və hədiyyə ilə mükafatlandırılmışdır.[27][28]
  • 2015-ci ildə Türkiyə Cumhuriyyətində baş tutan 14 mart Tibb bayramı etkinlikləri konferansında ifa etmişdir.[29]
  • 24 fevral 2015-ci ildə "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsinin uğurla tamamlanmasına həsr olunmuş açılış mərasimində Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Gülçöhrənin ariyası" -nı ifa etmişdir.[30]
  • 2014 cü ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliyi tərəfindən "Fəal mədəniyyət işçisi" adina laiq görülmüş və mükafatlandırılmışdir[31]
  • 10 may 2013 cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Naxçıvan şəhərində keçirilən müsabiqədə I dərəcəli diplom və mükafatla təltif olunmuşdur.[32]
  • 1 iyun 2010-cu ildə Naxçıvan Muxtar Respublikasında ilk Uşaq Filarmoniyasının açılışında Eduardo di Kapua-nın "O sole mio" əsərini ifa etmişdir.
  • 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində baş tutan Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Bədii hissəsində ifa etmişdir.
  • 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial, ədəbi-mədəni, elmi həyatını əks etdirən "Naxçıvan" jurnalının 2009 cu il buraxılışında Bəsti Qasımovanın uğurları haqqında yazı dərc olunmuşdur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Rəsmi Video və Audio kanalları[redaktə | mənbəni redaktə et]

Sosial media hesabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  2. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  3. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  4. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  5. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  6. "Arxivlənmiş surət". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  7. 1 2 "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  8. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  9. https://istiqlal.az/news/55774.html[ölü keçid]
  10. "Arxivlənmiş surət". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  11. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  12. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  13. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  14. "Arxivlənmiş surət". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  15. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  16. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  17. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  18. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  19. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  20. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  21. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  22. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  23. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  24. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  25. "Arxivlənmiş surət". 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  26. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  27. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  28. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  29. "Arxivlənmiş surət". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  30. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  31. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  32. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.