2022-ci il BMT-nin İqlim Dəyişmələri Konfransı və ya qısaca COP27[1] olaraq adlandırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 6–20 noyabr 2022-ci il tarixləri arasında[2] Misirin Şarm əş-Şeyx şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə 27-ci konfransıdır. O, Misirin Xarici İşlər naziri Sameh Şükrinin sədrliyi altında 92-dən çox dövlət başçısının və 190 ölkədən təxminən 35000 nümayəndənin iştirakı ilə baş tutmuş tətbirdir. Bu konfrans, 2016-cı ildən bəri Afrikada keçirilən ilk və 5-ci iqlim sammitidir.[3][4]
BMT-nin İqlim Dəyişmələri Konfransı (2022) | |
---|---|
COP27 | |
Başqa adı | ing. 2022 United Nations |
Keçirilmə tarixi | 6–20 noyabr 2022 |
Keçirildiyi yer | Şərm əş-Şeyx, [[]], Misir |
İştirakçılar | BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ölkələri |
Rəsmi saytı | cop27.eg |
Ardıcıllıq | |
Vikianbarda əlaqəli mediafayllar |
Konfrans 1992-ci ildən bəri BMT-nin ilk iqlim sazişindən bəri (COVID-19 pandemiyası[5] ilə əlaqədar 2020-ci il istisna olmaqla) hər il keçirilir, hökumətlər tərəfindən qlobal temperatur artımını məhdudlaşdırmaq və iqlim dəyişmələri ilə bağlı təsirlərə uyğunlaşma siyasətində razılığa gəlmək üçün təşkil olunur.[6] Konfransda ilk dəfə olaraq Zərər fondu yaradıldı.[7]
2021-ci ildə edilən təklifdən sonra Misir növbəti ildə keçiriləcək konfransın ev sahibi elan edildi.[8][9][10][11] 8 yanvar 2022-ci ildə Misirin Ətraf Mühit naziri Yasmin Fuad konfransa hazırlıqları müzakirə etmək üçün COP26-nın prezidenti Alok Şarma ilə görüşdü.[12][13] Misirli təşkilatçılar danışıqların uğurlu olmasını təmin etmək üçün ölkələrə Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə bağlı gərginliyi bir kənara qoymağı tövsiyə ediblər.[14]
2022-ci il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında mümkün iqlim dəyişmələri tədbirləri, o cümlədən Yüksələn Millətlər təşəbbüsünü başlatan bir neçə ada dövlətinin hökumətləri, Danimarka və Şotlandiya inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi tədbirlərini elan etdilər.[15] 14 oktyabr 2022-ci ildə Şotlandiya hökuməti COP27-də "mənəvi məsuliyyət" istiqamətində iqlim təzminatına çağırış etdi.[16] 2022-ci ilin oktyabrında COP-dan əvvəl keçirilən iclasda BMT-nin Baş katibi Antoniu Quterreş 2022-ci ildə müşahidə olunan iqlim dəyişmələri Pakistandakı daşqınlar, Avropadakı isti dalğaları və Cənubi, Mərkəzi və Şimali Amerika ölkələrinə təsir edən İan qasırğası kimi təbii təsirləri nəzərə alaraq konfransın olduqca böyük əhəmiyyətini vurğuladı.[17]
Konfrans 2016-cı ildən bəri Afrikada keçirilən ilk COP idi. Konfransın əvvəlində Misirin Xarici İşlər naziri Sameh Şükrü sədrliyi Alok Şarmadan təhvil aldı.[17] Birləşmiş Ştatlar COP27-də iqlim danışıqlarını dəstəkləməyə qərar verərək, iqlim dəyişmələrindən ən çox təsirlənən ölkələrə köməklik göstərməyə çalışacağına söz verdi.[18]
Sammitdən bir həftə əvvəl Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), qlobal temperatur artımını 1,5 °C-ə qədər məhdudlaşdırmaq üçün "heç bir etibarlı yolun" olmadığını və COP26-dan bəri təsirin azaldılması səylərinin "qeyri-adekvat" olduğunu göstərən bir hesabat yayımladı.[19] Lakin COP27 zamanı Nature Climate Change akademik jurnalında dərc olunmuş yeni araşdırmaya görə, ölkələr daha iddialı iqlim vədləri qəbul etməklə, sürətli karbonsuzlaşma yolu ilə daha isti dünyada sərf olunan vaxtı cilovlaya bilərlər.[20]
Sammitin açılışına bir neçə gün qalmış bəzi iri kənd təsərrüfatı şirkətlərinin maddi dəstəyi ilə hesabat dərc olundu. Hesabat, III Çarlz tərəfindən yaradılmış iqlimlə dost olmağa çalışan şirkətlərin təşkilatı olan Dayanıqlı Bazarlar Təşəbbüsü tərəfindən hazırlanmışdı. Hesabata görə, regenerativ kənd təsərrüfatı artıq bütün əkin sahələrinin 15 faizində həyata keçirilirdi. Keçid sürəti buna baxmayaraq "çox yavaş"dır və qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 1,5 °C yuxarı həddi keçməsinin qarşısını almaq üçün 2030-cu ilə qədər üç dəfə artırılmalıdır. "Planetin məhv edilməməsi" üçün kənd təsərrüfatı təcrübələri dərhal dəyişməlidir. Müəlliflərdən biri vurğulamışdır ki, "insan sağlamlığı ilə planetlərin sağlamlığı arasında qarşılıqlı əlaqə əvvəlkindən daha aydın və aşkardır".[21]
