Bakı bulvarı (roman)

"Bakı bulvarı"Çingiz Abdullayev tərəfindən yazılmış roman.

Bakı bulvarı
rus. Бакинский бульвар
Müəllif Çingiz Abdullayev
Janr Detektiv
Orijinalın dili Rus dili
Orijinalın nəşr ili Eksmo
Tərcüməçi Mahir N. Qarayev
Nəşriyyat "Qanun" nəşriyyatı
Nəşr 2013
Səhifə 248
Növ kitab
Tiraj 2000
ISBN ISBN 978-9952-26-429-6

Məzmun[redaktə | mənbəni redaktə et]

Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşğun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb...

Həmçinin bax[redaktə | mənbəni redaktə et]