BMT İHAK-ın Sincandakı insan hüquqları ilə bağlı narahatlıqlarını qiymətləndirməsi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi (ing.OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 31 avqust 2022-ci ildə dərc olunmuş, Çindəuyğurlara və digər əsasən müsəlman qruplara qarşı rəftar haqqında hesabat.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi
ing.OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China
Hesabatda belə nəticəyə gəlinmişdir ki, "uyğurların və əsasən müsəlman olan digər qrupların nümayəndələrinin qanun və siyasət əsasında fərdi və kollektiv şəkildə istifadə edilən fundamental hüquqlardan məhdudlaşdırma və daha ümumi şəkildə məhrumetmə kontekstində ixtiyari olaraq və diskriminasiya əsasında həbsinin miqyası beynəlxalq cinayətlər, xüsusən də insanlıq əleyhinə cinayətlər təşkil edə bilər".[1][2][3]
İctimai hesabatlarda bildirilmişdir ki, Çin hökumətinin apardığı siyasətlərə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində özbaşına saxlanılması,[12][13]məcburi əmək,[14] uyğurların dini ayinlərinin yatırılması,[15] siyasi və ideoloji indoktrinasiya,[16] zorakı rəftar,[17] məcburi sterilizasiya,[18] məcburi kontrasepsiya[19][20] və məcburi abort[21][22] daxildir. Çin hökuməti tərəfindən yayımlanan rəsmi statistikaya görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Qaşqarın əsasən uyğurların yaşadığı ərazilərdə doğum nisbəti 60%-dən çox azalmışdır.[18] Həmin dövrdə bütövlükdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalmışdır.[23] Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf etmiş, lakin məcburi sterilizasiya və soyqırımı ilə bağlı iddiaları təkzib etmişdir.[24] 2019-cu ildə Çində doğum nisbəti 4,2% azalmış olsa da, Sincanda doğum nisbəti 24% azalmışdır.[18]
Çin hökuməti Sincanda insan hüquqlarının pozulmasını inkar edir.[25][26] Baş verən hadisələrə beynəlxalq reaksiya müxtəlif olmuşdur. BMT-yə üzv olan bəzi dövlətlər BMT İnsan Hüquqları Şurasında bəyanatlar verərək Çinin siyasətini pisləmiş, bəziləri isə Çinin siyasətini dəstəkləmişdir.[27] 2020-ci ilin dekabrında Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən işə xitam verilmişdir. Buna səbəb olaraq iddia edilən cinayətlərin "sadəcə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin iştirakçısı olmayan Çinin ərazisində Çin vətəndaşları tərəfindən törədilmiş" olması və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin işə baxmağa hüququ olmaması göstərilmişdir.[28][29]ABŞ 19 yanvar 2021-ci ildə Çində insan hüquqlarının pozulmasını tanındığını elan edərək, Uyğur soyqırımını tanıdığını elan etmişdir.[30] O vaxtdan bəri bir neçə ölkənin qanunverici orqanları, o cümlədən Kanada İcmalar Palatası,[31]Niderland Parlamenti,[32]Birləşmiş Krallıq İcmalar Palatası,[33]Litva Seymi və Fransa Milli Məclisi[34][35] də daxil olmaqla, Çinin hərəkətlərini soyqırım kimi xarakterizə edən məcburi olmayan təkliflər qəbul etmişlər. Yeni Zelandiya,[36]Belçika[37] və Çexiya parlamentləri Çin hökumətinin uyğurlara münasibətini "insan hüquqlarının ciddi şəkildə pozulması" və ya "insanlığa qarşı cinayət" kimi qiymətləndirmişdir.[38]
↑Turdush, Rukiye. "Dossier: Uyghur Women in China's Genocide". Genocide Studies and Prevention. 15 (1). 28 May 2021: 22–43. doi:10.5038/1911-9933.15.1.1834.
↑Turdush, Rukiye. "Dossier: Uyghur Women in China's Genocide". Genocide Studies and Prevention. 15 (1). 28 May 2021: 22–43. doi:10.5038/1911-9933.15.1.1834.
↑Ryan Patrick Jones. "MPs vote to label China's persecution of Uighurs a genocide"(ingilis). Canadian Broadcasting Corporation. 22 February 2021. 23 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04. A substantial majority of MPs — including most Liberals who participated — voted in favour of a Conservative motion that says China's actions in its western Xinjiang region meet the definition of genocide set out in the 1948 United Nations Genocide Convention. ... The final tally was 266 in favour and zero opposed. Two MPs formally abstained.