Danışıqların başlamasına iki gün qalmış müzakirədə "məsuliyyət və ya kompensasiya" yox, "əməkdaşlıq və asanlaşdırma" yönlü kompromis əldə olundu.[22] Varlı ölkələrin inkişaf etməkdə olan ölkələrə qalıq yanacaqlardan imtina etmək və bərpa olunan enerjiyə keçid məsələlərində kömək etməkləri gözlənilirdi. Bununla belə, inkişaf etmiş ölkələr və daha kasıb dövlətlər arasında qlobal istiləşmənin xərclərini kimin ödəməsi ilə bağlı gərginlik yarandı. Bunun səbəbi, inkişaf etmiş ölkələrin iqlim təsirlərindən daha çox zərər görməsidir, çünki onlar daha yüksək karbon emissiyalarına və ətraf mühitin çirklənməsinə səbəb olurlar.[23][24] Konfransda bu uyğunsuzluqların müəyyən edilməsi və qərara alınması gözlənilirdi.[4][25]
COVID-19 bərpa strategiyası olaraq Misir hökuməti Şərm əş-Şeyxdə otel qiymətlərini artırdı ki, bu da konfransın əlverişliliyi və əhatəliliyi ilə bağlı narahatlıqlara səbəb oldu.[26] Misirin Xarici İşlər, Ətraf Mühit və Sosial Həmrəylik nazirlikləri iqlim sammitinə birdəfəlik qeydiyyatdan keçmək üçün müraciət edən yerli QHT-ləri özəl olaraq seçib yoxlayırdı. Müraciət prosesi və seçim prosesi açıqlanmadı.[27]
Konfransda 190-dan çox ölkədən 90-a yaxın dövlət başçısı və nümayəndələrin iştirakı gözlənilirdi. O cümlədən ABŞ prezidenti Co Bayden və Con Kerri, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Hindistanın baş naziri Narendra Modi, Keniya prezidenti Vilyam Ruto[28] və Şri-Lanka prezidenti Ranil Vikramasinqhe iştirakçılar arasında idilər.[29]
İştirakçıların sayına görə COP Qlazqoda keçirilən COP26-dan sonra 33449 iştirakçısı ilə ikinci ən COP tədbiri olub. Bu tədbir, Vatikan da daxil olmaqla, bütün iştirakçı ölkələrin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdiyi üçün müşahidəçi dövlətlərin olmadığı ilk COP konfransı idi. 11711 iştirakçıdan 1751-i qeyri-hökumət təşkilatlarından olub. Ən böyük nümayəndə heyəti ilə 1073 iştirakçı ilə Birləşmiş Ərəb Əmirlikləri liderlik edirdi, Braziliya (573) və Konqo Demokratik Respublikası (459) ikinci yerdə idilər. Daha böyük nümayəndə heyəti Afrika ölkələrindən gəlmişdi.[30]
Böyük Britaniyanın baş naziri Rişi Sunak əvvəlcə COP27-də iştirak etməyəcəyini söylədi.[31] Lakin noyabrın 2-də Sunak iştirak edəcəyini bildirdi.[32] Konfransda keçmiş baş nazir Boris Conson və Şotlandiyanın birinci naziri Nikola Stercen də iştirak ediblər. 2022-ci il ümumi seçkilərində qalib gəldikdən dərhal sonra Braziliyanın prezidenti Luis İnasiu Lula da Silva sammitdə iştirak edəcəyini bildirdi.[33]
Noyabrın 7–8-də konfrans Dünya liderlərinin Zirvə Toplantısı ilə başlayıb,[34] ardınca ilk həftə ərzində iqlimin maliyyələşdirilməsi, dekarbonizasiya, iqlim dəyişmələrinə uyğunlaşma və kənd təsərrüfatı kimi mövzularda müzakirələrlə davam etdi. İkinci həftədə gender, su və biomüxtəlifliyi əhatə edən mövzuların müzakirəsi aparıldı. Fransa prezidenti Emmanuel Makron, Hollandiyanın baş naziri Mark Rutte və Seneqal prezidenti Maki Sall Afrikada iqlim dəyişmələrinə adaptasiyanın sürətləndirilməsinə həsr olunmuş tədbirə ev sahibliyi edəcəklərini bildirdilər.[35]
Konfransda ilk dəfə olaraq Zərər fondunun yaradılması, mühüm nailiyyət olaraq qiymətləndirildi.[36][37] Zərər fondu iqlim dəyişikliyindən təsirlənən ölkələrə maliyyə yardımı üçün bir razılaşmadır.[38] Bu, ən pis təsirləri yaşayan inkişaf etməkdə olan ölkələrə yardım üçün çox əhəmiyyətli irəliləyiş idi.[38][39]
Qalıq yanacaqları mərhələli şəkildə ləğv etmək öhdəliyi isə qəbul edilmədi.[37][38][40] Ölkələr mədən yanacaqlarından uzaqlaşmadılar. Baxmayaraq ki, "aşağı emissiyalı enerji"yə diqqət yetirsələr də, bu hələ də istixana qazı emissiyalarının mənbəyi olmaqda davam edirdi.[38]
<ref>
teqi; Fuller-2022
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Baxter-2022
adlı istinad üçün mətn göstərilməyib