Belarus qadın milli voleybol komandası

Belarus
Reytinqdə sırası 36 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya CEV
Federasiya BFV (rus. БФВ)
Məşqçi Belarus Viktor Qonçarov
İnternet Saytı Belarus Voleybol Federasiyası
Olimpiya oyunları
İştirakı -
Ən yaxşı nəticəsi -
Dünya çempionatı
İştirakı -
Ən yaxşı nəticəsi -
Avropa çempionatı
İştirakı 6 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi 8-ci yer : 1993, 1995

Belarus qadın milli voleybol komandasıBelarusun ən güclü qadın voleybolçularını özündə cəmləyən milli komandadır. Komanda yavaş-yavaş güclü voleybolçular yetişdirərək parlaq gələcək üçün gözəl zəmin yaradır. Amma əsas heyətlərindəki oyunçuların orta yaşlarının 27 olması və.s kimi amillər bu inkişafı bir qədər ləngidir.

Belarus milli voleybol komandasının ən çox vəsiqə qazandığı önəmli beynəlxalq turnir Avropa çempionatıdır. Bu yarışlara altı dəfə qatılan millinin müvafiq çempionatdakı son çıxışı 2013-cü ilə təsadüf edir. Bu turnirdə onlar Rusiya, XorvatiyaAzərbaycan ilə eyni qrupa düşmüşdü. Qrupda yalnız millimizi məğlub edən komanda qrup üçüncüsü kimi pleyoffa yüksəlməyi bacarmışdı.[2] Növbəti turda Belarusu digər qrupun ikincisi güclü Türkiyə millisi gözləyirdi. Həmin oyunda setlərdə 25-16, 25-13, 25-17, oyunda da 3-0 hesabı ilə uduzan komanda Avropa çempionatı ilə erkən vidalaşmışdı. Ancaq bununla belə millinin həmin turnirdəki çıxışı (çox da güclü olmayan heyəti ilə) təqdirə layiq idi.[3]

2013-cü il Avropa çempionatı üçün rəsmi heyət [4]

  • Baş məşqçi : Belarus Viktor Qonçarov
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Marina Tumas Diaqonal Türkiyə İller Bankası
2 Volha Palçeuskaya Toppaylayıcı Azərbaycan Lokomotiv Bakı
4 Hanna Kalinouskaya Blokçu Almaniya VfB 91 Suhl
5 Vera Klimoviç Blokçu Azərbaycan Lokomotiv Bakı
6 Anastasiya Harelik Hücumçu Belarus Minçanka Minsk
7 Anna Şevçenko Blokçu Belarus Minçanka Minsk
9 Natallia Tsupranava Toppaylayıcı Belarus Neman Qrodno
10 Volha Pauliukouskaya Libero Polşa Slaska Qlivise
12 Nadzeya Malasai Blokçu Belarus Atlant Baranoviçi
13 Viktoryia Yemialyançuk Diaqonal Qazaxıstan Zhetysu Almatı
14 Alena Burak Libero Belarus Minçanka Minsk
15 Tatsiana Markevitç Hücumçu Fransa Kann
16 Anzhelika Baryseviç Blokçu Belarus Neman Qrodno
17 Kristina Mixailenko Diaqonal Polşa LTSL Legionowo

Əsas turnirlərdə qazandığı nəticələr

[redaktə | mənbəni redaktə et]
İl Təşkilatçı ölkə Nəticəsi
1949 Çexoslovakiya Çexoslovakiya təsnifat keçilmədi
1950 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
1951 Fransa Fransa təsnifat keçilmədi
1955 Rumıniya Rumıniya təsnifat keçilmədi
1958 Çexoslovakiya Çexoslovakiya təsnifat keçilmədi
1963 Rumıniya Rumıniya təsnifat keçilmədi
1967 Türkiyə Türkiyə təsnifat keçilmədi
1971 İtaliya İtaliya təsnifat keçilmədi
1975 Yuqoslaviya Yuqoslaviya təsnifat keçilmədi
1977 Finlandiya Finlandiya təsnifat keçilmədi
1979 Fransa Fransa təsnifat keçilmədi
1981 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
1983 Şərqi Almaniya Şərqi Almaniya təsnifat keçilmədi
1985 Niderland Niderland təsnifat keçilmədi
1987 Belçika Belçika təsnifat keçilmədi
1989 Almaniya Almaniya təsnifat keçilmədi
1991 İtaliya İtaliya təsnifat keçilmədi
1993 Çexiya Çexiya 8-ci
yer
1995 Niderland Niderland 8-ci
yer
1997 Çexiya Çexiya 12-ci
yer
1999 İtaliya İtaliya təsnifat keçilmədi
2001 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
2003 Türkiyə Türkiyə təsnifat keçilmədi
2005 Xorvatiya Xorvatiya təsnifat keçilmədi
2007 Belçika Belçika/Lüksemburq Lüksemburq 16-cı
yer
2009 Polşa Polşa 14-cü
yer
2011 Serbiya Serbiya/İtaliya İtaliya təsnifat keçilmədi
2013 Almaniya Almaniya/İsveçrə İsveçrə 12-ci
yer

Digər turnirlərdə qazandığı nəticələr

[redaktə | mənbəni redaktə et]
İl Təşkilatçı şəhər Nəticəsi
2009 Türkiyə Kayseri dəvət göndərilmədi
2010 Türkiyə Ankara dəvət göndərilmədi
2011 Türkiyə İstanbul 7-ci
yer
2012 Çexiya Karlovı Varı dəvət göndərilmədi
2013 Bolqarıstan Varna dəvət göndərilmədi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]