Bayram Budaqov

Bayram İsmayıl oğlu Budaqov (8 yanvar 1994, Sabirkənd, Marneuli rayonu10 oktyabr 2020, Odessa) — hücumçu mövqeyində çıxış etmiş UkraynaAzərbaycan futbolçusu.

Bayram Budaqov
Ümumi məlumatlar
Doğum tarixi 8 yanvar 1994(1994-01-08)
Doğum yeri
Vəfat tarixi 10 oktyabr 2020(2020-10-10) (26 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 182
Çəkisi 79 kq
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
2008 Ukrayna XQVUFK-1 Xarkov
2009 Ukrayna Metallist Xarkov
2010–2011 Ukrayna İliçyovets Mariupol
2011–2014 Ukrayna Dnepr
Klub karyerası[* 1]
2015—2016 Azərbaycan Xəzər Lənkəran 13 (1)
2016—2017 Azərbaycan Səbail ? (?)
Milli yığma[* 2]
2012 Azərbaycan Azərbaycan U-19 3 (2)
2013 Azərbaycan Azərbaycan U-21 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Bayram Budaqov 8 yanvar 1994-cü ildə Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd kəndində anadan olub.[1] Ukraynanın "XQVUFK-1 Xarkov", "Metallist Xarkov", "İliçyovets Mariupol" və "Dnepr" komandalarının yetirməsidir.[2] Sonuncunun heyətində 2011-2014-cü illər aralığında əvəzedicilərin çempionatında 55 oyun keçirib, 9 qol vurub.[2] 2014-cü ildə "Dnepr"lə müqaviləsi başa çatan Budaqov komandanı tərk edib.[3]

2014-cü ilin iyun ayında "AZAL" və "Xəzər Lənkəran",[4] iyul ayında "Qəbələ",[5] 2015-ci ilin mart ayında isə "Neftçi"[4] komandasında baxışda olub. 2016-cı il qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"la müqavilə bağlayıb.[6] 3 aprel 2016-ci ildə "Qarabağ"a qarşı oynanılan görüşdə yeni komandasında debüt edib.[7] "Xəzər Lənkəran"ın heyətində ilk və yeganə qolunu 20 may 2016-ci ildə "Rəvan"ın qapısından keçirib.[8]

2016-2017 mövsümünü Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail"in heyətində keçirib. Divizionun 13-cü turunda "Bakılı"nın, 17-ci turunda isə "Göyəzən"in qapısından 4 qol keçirərək pokerə imza atıb.[9][10]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Budaqov Azərbaycanın 1921 yaşlılardan ibarət millilərinin üzvü olub. 2012-ci ildə 19 yaşlılardan ibarət millinin heyətində Avropa çempionatının seçmə mərhələsində 3 oyun keçirib, 2 qol vurub.[11]

Ölümü[redaktə | mənbəni redaktə et]

Bayram Budaqov 10 oktyabr 2020-ci ildə Ukraynanın Odessa şəhərində qətlə yetirilib. Budaqovun yaxın qohumu Yaqub Acalovun sözlərinə görə, qətlə səbəb Instagramda paylaşım olub. Belə ki, 24-25 yaşlı oğlan Bayramı çox kobud şəkildə təhqir edib, bundan sonra onlar vəziyyəti aydınlaşdırmaq üçün görüşmək qərarına gəliblər. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb və dava düşüb. Qəfildən oğlan Budaqovun qarnına və ürəyinə 6-7 bıçaq zərbəsi endirib və qaçıb. Yaralı Budaqov maşında onu gözləyən Acalovun yanına gələrək bıçaqlandığını söyləyib və xəstəxanaya aparılmasını istəyib. Bayram dərhal şiddətli ağrı hiss etməyib və maşınla xəstəxanaya çata bilib. Xəstəxanada Bayram hətta tibb bacılarına necə və harasından vurulduğunu başa salıb. 5-10 dəqiqə sonra Budaqov əməliyyat masasına uzanıb, lakin daxili qanaxma baş verdiyindən onu xilas etmək mümkün olmayıb.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Будагов Байрам № 46 // Dp.vgorode.ua". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.
  2. 1 2 "Будагов Байрам Исмаил-оглы // Footballfacts.ru". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.
  3. "Молодежный состав «Днепра» покинут пять игроков // Ua.tribuna.com". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.
  4. 1 2 "Игрок Днепра на просмотре в Нефтчи // Sport.ua". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.
  5. "Нападающий "Днепра" на просмотре в "Габале" // Footballtransfer.com.ua". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.
  6. "Bayram Budaqov "Xəzər Lənkəran"da debüt etdi // Sportal.az". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.
  7. "Khazar Lankaran vs. Qarabag 1 - 2 // Soccerway.com". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  8. "Rəvan vs. Khazar Lankaran 2 - 2 // Soccerway.com". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  9. ""Səbail" "Bakılı"nın qapısından 11 top keçirib // İdmanxeber.az". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  10. "Bayram Budaqov poker etdi, "Səbail" qalib gəldi // Supersport.az". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  11. "B. Budaqov // Soccerway.com". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
  12. "Родственник убитого экс-форварда сборной Азербайджана: Убийца не оборонялся, а специально нанес ему смертельные ранения // Azerisport.com". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]