Tətbiqi riyaziyyat və kibernetika fakültəsi — Bakı Dövlət Universitetinin ən müasir fakültələrindən biri.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
|
|
Dekan | Məhəmməd Mehdiyev |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | cs.bsu.edu.az |
Kompüter elmləri və İnformatika müəllimi ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 45 ildən artıqdır ki, fəaliyyət göstərir. Fakültədə 18 professor və elmlər doktoru (onlardan ikisi AMEA-nın həqiqi, biri isə müxbir üzvüdür), 52 dosent və elmlər namizədi çalışır. Fakültənin 4 müasir kompüter sinfi var.
Fakültədə elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi fikir verilir. Fakültənin hal-hazırda 16 ixtisas üzrə 130 magistrantı,11 doktorantı və 8 dissertantı var. Fakültədə müntəzəm olaraq elmi seminarlar fəaliyyət göstərir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əmkdaşları da iştirak edirlər.
Fakültə əməkdaşları aldıqları elmi nəticələri ölkəmizdə və eləcə də xarici ölkələrdə nəşr edilən elmi jurnallarda çap etdirir, müxtəlif elmi konfranslarda məruzələrlə çıxışlar edirlər.
Fakültənin əməkdaşlıq etdiyi universitetlər: Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetləri, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutu, Moskva Energetika İnstitutu, Voronej Pedoqoji İnstitutu, Ukrayna EA-nın Kibernetika İnstitutu, Ukrayna Riyazi maşınların və sistemlərin problemləri İnstitutu, Ukraynanın Vinnitsa Texniki Universiteti, Belarus Riyaziyyat İnstitutu, həmçinin ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Çexiya, İsrail, Türkiyə, İran Universitetləri ilə əlaqələri mövcuddur.
2021-ci ildə Bakı Dövlət Universiteti və İsrailin Holon Texnologiya İnstitutu arasında imzalanmış Sazişə əsasən komputer elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. Bu ikili diplom layihəsinin əsas məqsədi kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İKT sahəsində dərin nəzəri biliklərə və praktiki bacarıqlara malik olan, elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.