Bernhard Varenius

Bernhard Varenius - alman coğrafiyaçısıdır.

Bernhard Varenius
Doğum tarixi
Doğum yeri Almaniya
Vəfat tarixi
Vəfat yeri Amsterdam
Təhsili
Fəaliyyəti coğrafiyaşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniyanın Hamburq şəhərinin şimalında, Elbe Nehri kənarında bir şəhərdə 1622-ci ildə anadan olmuşdur. Kahin ailəsində anadan olan Berhard ailənin 4-cü övladı idi. Anası 1623-cü ildə doğuş vaxtı rəhmətə geib və ailəsi 1628-ci ildə Uelzdən köçmüşdür. Atası 1635-ci ildə öldükdə sonra kimsəsiz uşaqların hamısı Almaniyada Varenius şəhərində bir kilsədə öz təhsillərini davam etmişlər və Tübingenə getmişlər.

Daha sonra Tibb, astronomiya və coğrafiya fənlərini öyrənmiş, coğrafiyaya daha çox marağı olduğu üçün onu seçmiş və biliklərini artırmağa davam elemişdir.1649-cu ildə təhsilini başa vuraraq Amsterdama gəlmişdir. Həmin il ""Descriptio Regni Japoniae" adlı əsəsinrdə YaponiyaSiam haaqında məlumat vermişdir. Ən vacib əsəri isə Coğrafiyanın xüsusiyyətidir. 1650-ci ildə bu kitabı bitirmiş və həmin il rəhmətə getmişdir.

Varenius bu kitabı coğrafiyanın bir çox prinsipləri ortaya qoymuşdur. Əsərin əvvəlində riyazi olaraq dünyanın sxemini, hərəkətini və ölçülərini qeyd etmişdir. Sonra isə dünya ilə günəş və ulduzlar arasında əlaqə, müxtəlif yerlər vaxt fərqi və günün uzunluğu haqqında qeyd etmişdir. Beləliklə kitabın sonunda yerin səthi haqqında qısa məlumatlar vermişdir, kürəxəritələr çəkmişdir.

Varenius müasir coğrafiyanın əsasını qoyanlardan biri olmuşdur. O tematik coğrafiyanı elmə gətirmiş, coğrafiyanın yalnız dünyanın deyil ayrı - ayrı bölmələri olduğunu qeyd etmişdir. Ona görə də haranınsa coğrafiyasını öyrənərkən, sərhədlər, topoqrafik xüsusiyyətlə və iqtisadi bilikləri də nəzərə almağı xüsusi vurğulamışdır. Bir sözlə sistematik coğrafiyanın əsasını qoymuşdur.