Banal millətçilik — insanlar arasında milli aidiyyat hissini paylaşan millətin günlük təsvirləri.
Termin, Maykl Billigin 1995-ci ildəki yayımlanan eyni adlı kitabından törədilmişdir və məqsəd tənqid olaraq qəbul edilməsi idi. Konsepsiya, xüsusilə siyasi coğrafiya nizamı daxilində, 1990-ci illərdə yayımlanmasında bu tərəfə elmi fikirlərin davam etməsi ilə son dərəcə təsir edici olmuşdur.[2] Günümüzdə bu termin əvvəla kimlik formalaşması və geopolitik-akademik mübahsələrdə istifadə olunmaqdadır.
Banal millətçilik nümunələri günlük həyatımızda bayraqlar, idman qarşılaşmaları, milli mahnılar, pul simvolları, populyar ifadələr və zərb-məsəllər, vətənpərvər klublar, milli mətbuatda söz vurulan birliklərin qurulması, yəni hava xəbərləri, qrup və bölünmələr kimi hadisələrin "yerli" və "xarici" xəbərlər adı ilə verilməsi kimi hadisələrdə özünü göstərir.[3] Bu simvolların çoxu davamlı təkrarlanan olduqları və demək olar ki, şüraltında yerləri olmadıqları üçün daha təsirlidirlər. Banal millətçilik daha çox məktəblər kimi dövlət qurumları vasitəsilə yaradılmaqda və yayılmaqdadır.[4]