Başqırdıstan sənayesi

Başqırdıstanda neft hasilatının səviyyəsi

Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i).

Maşınqayırma

[redaktə | mənbəni redaktə et]

Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır. Aparıcı müəssisələr: “Ufa motorqayırma isteh salat birliyi” (hərbi və mülki təyyarələr üçün aviasiya mühərrikləri, helikopterlər üçün qovşaqlar, daxiliyanma mühərrikləri və s.), aviasiya istehsalat müəssisəsi (Kumertau ), "Tuymazı avtobeton daşıyıcı zavodu"[2] və “Neftekamsk özüboşaldanlar zavodu”. Hərbi-sənaye kompleksi müəssisələri (“Salavathidromaş”, “İşimbay nəqliyyat maşınqayırması zavodu”) fəaliyyət göstərir.

Kimya və neft-kimya

[redaktə | mənbəni redaktə et]

Kimya və neft-kimya sənayesi kükürd, sulfat turşusu, kaustik və kalsiumlaşdırılmış soda, bitkilərin mühafizəsi üçün kimyəvi vasitələrin, mineral gübrələr, sintetik kauçuk, sintetik qatranlar və plastik kütlə, həmçinin əsas üzvi sintez məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Əsas kimya müəssisələri: “Kaustik” (Ster litamak), “Avanqard” zavodu (“Steritamak”; nitroemallar, laklar və s.), “Ximprom” (Ufa; sulfat turşusu, xlorid turşusu, sintetik yuyucu vasitələr və s.); neft-kimya müəssisələri: “Ufaneftexim”, “Kauçuk” (Sterlitamak), “Salavat nefte -orqsintez” (mineral gübrələr, sintetik qatranlar, plastik kütlə).[3]

Qara (Beloretsk metallurgiya kombinatı, Ufada “Lita”, Blaqo veşşenskdə “Oktyabr” furnitur zavodu və Ufada “Vtor çermet” istehsalat birliyi) və əlvan (“Baş qırdıstan kükürd kombinatı”, Uçalı və Buribay filizsaflaşdırma kombinatları) metallurgiya; tikinti materialları sənayesi (“Başstroy konstruksiya”, “Salavat steklo” və s.), meşə sənayesi müəssisələri və s. fəaliyyət göstərir. Əsas sənaye mərkəzləri: Ufa, Sterli tamak, Salavat, Neftekamsk. İxracda yanacaq-energetika və neft -kimya komplekslərinin məhsulları, idxalda isə maşınqayırma məhsulları və s. üstünlük təşkil edir.  

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
  1. "Arxivlənmiş surət". 2016-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  2. "Туймазинский завод автобетоновозов ОАО «ТЗА» на выставке «КОМТРАНС-2015»". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  3. "Газпром нефтехим Салават". 2013-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.