Belçika qadın milli voleybol komandası

Belçika
Reytinqdə sırası 22 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya CEV
Federasiya FRBV
Məşqçi Belçika Gert Vande Broek
İnternet Saytı Belçika Voleybol Federasiyası Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine
Olimpiya oyunları
İştirakı -
Ən yaxşı nəticəsi -
Dünya çempionatı
İştirakı 2 dəfə (debütü 1956-cı il)
Ən yaxşı nəticəsi 12-ci yer : 1956
Avropa çempionatı
İştirakı 7 dəfə (debütü 1967-ci il)
Ən yaxşı nəticəsi 3-cü yer : 2013

Belçika qadın milli voleybol komandası — son illərdə dünya voleybolunda formalaşan ən güclü komandalardan sonuncusu hesab olunur. Belə ki, bu milli 2013-cü ildəki möhtəşəm yüksəlişi sayəsində kəşf edilmişdir.

Belçika millisi 1956-cı ildə ilk dəfə olaraq mundiala vəsiqə qazanmışdır. Həmin turnirdə on üçüncü yeri tutan milli doqquz il sonra da Avropa çempionatına vəsiqə qazanmış, bu turnirdə də ilk onluqda yer tuta bilməmişdir.

Milli komandanın 2013-cü ilə qədər hər hansı böyük bir uğuru olmamışdır. Bu ildə keçirilən Avropa çempionatında göstərilən möhtəşəm oyun və qazanılan bürünc medal voleybol mediasını çaşbaş salmışdır. Həmin turnirdə milli ilk olaraq İtaliya, Fransa və otuz üç il sonra bu turnirə qatılan İsveçrə ilə bir qrupa düşmüşdü.[2] Qrupda hər üç milli komandanı məğlub edən Belçikanın uğuru çoxları tərəfindən təsadüf sayılırdı. Ancaq komanda bunun süpriz olmamasını növbəti turlarda bütün voleybolsevərlərə nümayiş etdirdi. Onlar pley-offda da Fransanı 3–2 yenərək yarımfinala yüksəlmişdi. Bu mərhələyə qədər böyük sensassiyaya imza atan Belçika qadın millisin yolunu təşkilatçı ölkələrdən Almaniya kəsdi. Bu matçda 2–0 öndə olmasına baxmayaraq 3–2 uduzan millinin üçüncülük matçındakı rəqibi digər yarımfinal görüşünün məğlubu Serbiya oldu. Həmin görüşdə da qalib gələn Belçika milli voleybol komandası tarixinin ən böyük uğuruna imza ataraq bürünc medalllara yiyələndi.[3]

Avropa çempionatından öncə isə 2013-cü ilin iyununda milli komanda başqa bir uğura da imza atmışdı. Komanda bu zaman mini turnirlərin ən önəmlilərindən sayılan Avropa Liqasında iştirak etmişdi. Qruplarda qazandığı 29 xalla birinci yeri tutan Belçika yarımfinala yüksəlmişdi. Bu mərhələdə Rumıniya millisinə heç bir set verməyərək adını finala yazdırmışdı. Finalda daha sonra Avropa çempionatında da qarşısını kəsəcək Almaniya millisinə uduzan Belçika Avropa miqyaslı tunirlərdə ilk medalını qazanmışdı. Həmin vaxt turnirin Ən Dəyərli Oyunçusu da məhz Belçika komandasının kapitanı Çarlotte Leys olmuşdu.[4]

Millinin 2014-cü ilin ilk yarısı üçün ən sonuncu uğuru isə 36 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanması idi. Bu turnirin seçmə mərhələsinin K qrupunda Polşa kimi nəhəng voleybol ölkəsi sayılan, 2009 Avropa çempionatının qalibi olan bir millini geridə qoyaraq mundialın final mərhələsindən kənarda qoymuşdu. Həmin turnirin final mərhələsinin püşkatmasına əsasən Belçika millimizlə eyni qrupa düşmüşdü.[5]

2013-cü il Avropa çempionatı üçün rəsmi heyət[6]

