Bekor Aşot

Bekor Aşot (erm. Բեկոր Աշոտ; 6 oktyabr 1959, Bakı24 avqust 1992, Ballıqaya, Ağdərə rayonu və ya Drombon, Ağdərə rayonu) — Qarabağ müharibəsindəŞuşanın işğalında iştirak etmiş erməni əsilli terrorçu. Müharibədə çoxlu yaralar aldığı üçün Bekor (Şüşə qırığı) ləqəbi ilə tanınmışdır. Bekor Aşot öz batalyonu ilə birlikdə Şuşanın işğalında yaxından iştirak etmişdir. Azərbaycan ordusu tərəfindən Ağdərə rayonun Ballıqaya kəndində öldürülmüşdür.

Bekor Aşot
erm. Բեկոր Աշոտ
Şəxsi məlumatlar
Ləqəbi Bekor (Şüşə qırığı)
Doğum adı Աշոտ Հմայակի Ղուլյան
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Ballıqaya, Ağdərə rayonu, Azərbaycan
Vətəndaşlığı
Milliyyəti erməni
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ermənistan Silahlı Qüvvələri
Xidmət illəri 1991–1992
Döyüşlər Qarabağ müharibəsi
Şuşanın işğalı
Təltifləri Artsax Qəhrəmanı 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan)

Bekor Aşot və ya əsil adı ilə Aşot Qulyan 1959-cu ilin 5 oktyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndində, daha sonra isə Xankəndi şəhərinə köçmüşdür. Qarabağda yaşadığı dövrdə sürücü, dərzi və bənna kimi müxtəlif işlərdə çalışan Bekor bu yolla ailəsini dolandırmışdır. Hərbi biliklərinin olmasına görə müharibənin başlamasından az əvvəl kustar üsulla hazırlanmış əl qumbaralarınını düzəldilməsində yaxından iştirak etmişdir.

Qarabağ müharibəsinin başladığı 1991-ci ildən etibarən Bekor Aşot əmək fəaliyyətinə son verərək döyüşlərə qatılmışdır. Xankəndi şəhərinin işğal olunmasından fərqlənmiş və bundan sonra Ermənistan rəhbərliyinin diqqətini çəkərək hərbi döyüşlərdə de-fakto səhra komandiri olaraq xidmət etmişdir. Aşot Qulyan ölümünə qədər apardığı döyüşlərdə bir necə dəfə yüngül və ağır güllə yaraları aldığı üçün döyüşçü yoldaşları tərəfindən Bekor (şüşə qırığı) ləqəbi ilə tanınırdı.

Şuşanın işğalı zamanı şəhərə daxil olan erməni batalyonlarından birinə rəhbərlik edən Bekor Aşot Xocalı faciəsinin törədilməsində də yaxından iştirak etmişdir. O, ümumiyyətlə Qarabağ müharibəsi dövründə öz batalyonu ilə birlikdə Əsgəran, Hadrut, Aşağı Ağcakənd, Daşaltı, XocavəndXocalı məntəqələrinin işğal olunması əməliyyatlarında iştirak etmiş və bəzi döyüşlərə də rəhbərlik etmişdir.

Aşot Qulyanın artan nüfuzuna baxmayaraq, terrorçu 1992-ci ilin 24 avqust tarixində Ağdərə rayonunun Ballıqaya kəndində Azərbaycan ordusunun snayperi tərəfindən açılan atəşlə öldürülmüşdür. Ölümündən sonra Ermənistanın və Qondarma rejimin bir necə medal və ordenlərinə layiq görülmüşdür. Həmin medallardan Hərbi Xaçı qeyd etmək olar.

  • Xankəndi şəhərində abidəsi mövcud olub. 2024-cü ildə sökülmüşdür.[1]
  1. "Erməni cəlladın Xankəndidəki abidəsi söküldü". Oxu.Az (az.). 2024-02-02. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.