  • Baş məşqçi : Belçika Gert Vande Broek
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Nina Kulman Hücumçu Belçika Asterix Kieldrext
2 Britt Ruysschaert Libero Belçika Asterix Kieldrext
3 Frauke Dirickx Toppaylayıcı Polşa Dabrova Gornicza
4 Valeri Kurtua Libero Belçika Oudegem
5 Laura Heyrman Blokçu Almaniya Dresdner
6 Çarlotte Leys Hücumçu Polşa Dabrova Gornicza
9 Freya Aelbrecht Blokçu Fransa Kann
10 Lise Van Hecke Diaqonal İtaliya Tiboni Urbino
11 Els Vandestini Hücumçu Almaniya Amburgo
12 Angie Bland Blokçu Almaniya Alemannia
14 Helene Rousseaux Hücumçu Polşa Muszinianka
16 Casmin Biebauv Toppaylayıcı Belçika Oudegem
17 İlka Van de Vyver Toppaylayıcı Fransa Kann
19 Lore Gillis Diaqonal Belçika Oudegem

Əsas turnirlərdə qazandığı nəticələr

[redaktə | mənbəni redaktə et]
İl Təşkilatçı ölkə Nəticəsi
1952 SSRİ SSRİ təsnifat keçilmədi
1956 Fransa Fransa 13-cü
yer
1960 Braziliya Braziliya təsnifat keçilmədi
1962 SSRİ SSRİ təsnifat keçilmədi
1967 Yaponiya Yaponiya təsnifat keçilmədi
1970 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
1974 Meksika Meksika təsnifat keçilmədi
1978 SSRİ SSRİ 22-ci
yer
1982 Peru Peru təsnifat keçilmədi
1986 Çexoslovakiya Çexoslovakiya təsnifat keçilmədi
1990 Çin ÇXR təsnifat keçilmədi
1994 Braziliya Braziliya təsnifat keçilmədi
1998 Yaponiya Yaponiya təsnifat keçilmədi
2002 Almaniya Almaniya təsnifat keçilmədi
2006 Yaponiya Yaponiya təsnifat keçilmədi
2010 Yaponiya Yaponiya təsnifat keçilmədi
2014 İtaliya İtaliya təsnifat keçilmədi
İl Təşkilatçı ölkə Nəticəsi
1949 Çexoslovakiya Çexoslovakiya təsnifat keçilmədi
1950 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
1951 Fransa Fransa təsnifat keçilmədi
1955 Rumıniya Rumıniya təsnifat keçilmədi
1958 Çexoslovakiya Çexoslovakiya təsnifat keçilmədi
1963 Rumıniya Rumıniya təsnifat keçilmədi
1967 Türkiyə Türkiyə 14-cü
yer
1971 İtaliya İtaliya təsnifat keçilmədi
1975 Yuqoslaviya Yuqoslaviya 12-ci
yer
1977 Finlandiya Finlandiya təsnifat keçilmədi
1979 Fransa Fransa 12-ci
yer
1981 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
1983 Şərqi Almaniya Şərqi Almaniya təsnifat keçilmədi
1985 Niderland Niderland təsnifat keçilmədi
1987 Belçika Belçika təsnifat keçilmədi
1989 Almaniya Almaniya təsnifat keçilmədi
1991 İtaliya İtaliya təsnifat keçilmədi
1993 Çexiya Çexiya təsnifat keçilmədi
1995 Niderland Niderland təsnifat keçilmədi
1997 Çexiya Çexiya təsnifat keçilmədi
1999 İtaliya İtaliya təsnifat keçilmədi
2001 Bolqarıstan Bolqarıstan təsnifat keçilmədi
2003 Türkiyə Türkiyə təsnifat keçilmədi
2005 Xorvatiya Xorvatiya təsnifat keçilmədi
2007 Belçika Belçika/Lüksemburq Lüksemburq 7-ci
yer
2009 Polşa Polşa 11-ci
yer
2011 Serbiya Serbiya/İtaliya İtaliya təsnifat keçilmədi
2013 Almaniya Almaniya/İsveçrə İsveçrə
Bürünc medal

Digər turnirlərdə qazandığı nəticələr

[redaktə | mənbəni redaktə et]
İl Təşkilatçı şəhər Nəticəsi
2009 Türkiyə Kayseri dəvət göndərilmədi
2010 Türkiyə Ankara dəvət göndərilmədi
2011 Türkiyə İstanbul dəvət göndərilmədi
2012 Çexiya Karlovı Varı dəvət göndərilmədi
2013 Bolqarıstan Varna
Gümüş medal

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]